“Mingəçevir” FK: Yeni nəfəslə İRƏLİ! - FOTO
Tarix: 28-04-2025, 10:37 | Çap et
 Azərbaycan futbolu dedikdə göz önünə ilk növbədə “Neftçi” gəlir. Ölkəmizin flaqman komandasının 1966-cı ildə Sovet İttifaqının çempionatında bürünc medal qazanmasından sonra respublikada futbola maraq daha da artdı. Paytaxt Bakı ilə yanaşı rayonlarda da yeni klublar yaradıldı. Həmin il Mingəçevirdə də yerli futbol komandası formalaşdırıldı. Qısa zamanda bu komandanın şöhrəti ətrafa yayıldı. Ümumiyyətlə, Mingəçevir zəngin futbol ənənəsi olan bir şəhərdir. İndi bu ənənəni şəhərin eyni adlı kollektivi- “Mingəçevir” Futbol Klubu davam etdirir. Bu klubun təməli 1966-ci ildə “Energetik” adı ilə qoyulub. 2022-ci ildə klub “Mingəçevir” FK adı ilə yenidən quruldu, müəyyən nəticələr göstərdi. Bir müddətdən sonra komandanın pis günləri başladı. Uğursuzluq, imkansızlıq komandanın oyununa da, maddi-texniki bazasına da ciddi təsir etdi. Amma hər çətin vəziyyətdən çıxış yolu olur. “Mingəçevir” FK-nı da düçar olduğu vəziyyətdən çıxarmağı bacaranlar tapıldı. “Mingəçevir” futbol klubunun prezidenti Rafael Bünyatov dostu, iş adamı, xeyriyyəçi Adnan Əhmədzadə ilə birlikdə Mingəçevirdə futbolun keçmiş şöhrətini bərpa etmək üçün əllərindən gələni edirlər. Yaşar Məmmədzadə adına şəhər stadionu bu şəxslərin təşəbbüsü ilə yenidən qurulur. Klub hazırda maddi-mənəvi cəhətdən dirçəlir, heyətə perspektvli oyunçular cəlb olunur. “Mingəçevir” Futbol Klubuna yeni nəfəs verən əsas simalardan biri komandanın baş məşqçisi Füzuli Məmmədovdur. O, ölkə daxilində və xaricində bir çox komandanın formasını geyinib, bir çox komandanın məşqçisi olub. 1993-cü ildən başlayaraq “Azneftyağ”, “Neftçi”, “Prikarpatye” (Ukrayna), OİK, “ANS Pivani”, “Şəfa”, “Turan”, “Maşinsazi” (İran), “Xəzər Lənkəran”, “Simurq”, “Olimpik”, “Karvan”, “Neftçala” klublarında çıxış edib, U-18, U-19, U-21 milli komandaları və əsas yığmanın şərəfini qoruyub. İki dəfə Azərbaycan çempionu olub (1995/1996-cı illər mövsümündə “Neftçi”nin, 2006/2007-ci illər mövsümündə isə “Xəzər Lənkəran”ın heyətində). 1994/1995, 1995/1996-cı illərdə “Neftçi”, 2001/2002-də “Şəfa”, 2006/2007, 2007/2008-də isə “Xəzər Lənkəran”la ölkə kubokunu qazanıb. 2008-ci ildə “Xəzər Lənkəranın” heyətində MDB ölkələri arasında keçirilən “Birlik Kuboku”nun qalibi olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. “Rəvan”, “Zirə”, “İnter”, “Səbail”, “Neftçi” komandalarını yaşıl meydançaya çıxardıb. Bu il “Mingəçevir” komandasına dəvət olunaraq baş məşqçi təyin edilib. Füzuli Məmmədovun gəlişi ilə çətin günlərini yaşayan komanda uğursuzluq zolağından çıxıb. 6 (altı) xalla turnir cədvəlinin sonuna yuvarlanan “Mingəçevir” FK Füzuli Məmmədovun kollektivə verdiyi motivasiya sayəsində Birinci Liqa birinciliyində qələbəyə sevinməyə başlayıb, qənaətbəxş nəticələrlə göstəricilərini xeyli yaxşılaşdırıb, autsayderlər çərgəsindən çıxaraq bir qədər irəliləyib. Bu uğurda Füzuli müəllimə kömək və dəstək olan əzmkar bir kollektiv var. Bunlar futbolçular, eləcə də məşqçilər Rəfail Əmirbəyov, Mehman Yunisov, Rauf Mehdiyev, inzibatçılar Samir Mütəllimov, Məhəmməd Məmmədov, masajçı-fizioterapevt Elcin Gülverdiyev, mətbuat katibi Elnur Qasımov, klubun baş meneceri Ruslan Həmidov və “Mingəçevir” FK rəhbərliyi, həmçinin sponsorlarıdır, Əhmədov Nurlan idarə heyyətinin sədri, Zaur Qarayev idman direktoru, Cabbar Bəbirov təhlukəsizlik əməkdaşı. Birgə zəhmətlə ümidverici nəticələr əldə olunub, komanda öz oyununu tapıb. Mən Mingəçevirdə olarkən şəhəri təmsil edən futbol komandanın təlim-məşq bazasına da baş çəkdim, kollektivlə tanış oldum. Əhval-ruhiyyə çox yüksək idi. Oyunçular da, məşqçilər də, azarkeşlər də yeniliklərdən razıdırlar. Hər kəs Füzuli müəllimi təcrübəsinə, prinsipiallığına inanır. Futbol həvəskarları, peşəkar mütəxəssislər Azərbaycan futbolunda Füzuli və Xaqani Məmmədov qardaşlarının oyununu, əməyini unutmayıblar. Biz də “Mingəçevir” komandasına, baş məşqçi Füzuli Məmmədova qarşıdakı matçlarda uğurlar, yüksk göstəricilər arzu edirəm.
Sima Babayeva - boyukmillet.com





|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
• Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16 |
|
|
|
• “Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07 |
|
|
|
• Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• “Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46 |
|
|
|
• Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35 |
|
|
|
• Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20 |
|
|
|
• Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
• PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56 |
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
|