Böyük Britaniya xarici işlər naziri Devid Lemmi “Eurofighter Typhoon” qırıcılarının Türkiyəyə satışı ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə əmin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Türkiyə KİV-ə açıqlamasında deyib.
“Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə mümkün ixracı ilə bağlı irəliləyiş əldə etməyə davam edirik və əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşı da bu satışı dəstəkləyəcək”, - nazir qeyd edib.
Lemminin fikrincə, Eurofighter-lərin Türkiyəyə satışı NATO-nun əsas müttəfiqləri arasında onilliklər ərzində formalaşmış dostluq əlaqələrini gücləndirəcək.
Xatırladaq ki, “Eurofighter” konsorsiumuna Britaniya ilə yanaşı, Almaniya, İtaliya və İspaniya daxildir.