"Vallah, yalan eşidəndə dözə bilmirəm..." .....                     Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... .....                     Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir .....                     Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? .....                     Pezeşkianın səfərində Zəngəzur detalı .....                     Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi .....                     Vəkillər Kollegiyasına üzv olmaq istəyən .....                     Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək .....                     Müştərisi 'Unibank'a ÜSYAN ETDİ .....                     Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? .....                     "Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq" .....                     İranlı ekspertdən ŞƏRƏFSİZLİK .....                     Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? .....                     Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər .....                     Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? .....                     “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” .....                     "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" .....                     Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA .....                     Ulvira Qarayevaya vəzifə verildi .....                     Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                 

“Məni Ramil Səfərov məşhurlaşdırdı” - MÜSAHİBƏ
Tarix: 4-09-2014, 15:40 | Çap et
“Məni Ramil Səfərov məşhurlaşdırdı”
Kulis.Az məşhur marş və hərbi-vətənpərvərlik mahnılarının müəllifi Şahin Musaoğlu ilə müsahibəni təqdim edir.

- Son günlər sizin “Cənab leytenant” və “İgid əsgər” mahnılarınız sosial şəbəkələrdə çox paylaşıldı və televiziyalarda nümayiş olundu. Müəllif kimi bu mahnıların tarixçəsindən danışardınız...

- Həmin mahnıların həm sözü, həm musiqisi mənə aiddir. Bu iki mahnının yaranması mənim Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdiyim dövrə təsadüf edir. Rahat şəraitdə belə mahnılar yaranmır. “İgid əsgər” mahnısı ilk mahnı idi. O vaxt könüllü döyüşçülərimiz “Şəhidlər xiyabanı”nda and içiləndə mən orda idim. Düzdür onlarla getmədim, amma bəlkə də gedə bilərdim. “İgid əsgər” şeiri o ərəfədə yarandı. Sonra hiss elədim ki, nə isə yarımçıqdır, hislərimi ifadə etmir. Musiqiyə müraciət etdim. İfadə etmək istədiyimi musiqi ilə dedim. Bu, ilk bəstəm idi və bununla musiqiyə gəldim. Bəstəmi Faiq Ağayevə verdim. Onun Sankt-Peterburq səfəri olduğu üçün gecikdi və mahnını Şəmistan Əlizamanlıya verdim.

- Mahnıların belə populyarlıq qazanmasını nə ilə bağlayırsınız? Professional bəstəkar deyilsiniz, ədəbiyyatla da ciddi məşğul olmursunuz.

- Səmimi hislərlə yazıldığı üçün sevildi. Bütün mahnılarım belədir. Bir də reklam, gündəm ciddi rol oynayır. 4-5 il idi “Cənab leytenant” yazılmışdı, amma populyar deyildi. Ramil Səfərov olaylarında “Qulp”un aparıcısı Ramil Səfərovdan veriliş hazırladı, mahnı da orda səsləndi, populyarlıq bundan sonra başladı.

- Müdafiə Nazirliyi ilə əməkdaşlığınız necə baş tutdu?

- 1991-94-cü illər ərzində mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq etmişəm. İlk əməkdaşlıq etdiyim tibb idarəsi idi. Çoxlu yaralılar gəlirdi. Mexanizm, operativ idarəçilik yox idi. O vaxt operativ qərargah yaradıldı və mən ona rəhbərlik etdim. Bakıya gələn bütün yaralıların siyahısı məndə olurdu. İlk hərbi-tibbi arxivi yaratdıq. Sonra sənədli filmlər studiyası ilə əməkdaşlıq etdim. Şəmistan Əlizamanlı, Seyidağa Mövsümlü, Nəriman Əbdülrəhmanlı, Rahib Qəriblə birlikdə çalışdıq. Ardınca MN Hərbi Elmi Tədqiqatlar idarəsi ilə əməkdaşlıq etdim. “Hərbi bilik” jurnalı və “Azərbaycan ordusu” qəzetində yazılarım gedirdi.

- “Cənab leytenant” mahnısı necə yazıldı?

- Bu mahnıya qədər dörd-beş mahnı yazmışdım. Bu mahnı da daxili sifarişim idi.

- Bizdə hərbi vətənpərvərlik mahnılarının az olmasından gileylənirlər. Siz necə düşünürsünüz?

- Mən düşünürəm ki, hərbi vətənpərvərlik mahnıları dövlət sifarişi ilə yazılmır. Bu, içdən gəlməlidir və mütləq qisasa çağırmamalıdır. Vətən haqqında, onun dağı-dərəsi haqqında tərif yazmaq da vətənpərvərlik deyil. İtalyan filmlərinin birində müğənni İtaliya bayrağına bürünüb hospitalda səhnəyə çıxır. Auditoriyaya baxır ki, əsgərlərin əksəriyyəti yaralıdır. Özünü itirir, oxumaq istədiyi mahnını yox, sevgi haqqında bir mahnı oxuyur.

