"Bu sərəncam yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq" - Rəşad Məcid
Tarix: 26-04-2025, 12:11 | Çap et
 Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” dünən imzaladığı Sərəncam milli mətbuatın ölkənin ictimai fikir və dövlətçilik tarixində oynadığı rola verilən dəyərin təzahürü olmaqla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir. Bu Sərəncam həm də Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə bağlı müstəqillik illərində qoyduğu ənənənin davam etdirilməsinin göstəricisidir. Azərbaycanın da bir parçası olduğu dünya nizamının saysız təbəddülatla üzləşdiyi indiki gərgin dövrdə milli mətbuatımıza göstərdiyi belə nəcib və kübar münasibətə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti adından dərin təşəkkürümü bildirirəm. Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır. Sərəncamda həmçinin bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir, əslində, Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır. Ümumiyyətlə, cənab Prezidentin bu Sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar. Sənəddə jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağını optimallaşdırmağa imkan verən bir çox müddəalar səsləndirilir, tutarlı arqumentlər sadalanır. Əminəm ki, Azərbaycan mediası və jurnalistikası üçün əlamətdar bir tarixlə - milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış bu Sərəncam böyük tarixə yüksək dəyərin ifadəsi olmaqla bərabər, həm də mediamızın sabahı və inkişafı baxımından yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq. Zaman, müasir dünya bütün fəaliyyət sahələrində olduğu kimi, jurnalistika sahəsində də baş verən yeniliklərlə, sürətlə inkişaf edən informasiya texnologiyaları ilə ayaqlaşmağı, baş verən ardıcıl proseslərdən geri qalmamağı diktə edir. Bu prosesdə, şübhəsiz, biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Belə məsuliyyətli dövrdə Azərbaycan dövlətinin mediamıza ardıcıl olaraq dəstək verməsi biz jurnalistlər üçün bir üstünlük, bir şansdır. Cənab Prezidentin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı da dövlətimizin Azərbaycan mediasına ciddi dəstəyini nümayiş etdirən növbəti mühüm sənəddir. İnanıram ki, hər birimiz bu məsuliyyətin ciddiliyini nəzərə alıb üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edəcəyik. Buna müasir peşəkar jurnalistikamızın gücü də yetər, potensialı da.
Rəşad Məcid Mətbuat Şurasının sədri "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Bu gün, 18:01 |
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Bu gün, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Bu gün, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Bu gün, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Bu gün, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Bu gün, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30 |
|
|
|
• Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28 |
|
|
|
• Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16 |
|
|
|
• Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15 |
|
|
|
• Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08 |
|
|
|
• Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03 |
|
|
|
• “Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50 |
|
|
|
• SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45 |
|
|
|
• Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42 |
|
|
|
• Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37 |
|
|
|
• "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34 |
|
|
|
• Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14 |
|
|
|
• AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05 |
|
|
|
• Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02 |
|
|
|
• Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56 |
|
|
|
• Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53 |
|
|
|
• Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44 |
|
|
|
• Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42 |
|
|
|
• Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37 |
|
|
|
• “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23 |
|
|
|
• Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19 |
|
|
|
• İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
• Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12 |
|
|
|
• Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07 |
|
|
|
• "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05 |
|
|
|
• Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03 |
|
|
|
• Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59 |
|
|
|
• Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51 |
|
|
|
• BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42 |
|
|
|
• Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40 |
|
|
|
• Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38 |
|
|
|
• Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36 |
|
|
|
• Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00 |
|
|
|
• Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58 |
|
|
|
• Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50 |
|
|
|
• “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44 |
|
|
|
• “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33 |
|
|
|
|