Ağadadaş Ağayev imicini dəyişdi .....                     Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" .....                     Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib .....                     “Patron”un yer fıstığından qurd çıxdı .....                     AKİA-ya yeni sədr müavini təyin edilib .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     “Bu görüş Putinin ad günündə baş verə bilər” .....                     Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib .....                     Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi .....                     Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır .....                     Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR .....                     Müğənni KİMƏ SƏSLƏNDİ? .....                     “Bundan sonra “Xalq artisti” adı verilməyəcək” .....                     Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki... .....                     Şirkət 9 milyon manatlıq sifariş aldı .....                     İlin sonuna qədər Azərbaycan-Rusiya münasibətləri qaydaya düşəcək .....                     Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib .....                     Əvvəllər Heydərovlara bağlı olan məşhur şirkətin 83 min manat vergi borcu yaranıb .....                     Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb .....                     “Dördüncü Respublika” erməniləri ikiyə BÖLDÜ .....                     "Bank Avrasiya"nın Müşahidə Şurası yenidən formalaşdırılacaq .....                     Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb .....                     Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib .....                     Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi .....                     Aİ humanitar minatəmizləmə fəaliyyətinə 23 milyon avro ayırır .....                     Tanınmış xanəndənin ailəsi buna görə dağılıb .....                     Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır .....                     “Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər” .....                     Ter-Petrosyan hirsləndi: .....                     Sülh yaxınlaşdıca, təxribatçılar artır .....                     Qarabağ müharibəsində Ermənistana silah, pul göndərən Məhərrəmov kimdir? .....                     Ərim komadadır, mən isə xərçəngəm .....                     Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb .....                     Ermənistan MTX-nın direktoru Bakıdan İrəvana qayıdıb .....                     Rusiyada həbs olunan tanınmış azərbaycanlılar azadlığa buraxa bilər .....                     Ağdamda kəndi su basdı: KİMDİR SUÇLU? .....                     Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? .....                     Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU .....                     Marqarita Simonyanda xərçəng aşkarlanıb .....                     Könül onun evində öldürülübmüş .....                 

DİQQƏT: Bakıda saxta armatur istehsalşıları peyda olub - Ev tikənlər üçün risq bölgəsi...
Tarix: 7-10-2014, 14:14 | Çap et
DİQQƏT: Bakıda saxta armatur istehsalşıları peyda olub
Son dövrlər ölkəmizdə keyfiyyətsiz və istifadəsi təhlükəli olan tikinti məhsulları istehsal olunur. Misal kimi, bəzən gizli, bəzən də açıq-aşkar şəkildə fəaliyyət göstərən armatur sexlərini göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, həmin sexlərdə filizin tullantılarından armatur istehsal edilir. Belə ki, bu cür sexlərdə ən ucuz ferrobirləşmələrdən istifadə edilərək, aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edilib nisbətən ucuz qiymətə bazarlara təqdim olunur.

Bu cür keyfiyyətsiz armatur istehsal edən müəssisələrə misal olaraq paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 4 ünvanında yerləşən, vaxtilə UMS trest kimi tanınan və hazırda Tikinti Mexanizləşdirmə İdarəsi kimi fəaliyyət göstərən obyektin ərazisindəki sexi göstərmək olar. Həmin ərazinin ayrı-ayrı şəxslərə icarəyə verildiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, aidiyyəti qurumlar mütləq həmin obyektdə ciddi araşdırmalara başlamalıdır: "Həmin sexin istehsal etdiyi armaturların üzərində texniki göstəricilər yoxdur. Çünki qeyd olunan müəssisənin məhsulları kustar üsullarla istehsal edilir. Bir neçə il öncə bu cür sexlərin sayı daha çox idi. Lakin sonradan onların fəaliyyətinə xitam verildi. Görünən odur ki, artıq hansısa işbazlar bu sahədə yenidən canlanmaya başlayıblar. Elə bu səbəbdən də son zamanlar keyfiyyətsiz armatur istehsal edən sexlərin sayı xeyli artıb. Əhali bir həqiqəti qəbul etməlidir ki, bu cür armaturlardan istifadə sonda ciddi fəsadlar verə bilər. Ümumiyyətlə, aşağı keyfiyyətli armatur heç bir tikilidə istifadə edilməməlidir. Çünki onun istifadəsi gələcəkdə mənfi nəticələr ortaya qoya bilər. Xüsusi ilə də Bakının iqlim şəraitində kifayət qədər keyfiyyətli armaturlardan istifadə etmək lazımdır. Aşağı keyfiyyətli armaturlardan müvəqqəti, 10-15 illik kiçik tikililərdə istifadə etmək olar. Ancaq Bakıda tikilən möhtəşəm tikililərdə həmin armaturlardan istifadə olunmamalıdır".

Ekspertlər bildirirlər ki, armatur istehsalı çox çətin prosesdir. Normal qaydalar çərçivəsində istehsal olunmuş armaturların 150- 200 il istismar müddəti olur. Ümumiyyətlə, armaturun ömrü onun tərkibindəki maddələrə görə ölçülür. Mütəxəssislərin sözlərinə görə, onların yüksək və orta keyfiyyətli markaları olur. İnşaat işlərinin təyinatından asılı olaraq müxtəlif markalardan istifadə olunur. Bakının 9 ballıq zəlzələnin baş verə biləcəyi seysmik zonada yerləşdiyini iddia edən ekspertlərin açıqlamalarından bu qənaətə gəlmək olar ki, paytaxtın seysmik şəraitilə əlaqədar Yaponiyada olduğu kimi, bizdə də yalnız üzən özülə malik olan monolit binalar tikilməlidir. Bundan başqa, Bakının kosmosdan müşahidəsinin nəticələri göstərir ki, şəhər sürüşmə baxımından da təhlükəlidir. Buna görə də Bakıda maksimum 12-16 mərtəbəli binalar tikmək olar. Lakin buna əhəmiyyət verməyən bəzi tikinti şirkətləri barəsində söhbət açdığımız keyfiyyətsiz, sex armaturlarından istifadəyə üstünlük verirlər. Məsələn, peşəkar inşaatçı Çingiz Hüseynovin sözlərinə görə, monolit tikili onunla fərqlənir ki, zərbənin, dağıntının necəliyindən, gücündən asılı olmayaraq, armatur karkas binanın bir hissəsini saxlayır: "Monolit binanın hətta partladıldığı halda belə, bir küncü, yaxud hər hansı bir hissəsi dağıla bilər. Qalan hissəsi isə zədə alsa da, dağıla bilməz. Bir neçə il əvvəl Bakıda çoxmərtəbəli bina uçdu, həmin vaxt beton toz kimi səpələnmişdi. Sizi əmin edirəm ki, yeni binaların 90 faizində bu hal mövcuddur. Bunun birinci səbəbi odur ki, beton keyfiyyətsizdir. Bununla yanaşı, betonlama qaydalarına əməl olunmur. Betonun bərkiməsi üçün mütləq 7 gün lazımdır və bu müddət ərzində betonun üst örtüyünü yükləmək olmaz. Amma yəqin siz özünüz də müşahidə etmiş olarsınız, bu gün özül qazılır, sabah baxırsan ki, artıq bir neçə daş hündürlüyündə hörgü qaldırılıb. Belə bir özül üzərində tikilən binanın hansı təhlükəsizlik normalarına cavab verdiyi aydın deyil".

Mövzu ilə bağlı apardığımız araşdırma nəticəsində belə məlum oldu ki, kiçik sexlərdə istehsal olunan armaturlar paytaxtın seysmik şəraitinə qəti cavab vermir. Həmçinin ekspertlər də iddia edirlər ki, binaların möhkəmliyinin əsas amili tikilidə istifadə olunan armatur partiyasının keyfiyyətindən asılıdır. Belə ki, əgər armaturun tərkibində daha çox karbon varsa, bu armaturlar daha kövrək olur və tez qırılır. Şübhəsiz ki, belə armaturlardan istifadə edərək tikilən binaların da möhkəmliyi yaxşı olmur. Armaturun tərkibində karbonun daha çox olmasını isə ilk baxışdan müəyyənləşdirmək mümkündür. Tərkibində karbon daha çox olan armaturların içi dənəvər-dənəvər olur. Təkanlar baş verəcəyi təqdirdə binanın hansı mərtəbəsində karbonu daha çox olan armaturdan istifadə olunubsa, həmin armaturların qırılmaq ehtimalı da daha çox olur. Bu isə zəlzələ zamanı binanın çökmə ehtimalını artırır. Odur ki, armaturun möhkəmliyi onun hansı xammaldan hazırlanmasından da çox asılıdır. Metal filizinin ərintisindən hazırlanan armatur sonradan istifadə olunmuş rels, metal çən, paslanmış metal məmulatlardan əridilmiş xammaldan hazırlanmış armaturdan daha möhkəm sayılır. Odur ki, aidiyyəti qurumlar mütləq və qısa zaman ərzində kustar üsulla, sex şəraitində hazırlanmış keyfiyyətsiz, istifadəsi təhlükəli olan armaturları bazardan yığışdırmalı, bu cür əməllərə qol qoyan işbazları isə qanuna müvafiq formada cəzalandırmalıdırlar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağadadaş Ağayev imicini dəyişdi – FOTO
Bu gün, 18:01
Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" - MƏHKƏMƏ
Bu gün, 17:59
Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib - TƏFƏRRÜAT
Bu gün, 17:56
“Patron”un yer fıstığından qurd çıxdı - VİDEO
Bu gün, 17:53
AKİA-ya yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:51
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 17:48
“Bu görüş Putinin ad günündə baş verə bilər” – Bakı - Moskva münasibətlərində nə gözlənilir?