Hərbi vətənpərvərlik mahnıları deyəndə yalnız marşlar yada düşməməlidir. Müğənnilər, bəstəkarlar tələbat olan musiqilər yazır. Yəqin mən həkim olmasam kütləyə işləyərdim. Vətən üçün ölmək şərəfdirsə, vətən üçün yaşamaq borcdur.

- “Cənab leytenant”la bağlı iki sualım var. Biri “Bir cüt ulduzlu, aylı paqonlar” misraları ilə bağlıdır... Bir cüt ulduzlu aylı poqonu olan leytenant yox, polkovnik leytenantdır axı...

- Orduda bir müddət belə oldu, leytenant poqonunda iki ulduz və kiçik ay vardı. Sonradan...

- “Səngər başında çatdığın ocağın” misrası var. Səngərdə ocaq çatmaq olmaz axı...

- İlk dəfə cəbhəyə gedəndə qış idi. Hər tərəf qar idi. Blindaja girdik. Peç olsa da yandırmırdılar. O zaman anladım vəziyyət necədir (gülür). Müharibə verilişlərində əsgərlər həmişə tonqal ətrafında toplaşır. Yəqin bunun assosiasiyadır.

-Kitabınız çap olunubmu?

- Cəmi bir kitabım çıxıb. Mən şeir yazsam da, bəstələrim olsa da özümü daha çox həkim hesab edirəm. 27 ildir mən sənətimi – həkimliyimi sevirəm. Həkimliyi yazıdan üstün tuturam.

- Şeir yazmağa nə vaxt başlamısınız?

- Uşaqlıqdan. 2-3-cü sinifdə Azərbaycan radiosunda “Tapar” adlı verliş vardı, tez-tez o verlişə çıxırdım.

- Azərbaycan Yazıçılar Birliyinə necə üzv oldunuz?

- Mənim “İgid əsgər möhkəm dayan” kitabım çap olundu, “İgid əsgər” şeiri dördüncü sinif dərsliklərinə salındı. Yazıçılar Birliyi də ondan sonra məni dəvət etdi.

- Müharibə vaxtında hərbidə olmusunuz. O illərlə bağlı yaddaqalan hadisələr varmı?

- Çox hadisələr olub. Məsələn, mənim yadımdadır ki, Müdafiə Nazirliyinə bir qadın gəlmişdi. Kənar adamları buraxmırdılar nazirliyə. Çox çətinliklə gəldi, dərdini danışdı. Sonra mənə dedi ki, ver mənim oğlumu. Dedi, axşam sənin mahnına qulaq asdı, sonra getdi döyüşə və qayıtmadı. O zaman başa düşdüm ki, çox ağır bir yükün altındayam. İndi oğlum əsgər yaşındadır və mütləq əsgərliyə getməlidir.

- Şəmistan Əlizamanlı deyir ki, “Cənab Leytenant” mahnısından sonra xeyli gənc zabit olmağı, hərbçi olmağı seçib...

- Hərdən mənim yanıma gələn adamların telefonundan bu mahnını eşidirəm. Ya özü, ya həyat yoldaşı hərbidə olanlar bu mahnını dinləyir. Bu mahnı bütün hərbçilərə aiddir. Amma məxsusi leytenantlar üçündür. Leytenantlıq xidmətin ən çılğın dövrüdür.

- Yeni kitab haqqında düşünürsünüz?

- Mənim yeni şeirlərim, esselərim var. Kitab olaraq sistemləşdirmişəm, təxmini adını da düşünmüşəm. Sadəcə, hazırda çap etməyə stimul yoxdur. Mən kitabla məşğul olsam, bütün işlərimi unutmalıyam. Birinci kitabın dizaynı ilə məşğul oldum, kağızına qədər Dubaydan gətizdirdim. İndi bu keyfiyyətdə kitab çap etmirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Bu gün, 13:37
Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... - MƏQALƏ
Bu gün, 12:30
Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir - KİV
Bu gün, 10:35
Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? - det
Bu gün, 10:25
Pezeşkianın səfərində Zəngəzur detalı – “Dəyişilik gözlənilir”
Bu gün, 10:21
Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi
Bu gün, 07:01
Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər bu gün imtahan verəcək
Bu gün, 06:59
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək - DİQQƏT
Bu gün, 06:57
Müştərisi 'Unibank'a ÜSYAN ETDİ - NARAZILIQ VAR...
Bu gün, 06:54
Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? - GƏLİŞMƏ
Bu gün, 06:35
"Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq"
Bu gün, 06:16
İranlı ekspertdən ŞƏRƏFSİZLİK - “Azərbaycana qarşı döyüşməyə hazıram”
Bu gün, 06:12
Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 06:09
Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Bu gün, 06:01
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Bu gün, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Bu gün, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Bu gün, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Bu gün, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Bu gün, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Dünən, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Dünən, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Dünən, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Dünən, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Dünən, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Dünən, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Dünən, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Dünən, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Dünən, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Dünən, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Dünən, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Dünən, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Dünən, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Dünən, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Dünən, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Dünən, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Dünən, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Dünən, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Dünən, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Dünən, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Dünən, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Dünən, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Dünən, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Dünən, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Dünən, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Dünən, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Dünən, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Dünən, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Dünən, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru