9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                     "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının .....                     “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” .....                     Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI .....                     Vaşinqton-Moskva münasibətlərində gərginlik: .....                     Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır .....                     AYNA indi də marketlərin qabağında BƏND alıb... .....                     Paşinyan Moskvaya gedib .....                     Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? .....                     Bakıda sevgilisini daşla vurub öldürən oğlanın .....                     “Malibo” MTK vətəndaşı belə incidir... .....                     Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək .....                     Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü .....                     Balakəndə kanat yolunun tikintisinə .....                     Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək .....                     Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək .....                     Şuşada yaşayış binaları ilə bağlı .....                     Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq .....                     Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... .....                     Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib .....                     `Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... .....                     Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi .....                     Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu .....                     “AFB Bank”da yüksək posta TƏYİNAT .....                     Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır .....                 

Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - FOTO
Tarix: 7-05-2025, 19:35 | Çap et
Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Mayın 7-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Ərazi partiya təşkilatının sədrləri, partiya veteranları, şəhid ailələrinin üzvləri, YAP sıralarına yeni qəbul olunmuş üzvlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edən natiq əvvəlki əlamətdar illərdə olduğu kimi, bu ilin də yüksək səviyyədə qeyd olunduğunu, ilə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edib. A.Nəbiyev tarixi sınaqlardan hər zaman alnıaçıq, üzüağ çıxmış Azərbaycan xalqının bu gün müstəqil, suveren ölkənin vətəndaşları olaraq qürurla yaşadıqlarını və qalib dövlətə sahib olduqlarını vurğulayıb. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına xalqımızın milli sərvəti olan suverenliyimizin bərpa olunduğunu, bütün ərazilərdə Konstitusiya qurluşunun bərqərar olunduğunu diqqətə çatdırıb. A.Nəbiyev bu il xalq olaraq Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəyimizi söyləyib. Bu baxımdan 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib. “Hər bir xalqın özünəməxsus dahiləri, liderləri, görkəmli şəxsiyyətləri olur. Ümmmilli Lider tək Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük oğludur. Azərbaycan tarixinin elə bir səhifəsi yoxdur ki, orada Ümummilli Lider öz səhifəsini yazmamış olsun”, - deyən A.Nəbiyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olundu. Bu Sərəncam bizə imkan verdi ki, biz Ümummilli Lider, dahi rəhbər Heydər Əliyevin şərəfli və mənalı ömrünü, onun misilsiz xidmətlərini, titanik fəaliyyətini daha dərindən öyrənək, mənimsəyək, təbliğ edək, gənclərə aşılayaq. Eyni zamanda, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müdrik Azərbaycan xalqının öz böyük oğluna, dahi rəhbərinə olan hörmət və ehtiramının, sevgi və sədaqətinin təzahürü oldu. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin sözünün çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı bacaran, zəngin dövlətçilik və idarəçilik qabiliyyətinə malik olan, tarixdə iz qoymağı bacaran dahi bir lider olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyev xalqını nə qədər sevirdisə, Azərbaycan xalqı da onu o qədər sevir və inanırdı. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982, 1982-1987, 1987-1993, 1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrin inkişaf etdiyini vurğulayıb. “Ulu Öndər Heydər Əliyev həm də Yeni Azərbaycan Partiyasının quucusu və memarıdır”, - deyən A.Nəbiyev vurğulayıb ki, ölkədə gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup (məşhur ”91-lər”) Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin səsləndirdiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladan natiq bu gün sözün əsl mənasında bunun əyani şahidi olduğumuzu söyləyib. A.Nəbiyev qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, bütöv Azərbaycanı görmək idi. Bu gün qürur və fəxrlə deyə bilərik ki, dahi rəhbərin arzusu gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı və işğalda olan torpaqlarımız azadlığına qovuşdu, antiterror tədbirləri zamanı suverenliyimiz tam bərpa edildi. A.Nəbiyev bu şanlı zəfərə görə canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, hərbçilərimizə, Müzəffər Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. 2023-cü ilin 19 sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən söz açan A.Nəbiyev antiterror tədbirləri nəticəsində bizim hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib. Antiterror tədbirləri zamanı əldə edilən uğurlu nəticələrin Azərbaycanın növbəti qələbəsi olduğunu söyləyib. A.Nəbiyev Ulu Öndərin söylədiyi “Nə qədər Azərbaycan var, mən də varam. Mən Azərbaycanda əbədi olacağam” fikrini səsləndirərək qeyd edib ki, Azərbaycana hansı tərəfdən baxsaq, orada Ulu Öndərin dəstt-xəttini, onun misilsiz xidmətlərini, silinməz izlərini görürük.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb, Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Nə zaman, nə də məkan anlayışına sığmayan şərəfli və mənalı ömür" mövzusunda keçirilən tədbirin əhəmiyyətindən söz açıb. “Dünyada tarixi qələmə alanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir”, - deyən icra başçısı Ulu Öndər Heydər Əliyevin də tarix yaradan nadir insanlardan, dahi şəxsiyyətlərdən biri olduğunu qeyd edib. Heydər Əliyevin bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etdiyini söyləyib. Rayon rəhbəri bildirib ki, Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O, isə öz şərəfli ömrünü doğma Azərbaycan xalqına həsr etmişdir. İcra başçısı qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Vurğulayıb ki, "Hər zaman həyatını xalqına qurban verməyə hazır olan" Heydər Əliyev "həyatından artıq sevdiyi xalqına" ömrünü qurban verməyi bacardığını əməli ilə sübut etdi. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı və qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmasını təmin etdi. Təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi də yadaşlarda qalıb. 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddətdə xaos və anarxiyaya son qoyulmasına, ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində gərgin fəaliyyətə başladı. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu. İcra başçısı bildirib ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır. Beynəlxalq aləmdə qüdrətli ölkə kimi tanınan Azərbaycanın əldə etdiyi hər bir uğur Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vətənini, xalqını canından artıq sevdiyini həyatı ilə sübut edən Ümummilli Liderin ideyaları Azərbaycanın davamlı uğurlarının parlaq gələcəyinin əsasıdır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi bizlər üçün qiymətli bir xəzinədir. İllər, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Ulu Öndərin işıqlı təfəkküründən süzülüb gəlmiş nadir fikir inciləri uğurlu gələcəyə gedən yollarımızda əbədi məşəl kimi daim alovlanacaqdır. Əminik ki, Heydər Əliyev yolu Azərbaycanı daha böyük uğurlara aparacaqdır.

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, Partiya veteranı Polad Ağakişiyev, Ərazi partiya təşkilatının sədr müavini Afət Eyyubova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev, Ərazi partiya təşkilatının sədr müavini Günel Sanıyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıblar. Çıxış edənlər bildiriblər ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin qarşısında duran ali məqsədlərə çatmaq üçün milli qanunvericiliyimizin əsaslarını müəyyən etdi. Məqsədyönlü siyasət nəticəsində milli birliyin, sabitlik və təhlükəsizliyin təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi və digər mühüm addımlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra işğaldan azad olunmuş torpaqlarda üçrəngli Azərbaycan Bayrağının qürurla dalğalandığını, Ulu Öndərin və Vətən yolunda canlarından keçən şəhidlərin ruhlarının şad olduğunu söyləyiblər. Çıxış edənlər 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin elan olunmasını Ümummilli Lider Heydər Əliyevin dövlətçilik prinsipləri və milli suverenlik ideyalarının təbliği, Ümummilli Liderin zəngin irsinin, həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımdan yüksək qiymətləndiriblər. Dahi şəxsiyyətin mənalı ömür yoluna həsr edilmiş bu cür tədbirlərin keçirilməsində əsas məqsədin müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini bir daha xatırlatmaq, Ulu Öndərin zəngin irsini gənc nəsil arasında təbliğ etmək olduğu vurğulayıblar.

Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli və Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəblərin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Ən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar. Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya üzvlük vəsiqəsi təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.
"DİA-AZ"

Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Dünən, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Dünən, 16:52
Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Dünən, 16:45
“Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Dünən, 16:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Dünən, 16:37
Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Dünən, 16:35
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Dünən, 16:34
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Dünən, 16:32
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Dünən, 16:31
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Dünən, 16:30
Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Dünən, 16:21
Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Dünən, 16:01
Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Dünən, 15:59
Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dünən, 15:52
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Dünən, 15:49
`Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib
Dünən, 15:37
Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu - ƏMR
Dünən, 15:34
“AFB Bank”da yüksək posta TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 15:30
Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır - Pakistan səfiri
Dünən, 15:25
“Sülh müqaviləsi ilə bağlı irəliləyiş yoxdur” – Armen Qriqoryan
Dünən, 15:23
Ermənilər pakistanlıların deportasiyasını tələb edir - KİV
Dünən, 15:17
"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib - TƏFƏRRÜAT
Dünən, 15:13
"Evdə yeməyə heç nəyim yoxdur..." - Neft ölkəsində neftçi FƏRYAD EDİR...
Dünən, 15:11
“Köçəryan və Sərkisyan bizə kömək edəcək” - KİV
Dünən, 14:53
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTO
Dünən, 14:50
Dünya fəlakətin bir addımlığında: müharibədə kim maraqlıdır? - Görünəni odur ki...
Dünən, 14:00
“Moskviçtexxidmət” ASC səhmdarlarına - DİVİDİEND ÖDƏYƏCƏK
Dünən, 13:58
AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb - DİQQƏT
Dünən, 13:22
“Xalq Həyat”ın İdarə Heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru