Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib .....                     Memarlıqda... təhlükəli DURUM... .....                     Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? .....                     Məktəb direktoru faciəvi şəkildə vəfat etdi .....                     Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi .....                     Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək .....                     “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...” .....                     İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır .....                     Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir .....                     Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb .....                     Agentlik 189 mənzil alacaqdı: .....                     Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... .....                     Fərid Əsgərovun təyinatdan sonra ilk .....                     Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib .....                     Məşhur tikinti şirkəti yarım milyon borca düşdü .....                     KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək .....                     Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! .....                     Agentlik sədri onu departament müdiri təyin etdi .....                     Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” .....                     Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb .....                     Qarabağ qazisindən icra başçısına MÜRACİƏT .....                     Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib .....                     “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı .....                     Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi .....                     Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir .....                     “Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR .....                     “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” .....                     Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... .....                     Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır .....                     “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” .....                     Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU .....                     Bakıda 14-cü mərtəbədən yıxılan qız .....                     Rusca təhsil alanlar XAİNDİRMİ? .....                     AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ .....                     TƏBİB 1 milyon manata yaxın dərman alır .....                     Rusiya bizi BOYKOT ETSƏ... .....                     “Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” .....                     Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? .....                 

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 09:37 | Çap et

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib, 10 Avropa dövləti Azərbaycandan təbii qaz alır və digər dövlətlərlə əməkdaşlıq əlaqələri genişlənməkdədir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb və bölgənin aparıcı aktoruna çevrilib. Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir, dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Bu gün iki ölkə arasında iqtisadi əlaqələr müsbət dinamika ilə inkişaf edir. Əgər 2010-cu illərdə ticarət dövriyyəsi cəmi 30 milyon dollar civarında idisə, 2024-cü ilin sonunda bu rəqəm 253 milyon dollara çatıb. Tərəflər qarşıya 1 milyard dollarlıq hədəf qoyublar. Azərbaycan və Özbəkistan arasında yaradılmış İnvestisiya Fondu çərçivəsində bu günə qədər 360 milyon ABŞ dolları dəyərində 15 layihə icra olunub. Bu layihələrə sənaye zonaları, tekstil müəssisələri, kənd təsərrüfatı logistika mərkəzləri və avtomobil yığımı zavodları daxildir. Bakıda Özbəkistan məhsullarının sərgisində 50-dən artıq yerli şirkət iştirak etmiş və daimi "Made in Uzbekistan" pavilyonunun əsası qoyulmuşdur.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində qurulmuşdur. Ölkəmiz bu dəhlizin əsas tranzit mərkəzidir. Ötən il Qazaxıstan-Özbəkistan-Azərbaycan üçtərəfli əməkdaşlığı çərçivəsində yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal daşımaların təşkili barədə razılıq əldə olunmuşdur. Həmçinin, "yaşıl enerji" və elektrik enerjisi ötürücü xətləri üzrə əməkdaşlıq üçün üçtərəfli memorandum imzalanmışdır.
Mədəni və humanitar sahədə əlaqələr davamlı şəkildə inkişaf etdirilir. Hər iki ölkədə qarşılıqlı diaspor fəaliyyətləri, təhsil mübadiləsi, birgə sərgilər və teatr tamaşaları təşkil olunur. 2023-cü ildə Səmərqənddə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıda yaradılan Özbəkistan Mədəniyyət Evi xalqlar arasında bağları daha da gücləndirir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Bütün bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında toxunub. Cənab Prezident qeyd edib ki, “bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”.
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib. Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.
Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Bu gün, 16:07
Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Bu gün, 16:01
Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Bu gün, 15:45
Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Bu gün, 15:36
Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 15:31
Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Bu gün, 15:26
“Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Bu gün, 15:16
İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Bu gün, 15:11
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Bu gün, 15:07
Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Bu gün, 13:37
Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Bu gün, 13:34
Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Bu gün, 13:26
Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Bu gün, 13:22
Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 13:17
Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Bu gün, 13:07
KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Bu gün, 13:00
Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Bu gün, 12:54
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Bu gün, 12:33
Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Bu gün, 12:28
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Bu gün, 12:24
Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Bu gün, 12:18
Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Bu gün, 12:14
Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Bu gün, 12:09
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50
Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:46
Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Bu gün, 11:43
“Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:37
“Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Bu gün, 11:31
Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14
“Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10
Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00
Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55
TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52
Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48
“Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35
Vəziyyət dəyişir: - Putinə “yaşıl işıq” yandırıldı
Bu gün, 10:32
Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 10:28
Ağcabədidə FERMER ÜSYANI... - Başçıya HÜCUM ETDİLƏR...
Bu gün, 10:18
Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj - sülh, inkişaf və strateji liderliyin zirvəsi
Bu gün, 10:05
Araz Ağalarova qarşı icraatdan sonra Emin Rusiyadakı konsertini ləğv etdi - AÇIQLAMA
Bu gün, 10:02
"Dedim, bilirsən ki, mənim nə boyda oğlum var?"
Bu gün, 09:59
Bonus pulu iki aydır gecikdirilir: Həkimlər özlərini cəhbə bölgəsində hiss edirlər... - Maliyyə Nazirliyi kütləvi narazılıq yaradır
Bu gün, 09:50
Sosial şəbəkələrdə MARKETİNQ OYUNU – Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?
Bu gün, 09:45
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:41
Qardaşlıq üzərində qurulan strateji tərəfdaşlıq - MƏQALƏ
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru