Lənkəranda Milli Qəhrəmanın qardaşı dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Milli Qəhrəman Əsgər Ələkbər oğlu Əliyevin qardaşı 1968-ci il təvəllüdlü Ziyad Əliyev vəfat edib.
Z.Əliyev doğulduğu Lənkəran rayonunun Ləj kəndində dəfn olunub.
Qeyd edək ki, Ziyad Əliyev Fövqəladə Hallar Nazirliyinin idarələrindən birində çalışırdı.