Bu gün, 17:38
Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib - FOTO
Bu gün, 17:22
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
Bu gün, 17:19
Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır
Bu gün, 17:04
Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR – Məktəbdə “Fond pulu” davası
Bu gün, 17:02
Müğənni KİMƏ SƏSLƏNDİ? –“Kimsə mənə bir “meşok” pul verəcək, mən də...”
Bu gün, 16:59
“Bundan sonra “Xalq artisti” adı verilməyəcək” – Rasim Balayev açıqladı
Bu gün, 16:54
Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki... - AÇIQLAMA
Bu gün, 16:51
Şirkət 9 milyon manatlıq sifariş aldı – Ağdam şəhərində bina tikəcək
Bu gün, 16:42
İlin sonuna qədər Azərbaycan-Rusiya münasibətləri qaydaya düşəcək - Cümşüd Nuriyev BELƏ DEYİR...
Bu gün, 16:40
Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib -ŞƏRH
Bu gün, 16:38
Əvvəllər Heydərovlara bağlı olan məşhur şirkətin 83 min manat vergi borcu yaranıb - DETALLAR
Bu gün, 16:37
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:36
“Dördüncü Respublika” erməniləri ikiyə BÖLDÜ - GƏLİŞMƏ
Bu gün, 16:35
"Bank Avrasiya"nın Müşahidə Şurası yenidən formalaşdırılacaq - TOPLANTI
Bu gün, 16:34
Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb - ONA GÖRƏ DƏ...
Bu gün, 16:27
Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib - TƏFƏRRÜAT
Bu gün, 16:23
Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi - FOTO
Bu gün, 16:19
Aİ humanitar minatəmizləmə fəaliyyətinə 23 milyon avro ayırır
Bu gün, 16:16
Tanınmış xanəndənin ailəsi buna görə dağılıb
Bu gün, 16:14
Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır
Bu gün, 16:09
“Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər” - Deputat
Bu gün, 15:26
Ter-Petrosyan hirsləndi: - Paşinyanın həyasızlığının həddi yoxdur!
Bu gün, 15:22
Sülh yaxınlaşdıca, təxribatçılar artır - Hüquqdan bixəbər Bekker
Bu gün, 15:21
Qarabağ müharibəsində Ermənistana silah, pul göndərən Məhərrəmov kimdir? – ŞOK/FOTOLAR
Bu gün, 15:16
Ərim komadadır, mən isə xərçəngəm - Marqarita Simonyan
Bu gün, 15:12
Konstitusiyaya dəyişikliklərin edilməsi artıq texniki baxımdan da aktuallaşıb - Əliməmməd Nuriyev
Bu gün, 15:08
Ermənistan MTX-nın direktoru Bakıdan İrəvana qayıdıb
Bu gün, 15:03
Rusiyada həbs olunan tanınmış azərbaycanlılar azadlığa buraxa bilər - Moskva Bakı ilə dil tapmağa çalışır
Bu gün, 15:00
Ağdamda kəndi su basdı: KİMDİR SUÇLU? - TƏFƏRRÜAT
Bu gün, 14:57
Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? - “Onu Amerikada tutdura bilərdim”
Bu gün, 14:49
Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU – Sensasion ad və... Ağ Evdə verilən vəd
Bu gün, 14:46
Marqarita Simonyanda xərçəng aşkarlanıb - “Telegram”
Bu gün, 14:44
Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi
Bu gün, 13:00
Reabilitasiya mərkəzindən Ceyhun Əsgərov və Nəsimi Nəbizadə ilə bağlı açıqlama - “İşlə təmin edirik, ailəsi ilə barışdırırıq...”
Bu gün, 12:57
İranın nüvə rəhbəri Rusiyayadır
Bu gün, 12:52
Simonyandan sonra Qriqoryan da Bakıya gəlir? - KİV
Bu gün, 12:48
Azərbaycanda bu şirkət demək olar ki hər il adını dəyişir - İcazə verin, şübhələnək...
Bu gün, 12:46
Azərbaycanın beyin mərkəzinin direktor müavini Ermənistanda beynəlxalq tədbirdə iştirak edir
Bu gün, 12:39
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32
Ultra liberalların əlində alətə çevrilmiş AŞPA da dəyişəcək - MÜSAHİBƏ
Bu gün, 12:22
AYNA rəhbərinin şübhəli villa əməliyyatı: Dövlətin düşməninə 1 milyon verib? - TƏFƏRRÜAT
Bu gün, 12:20
Vəzifəyə keçər-keçməz bütün qohumlarına iş verdi - NARAZILIQ VAR...
Bu gün, 12:15
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - QƏRAR
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru