Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb .....                     İrəvandan Ağrı dağı ilə bağlı açıqlama .....                     Valideynlər direktora qarşı: DAVA AÇILDI... .....                     Yağışlı hava davam edəcək... .....                     Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi .....                     “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” .....                     “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi .....                     Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                 

Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Tarix: Bu gün, 12:33 | Çap et

Mediadan məlum olduğu kimi, Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşlıq elan edib.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin iki ölkə arasında münasibətlərin statusunun yüksəldilməsi barədə yaydığı press-relizdə deyilir ki, Avropa naziri Stiven Doti Azərbaycanın paytaxtına səfər edib və burada dövlət başçısı İlham Əliyevlə görüşüb. Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini, Rusiya-Ukrayna münaqişəsini və regional təhlükəsizliyi müzakirə ediblər.

Bildirilir ki, səfər nəticəsində münasibətlərin səviyyəsinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılıq əldə olunub və bu da hər iki ölkəyə “əsas strateji prioritetlər üzərində daha da sıx işləməyə” imkan verəcək.

Bu xəbərə reaksiya verən erməni Teleqrm kanalı qeyd edir ki, iyunun əvvəlində London Qazaxıstanla da hərbi əməkdaşlıq sazişi imzaladığını elan edib.

Ermənilər yazır: “Ölkələr sülhməramlılıq, dil hazırlığı və Qazaxıstan hərbçilərinin Krallığın ali hərbi təhsil müəssisələrində təhsili ilə bağlı iş aparacaqlarına söz veriblər. Bundan əlavə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri növbəti üç il ərzində Qazaxıstanın və digər Mərkəzi Asiya ölkələrinin inkişafı üçün layihələrə 50 milyon funt-sterlinq maliyyə ayrılacağını açıqlayıb”.

Xəbər və şərhin sonunda erməni kanalı öz aləmində belə bir sarkastik qeyd edir: “Yeganə sual budur ki, növbəti “xüsusi hərbi əməliyyat” harada başlayacaq - Azərbaycanda, yoxsa Qazaxıstanda?”

Bu, onların arzusudur. Belə olmasını istəyirlər. Eyni zamanda düşünürlər ki, Rusiya Avrasiya məkanının qoçusudur və sözünə baxmayan dövlətləri növbə ilə “şillələyə” bilər.

Elə də “növbəti SVO (“xüsusi hərbi əməliyyat”)” deyirlər, sanki Rusiya Ukraynaya qarşı SVO-ya başlarkən əli bala batıb, fəth ardınca fəthlər edib. 3-4 gün davam etməli və bitməli olan SVO, budur, 3 il 8 aydır davam edir və Ukrayna ilə yanaşı, Rusiya da böyük itkilərə məruz qalıb. Canlı qüvvə itkisi ilə bağlı dəqiq rəqəm olmasa da, Rusiyanın itkisi yüz minlərlədir. Bunu Kremlin Şimali Koreyadan müharibəyə nizami hərbi hissələr gətirməsi, postsovet məkanından və dünyanın hər tərəfindən muzdlu döyüşçülər cəlb etməsi də göstərir. Ölkə xirtdəyə qədər problemin, qan bataqlığının içində ola-ola Moskva hələ bir Qazaxıstanda və Azərbaycanda yeni bir SVO başlayacaq? Ağılsızlığın da bir limiti, həddi olmazmı?

Erməni kanalları bu mövzuda tək deyil, bəzi rus Teleqram kanalları da Böyük Britaniya-Azərbaycan tərəfdaşlığına öz aləmlərində ironiya edirlər. Onlardan biri yazır:
“İndi Britaniya iqtisadiyyatının iri sahələri Azərbaycan oliqarxlarına veriləcək, bütün qraflıqlarda azərbaycanlı MCD-diasporaları (MCD -mütəşəkkil cinayətkarlıq dəstələri - AA) açılacaq, sıravi azərbaycanlı döyüşçülər ingilisləri qarət edəcək, zorlayacaq və doğrayacaqlar, Azərbaycan deputatları isə fasiləsiz şəkildə İngiltərəni və ingilisləri təhqir edəcək, Azərbaycan KİV-i konyveyer üsulu ilə anti-britaniya materialları buraxacaqlar, Azərbaycan prezidenti isə ingilisləri “işğalçılar” adlandıracaq.

Buna cavab olaraq Britaniya serləri və perləri “strateji tərəfdaşlıq” və “ümumi dəyərlər” haqqında acizcə mızıldanacaqlar. London kral orkestri Azərbaycan musiqisi konsertləri təşkil edəcək. Liverpulda, Birmingemdə və Mançesterdə Heydər Əliyevin abidələri açılacaq. Azərbaycan kriminal başçıları kütləvi şəkildə İngiltərə şəhərlərinin bələdiyyə şuralarına namizəd olacaqlar.

Bakıda isə britaniyalı turistlər kütləvi şəkildə həbs ediləcək, qəddarlıqla döyüləcək və MI6 üçün işləməkdə ittiham olunacaqlar. Ardınca məlum olacaq ki, şahzadə Çarlzın azərbaycanlı kurs yoldaşı varmış və o, Britaniya adalarında bütün Azərbaycan biznesini “krışavat” edəcək, bütün azərbaycanlı “abu-banditlər” üçün canfəşanlıqla ayağa qalxacaq, hətta birbaşa Skotland-Yard rəhbərinə zəng etməkdən belə çəkinməyəcək.

Strateji tərəfdaşlıq — belə bir şeydir”.

Göründüyü kimi, cılız içli biriləri tərəfindən yazılmış bu cızma-qarada Rusiya-Azərbaycan münasibətlərinə göndərmələr var, Yekaterinburq hadisələri, azərbaycanlıların Rusiyadakı iş həyatı, bəzi rus emissarların Bakıda saxlanması və sair xatırladılır.

Bu, son 9 ayda Azərbaycanla Rusiya arasında olub-bitənlərdə ölkəmizi haqsız çıxarmaq cəhdidir. Sanki bütün baş verənlərə görə Azərbaycan tərəfi günahkardır. Halbuki Bakının Rusiyadan tələbləri aydındır: “Sərnişin təyyarəmizi vurmuşunuz, etiraf edin, təzminat ödəyin”; “Diaspor üzvlərimiz cinayətkardırsa, mühakimə edin, işgəncə ilə, mühakiməsiz öldürməyin”; “Adi işlərdə çalışan azərbaycanlıları sırf azərbaycanlı olduqları üçün təqib etməyin”; “Məhkəmənin yekun qərarı olmadan, 2 ay öncə saxlanılmış rus turistləri “məsum-müqəddəs” elan etməyin”; “Azərbaycana qara yaxmağa hazır olan kütləvi təbliğat vasitələrinizə qaralayıcı tezislər ötürüb “qara piar” kampaniyası aparmayın” və s. və i.a.

İndi işə baxın, təyyarəni vuran, azərbaycanlı diaspor üzvlərini öldürən, azərbaycanlı iş adamlarını, miqrantları kütləvi şəkildə təqib, mühakimə və deportasiya edən, ölkəmizdə 5-ci kolonu fəallaşdırmağa çalışan özləri ola-ola, hələ bizi borclu çıxarırlar.

Fəqət maskaların düşdüyü, əsl simanın göründüyü durumda köhnə fəndlərin xeyri yoxdur. Bir milləti tovlamaq, hansısa cazibədar ideyalarla aldatmaq cəhdi 105 il əvvəl effektiv ola bilərdi. İndi olmur. Heç kəs çörəyi qulağına yemir, hamı hər şeyi bilir.

Araz Altaylı, Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru