“Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət maddəsi ilə ittiham olunması ölkə gündəmini zəbt edib. Təbii ki, mən də məlumatlıyam”.
Bunu Teleqraf-a sabiq millət vəkili Rəbiyyət Aslanova deyib.
Fəlsəfə elmləri doktoru sözügedən məsələyə yalnız rəsmi qərar olduqdan sonra şərh verə biləcəyini qeyd edib:
“Kifayət qədər yaşım var, indiyədək çox məlumatlar eşitmişəm. Qeyd etdiyiniz məsələyə yalnız rəsmi qərar olduqdan sonra şərh bildirə bildirəm. Hazırda bildiyiniz kimi, siyasi proseslərin içində deyiləm. Amma buna baxmayaraq, bir vətəndaş kimi öz mövqeyimi bildirməyi də özümə borc bilirəm. Konkret bu məsələ ilə bağlı isə prosesin sonunu - rəsmi qərarları gözləmək lazımdır”.
Qeyd edək ki, Rəbiyyət Aslanova Milli Məclisin ikinci, üçüncü və dördüncü çağırış deputatı olub.