Ziya Məmmədov Tağı Əhmədovun təkrar vəzifəyə gətirilməsinə nədən maneçilik törədib? - Məmurlararası savaş…
Tarix: 17-09-2014, 17:04 |
Çap et
DİA.AZ: - Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan xəbər var. Xatırladaq ki, keçmiş metropoliten şefi vəzifədən alındığı ilk günlərdə bildirirdi ki, ona təkrar olaraq vəzifə veriləcək. Hətta Tağı Əhmədov bu barədə danışaraq bildirmişdi ki, metropolitenin özündə bir mütəxəssis kimi vəzifəyə təyinat alacaq. Amma olmadı. Hətta onun Nazirlər Kabinetində yüksək post tutacağı haqda deyilənlər də özünü doğrultmadı.
Bu barədə DİA.AZ-a daxil olan son informasiyada bildirilir ki, Tağı Əhmədova həqiqətən də vəzifə söz verilsə də, amma sonda KƏNAR MÜDAXİLƏ NƏTİCƏSİNDƏ keçmiş baş metroçunun arzuları puç olub.
Məlumatı verən mənbə diaaz.space-a onu da bildirib ki, Tağı Əhmədovun «vurulmasında» maraqlı olan fiqurlardan biri nəqliyyat naziri Ziya Məmmədov olub. Zaman-zaman, hələ vəzifə başında olarkən NN şefi ilə problemlər yaşayan Tağı Əhmədovun yenidən vəzifəyə gətirilməsində də Ziya Məmmədovun əngəl kimi çıxış etdiyi iddia olunur.
Bu iddialarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.