Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                     “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” .....                     Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq .....                     Yasamalda “Avant” MTK özbaşınalığı… .....                     Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi .....                     Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır .....                     Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb .....                     Azərbaycanda bu nazirliklərin birləşəcəyi .....                     “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir .....                     Yaslarda ehsan ləğv edilir .....                     Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb .....                     Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR .....                     Evləri sökülən “Bayırşəhər” sakinləri... .....                     Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? .....                     Sabiq nazir müavini işdən çıxarıldı .....                     Maştağa sakinlərindən ŞİKAYƏT .....                     Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. .....                     Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı .....                     Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır .....                     Etibar Məmmədov aktiv siyasətə qayıda bilər .....                     Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... .....                     Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… .....                     Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR .....                     İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... .....                     İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı .....                     Qubanın yollarını 2,1 milyon manata bu şirkət .....                     “Tehranın tarixi saxtakarlığı fiaskoya məhkumdur” .....                     Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... .....                     Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı .....                     211 saylı məktəbdə ibtidai siniflər risk altında... .....                 

“Ədalət” İlyas İsmayılovsuz yaşayacaqmı? - "Partiyanı ələ keçirməyə çalışırlar"
Tarix: 4-04-2025, 12:07 | Çap et
“Ədalət” İlyas İsmayılovsuz yaşayacaqmı?
Mərhum liderimiz İlyas İsmayılovun bu ilin 17 fevralında dünyasını dəyişməsindən sonra Ədalət Partiyasının öz gələcəyini necə quracağı indi təkcə partiya üzvlərimizin və media təmsilçilərinin yox, elə ölkənin siyasi həyatının aktiv iştirakçılarının da ən çox cavab axtardıqları suallardandır.
Partiya rəhbərliyinə daxil olan şəxslər bilirlər ki, İlyas müəllim xəstələnib ölüm yatağına düşdüyü andan indiyədək, müəyyən etik və mənəvi prinsiplərə, milli adət-ənənələrimizə əsaslanaraq, bu mövzunun müzakirəsindən maksimum dərəcədə yayınmağa üstünlük vermişəm və israrla cavab istəyənlərə də rəhmətlik Elçibəyin vəfatından sonra AXCP-nin düşdüyü acı durumu xatırladaraq, əgər varsa, İlyas müəllimin partiya ilə bağlı vəsiyyəti üzrə hərəkət edilməsinin daha məqbul, hamı üçün ağrısız variant olacağını demişəm.
Çünki Azərbaycanın müasir siyasi tarixində AXCP-nin timsalında vəsiyyətə əməl olunmamasının və pərakəndə hərəkətin, YAP-ın timsalında isə vəsiyyətə əməl olunmasının və monolit qüvvətək davranışın bir siyasi təşkilatın və hətta dövlətin taleyinə, aqibətinə necə təsir etdiyini görmüşük, çox yaxşı bilirik...
Artıq İlyas müəllimin “40 mərasimi” də başa çatıb və Ədalət Partiyasının sədri postuna iddialı şəxslər tərəfindən hələ İlyas müəllimin cənazəsi götürülməmiş qapalı şəkildə başlanan “qurultay keçirməli, yeni sədri seçməliyik” müzakirələri indi nəinki təşkilat daxilində, hətta hakimiyyət kabinetlərində, media və sosial şəbəkələrdə daha şiddətlə davam edir, üstəlik, jurnalistlər vasitəsiylə israrla bizdən cavab istənilir.
Deməli, biz də camaatı intizarda saxlamamlı, sükutumuzu pozmalı, nəhayət, mövqeyimizi açıqlamalı və ictimailəşdirməliyik.
Məsələnin hüquqi və ilk baxışdan da hamıya sadə görünən tərəfi budur ki, partiya qurultaya gedəcək, o qurultayda yeni sədr seçiləcək və onunla da yola davam ediləcək.
Lakin bu, təkrar edirəm, yalnız məsələnini görünən tərəfidir. Reallıqlar və bu reallıqlardan doğan siyasi şərait isə tamam başqa şərtləri diktə edir. Bir siyasətçinin də vəzifəsi, ilk növbədə, o reallıqları dərk etmək, düzgün qiymətləndirmək və onlara uyğun da qərar qəbul etməkdir.
Biz də Ədalət Partiyası ilə bağlı hazırki reallıqların nədən ibarət olduğunu riyakarlıq etmədən, səmimiyyət və cəsarətlə, açıq şəkildə dilə gətirməli, ictimai müzakirəyə də təqdim etməliyik ki, həm fərdi, həm də kollektiv qərar qəbulunda o şərtlər öncədən nəzərə alınsın və sonradan məyusluq əhvalı yaşanmasın, məsuliyyət bir-birinin üzərinə atılmasın.
Beləliklə, hər şeydən əvvəl, o fakta mütləq diqqət yetirilməlidir ki, ölkədəki əksər siyasi təşkilatlar kimi, Ədalət Partiyası da indiyədək ideoloji təməllər üzərində deyil, şəxsiyyət ətrafında qurulmuş, özünün təşkilati struktur və iyerarxiyasında məhz “liderə bağlılıq” prinsipini əsas götürmüş partiya olub.
Həyatsa sübut edir ki, düşüncələrdə ortaq olmayanların yoldaşlığı uzun sürmür - ya yolları ayrılır, ya özləri.
Bu partiya da 2000-ci ilin 5 noyabrındakı parlament seçkilərindən dərhal sonra – noyabrın 6-da eks-spiker Rəsul Quliyevin həmsədrlik etdiyi ADP-dən ayrılmaqla, məhz İlyas İsmayılovun liderliyini qəbul edənlərin bazası əsasında özünü bərpa edib və İlyas İsmayılovun hakimiyyətə gəlməsi, prezidentliyə namizədliyinin müdafiəsi üçün təşkilatlanaraq, sıralarını genişləndirib; hətta 2006-2015 aralığında parlament partiyasına çevrilib; son 25 ildə partiyanın dəyişməz sədri və siması, iki seçki dönəmində deputatı, yeganə prezidentliyə namizədi də məhz rəhmətlik İlyas İsmayılov olub.
Təəssüf ki, hazırda partiya sıralarında İlyas İsmayılov kimi zəngin həyat və idarəçilik təcrübəsinə malik, yüksək elmi-siyasi hazırlıqlı, hamını öz ətrafında birləşdirməyi və qoruyub saxlamağı bacaran, siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə və maddi resurslara sahib, prezidentliyə iddialı ikinci yetkin bir insan – Lider yoxdur. Partiyamız hazırda böyük bir siyasi avtoritet boşluğunun ağrılarını yaşayır və çaşqınlıq içərisindədir.
Üstəlik, belə bir şəraitdə həm hökumətdəki müəyyən maraqlı çevrələrin, həm də rəqib siyasi təşkilatların aşkar və pozucu müdaxiləsiylə hər hansı fövqəladə qabiliyyəti və üstün əxlaqi-mənəvi keyfiyyətləriylə fərqlənməyən adamların israrla partiya sədri olmaq həvəsinə düşmələri, iddialarından geri çəkilməmələri, bu məqsədlə partiya strukturlarını qurultayqabağı ələ keçirməyə cəhd göstərmələri nəinki effektiv qurultayın və ədalətli sədr seçkisinin təşkili işini çətinləşdirib, hətta vahid komanda ola bilməyən partiyanı daha da zəiflədərək, ondan qopma və sonda da parçalanma riskini xeyli yüksəldib...
Bu durum isə, şübhəsiz ki, hökumətə ya partiyanın dövlət qeydiyyatını rahatca ləğv etmək, ya da üzvlərin iradəsiylə seçiləcək yeni sədrin siyasi legitimliyini şübhə altına almaq və onu tamamilə özündən asılı hala salmaq, təzyiq altda saxlamaq üçün ciddi hüquqi əsaslar, dəlillər yaradacaq; yeni sədrin işi və enerjisi isə öz legitimliyini məhkəmə qapılarında "sübuta yetirməklə" keçəcək...
Digər partiyaların da yaşadığı bu aqibətdən vaxtında qaçmaq və qeyri-müəyyən situasiyanın yaranmaması üçün mən hələ ötən ilin əvvəlində - rəhmətlik İlyas müəllimin sağlığında və partiya rəhbərliyinə daxil olan təsirli şəxslərin yanındaca təklif etmişdim ki, partiyanın gələcəyini kimin üzərində qurduğumuzu göstərmək – siyasi varisi müəyyənləşdirmək üçün İlyas müəllimin yaşı və səhhətiylə bağlı geri çəkilməsiylə cəmiyyətə çox aydın mesajlar çatdırılmalı, nisbətən gənc müavinlərdən birinə partiya sədrinin sərəncamıyla digərlərindən artıq səlahiyyətlər verilməli, onun rayon təşkilatlarıyla intensiv əlaqələri təmin edilməli və gözlənilən təkrar parlament seçkilərində də bütün gücümüzü toplayaraq, uyğun bir dairədən hamılıqla məhz həmin şəxsin qalib gəlməsinə çalışmalıyıq.
Çünki Ədalət Partiyasından bircə nəfərin, daha dəqiqi, gələcək sədrin parlamentə düşməsi rəhmətlik İlyas müəllimin təqaüdündən başqa hər hansı maliyyə qaynağı olmayan partiyamızın fəaliyyətinin dövlət büdcəsindən 5 il ərzində maliyyələşməsi və bununla da partiya strukturlarının işləkliyinin təmin edilməsi imkanı demək olacaqdı.
Ancaq çox təəssüf ki, partiyanın uğurunun məhz təklif etdiyim bu taktikadan asılı olduğunu hər kəs anlasa da, mücərrəd mülahizələrlə ona gedilməsi qeyri-müəyyən müddətə ertələndi. Partiya rəhbərliyi hər hansı hesablama aparmadan, aydın strategiya müəyyənləşdirmədən, özünün namizədlərinin uduzacağını öncədən bilə-bilə, ötən ilin iyulunda təkrar parlament seçkilərinə qatılmaq qərarı verdi və məyusluqdan başqa da heç nə qazanmadı!
Beləliklə, partiyanın öz ictimai-siyasi çəkisini gələcəkdə qoruyub saxlaya bilməsi və yaşaması üçün son əlverişli fürsət də, sanki, bilərəkdən qaçırıldı!
Bilmənizi istərəm ki, partiya seçkidə iştirak qərarı versə də, təklifim qəbul olunmadığından, hətta rəhmətlik İlyas müəllimin israrlarına baxmayaraq, mən nümayişkaranə şəkildə seçkilərə qatılmaqdan imtina etdim, heç kəsin kampaniyasına qatılmadım və çıxıb doğma kəndimə - Kolanıya getdim, bütün kampaniya müddəti də kənddə oldum. Çünki nəticələr öncədən bəlli idi və hökumətin dəstəklədiyi hansısa qabiliyyətsiz namizədin “çempionluğu” tamaşasında “yıxılmış rəqib” görüntüsü yaratmağı da öz ləyaqətimə sığışdırmadım!
Bu haqda sosial şəbəkə hesabımda rəsmi mövqeyimi də açıqladım və həmin tarixdən etibarən, tez-tez partiya adından dəvət aldığım bütün televiziya proqramlarına qatılmaqdan da imtina etdim! Ötən ilin iyulun sonlarından indiyədək – son 9 ay ərzində məni hər hansı mediada və yaxud siyasi tədbirdə partiya adından danışan, çıxış edən görə bilməzsiniz!
Təəssüf ki, mən geri çəkildiyim halda, indi israrla partiya sədri olmaq həvəsinə düşənlərin, demək olar, hamısı həvəslə o seçkidə iştiraka razılıq verdilər və gözlənildiyi kimi, özlərindən qat-qat qabiliyyətsizlərə də uduzduruldular! Ən acınacaqlısı da o oldu ki, o nəticəni elə özlərinə də qəbul etdirdilər!
Bu da axırı - indi Ədalət Partiyasının öz fəaliyyətini İlyas İsmayılovsuz davam etdirə bilməsi çox ciddi sual altındadır və sədrliyə iddialıların heç biri bu yükü çəkəcək gücdə, qabiliyyətdə və imkanda deyil!
Nə qədər mediada partiyanın gücündən danışılsa da, ölkənin gerçək siyasi mənzərəsindən xəbərdar olan hər kəs yaxşı bilir ki, bu, yumşaq desək, blefdir və partiyanın bu kökə düşməsində də, ilk növbədə, elə hazırda partiyaya sədrlik həvəsinə düşənlər məsuliyyət daşıyırlar!
Ən utancverici hal da odur ki, sədrliyə iddialıların heç birinin müstəqil şəkildə Ədalət Partiyasının gələcəyi və ölkə siyasətində tutacağı yer barədə aydın təsəvvürləri, proqramları yoxdur və bu posta yalnız və yalnız hökumətlə, ayrı-ayrı siyasi təşkilatlarla sövdələşmə imkanı kimi baxırlar...
Hər hansı maddi dəstəyi olmayan və sırf İlyas İsmayılov şəxsiyyətinə bağlı insanların fədakarlığı hesabına ayaqda qalan və 2023-cü ildə təkrar dövlət qeydiyyatına alınan Ədalət Partiyasının İlyas İsmayılovun yoxluğu şəraitində də nəinki eyni şövq və entuziazmla fəaliyyət göstərəcəyinə, ümumiyyətlə, hətta qurultayadək öz bütövlüyünü qoruyub saxlaya biləcəyinə mənim inamım qalmayıb!
Məsələn, vaxtilə İlyas müəllimin işçiləri olduğuna və onunla sabit şəxsi münasibətlərinə görə partiyaya gələn, hər biri min nəfərdən çox üzv cəlb edən, hazırda da partiyanın 2 ən böyük rayon təşkilatı sayılan Gəncə və Mingəçevir təşkilatının sədrlərindən birinin istefası kifayətdir ki, Ədliyyə Nazirliyi qeydiyyatımızı birdəfəlik ləğv etsin...
Rayon təşkilatları sədrlərinin və Siyasi Şuraya daxil olan şəxslərin haqlı narazılığı, hazırki rəhbərlikdən üz çevirmələri üçünsə kifayət qədər əsaslar yaradılıb artıq. İlyas müəllimin səhhətinin pisləşdiyi və Türkiyəyə müalicəyə getməyə qərar verdiyi vaxtdan etibarən, kənar müdaxilələrlə partiyanın daxilində baş verənlər İlyas müəllimə yaxın şəxslərin partiyanın perspektivinə olan-qalan inamlarını da tamamilə sarsıdıb...
Sağlığında İlyas müəllimin halıyla bircə dəfə də olsun maraqlanmayanların, qayğısına qalmayanların, partiyanın uğuru üçün hər hansı effektiv təşkilati-siyasi fəaliyyət ortaya qoymağı bacarmayanların Liderimiz ölüm döşəyinə düşdüyü andan etibarən qəfildən fəallaşmaları, hətta “qayğıkeş” və “canıyanan” qismində bu abırlı və qürurlu kişinin yarıçılpaq şəkildə uzandığı çarpayısının yanında peyda olub növbəylə foto çəkdirmələri, evindən şəkilllər yaymaları, xüsusilə də son 6 ay ərzində rayon təşkilatlarının rəhbərləriylə separat sövdələşmələrə qalxmaları, təkidlə qurultay keçirməyin gərəkli olduğunu dilə gətirmələri siyasi diletantlığın və mənəviyyatsızlığın son həddi olmaqla, İlyas İsmayılova gerçəkdən sadiq insanları da daxilən iyrəndirərək, partiyanın mövcud rəhbərliyinə qarşı etimadsızlıq yaradıb və bundan sonra partiyanı qoruyub saxlamaq meyllərinin üstündən də birdəfəlik xətt çəkib...
Hətta İlyas müəllimin həqiq dostları və yaxınları, şəxsi arxivini saxlayanlar belə, partiyanın artıq onlar üçün bitdiyi qənaətindədilər!
Şübhəsiz ki, bu hal mənim də bu insanlarla gələcək münasibətlərimin məsafəsini müəyyənləşdirməklə yanaşı, həm də Ədalət Partiyası sədrliyinə iddiamın önünü birdəfəlik kəsən əsas maneədir: mən bu unutqan, yoldaşlıq prinsiplərinə uyğun davranmağı bacarmayan, Kufə əhlitək adamı mübarizəyə çağırıb yarıyolda qoyan, düşmən əlinə oynayanlarlamı qurultaya gedəcəm?!
Mənim ən çox sevdiyim İslam tarixidir, oxşar situasiyalarda qoca tarixə, sevdiyim qəhrəmanların o situasiyalarda necə davrandıqlarına baxar, müqayisələr aparar və yalnız bundan sonra qərar verərəm.
Son aylarda bizim partiyada yaşananlar da mənə zəngin İslam tarixində 1400 il əvvəl baş vermiş məşhur bir hadisəni müasir obrazlarla təkrar-təkrar gözlərim önündəcə canlandırır...
Bəli, 1400 il əvvəl də eynilə belə olmuşdu. Sevgili Peyğəmbərimiz (s.ə.s.) xəstələnib ölüm döşəyinə düşən zaman xilafətə rəhbərliyi ələ keçirmək niyyətiylə özünü yaxın, doğma, əziz adamlartək göstərənlərin, yatağının yanında dövrə vuranların sayı xeyli artmış, Həzrəti Məhəmmədin (s.ə.s.) sağlığında dəyər verdiyi, özündən sonra Ümmətə rəhbərlik etmək haqqına və bacarığına sahib şəxslər isə unudulmuş, heç xəlifə seçiminə belə, dəvət olunmamış, onlar da Ümmətin birliyi naminə haqq davasına qalxmamış, susub, sakitcə iddialarından geri çəkilmişdilər... Zamansa o vaxt iddialarından geri çəkilənləri haqlı çıxarmışdı...
Bu tarixi yaxşı bilənlərdən, araşdıranlardan və ibrət alanlardan biri kimi, mən də partiyamızın hara getdiyini görür, təklifimi və üzvlərimizə şəxsi qərarımı elan edirəm:
Bir siyasətçinin də, hərbçinin də məğlubiyyəti və faciəsi onda başlayır ki, zamanında durmağı və geri çəkilməyi bacarmır! Mənim qənaətimcə, Ədalət Partiyasının da artıq durmaq, dayanmaq, geri çəkilmək zamanıdır!
Yox, əgər hazırki partiya rəhbərliyi fəaliyyətin davam etdirilməsinə cəhd göstərəcəksə, Ədalət Partiyasının bölünməsində, parçalanmasında tərəfə çevrilməmək üçün yeni sədri müəyyənləşdirəcək qurultaya hazırlıq prosesində və qurultayın təşkili işində mən iştirak etməyəcəm, sədrliyə və hər hansı posta da namizəd olmayacam; partiyadakı müavinlik statusumu rəhmətlik İlyas müəllimlə birgə məzara endirdiyimdən, hələlik sıravi partiya üzvü kimi qalacam və kiminsə sədrliyə namizədliyini də dəstəkləməyəcəm!
Çünki mənim kimi birisi hazırda partiyaya sədrlik etmək iddiasında və həvəsində olanların heç birini dəstəkləyə, onlara beyət edə bilməz!
Bu, hər şeydən əvvəl, Liderimiz İlyas müəllimin öyrətdiklərinə və ruhuna xəyanət etmək olar!
Rəhmətlik İlyas müəllim bizə öyrətmişdi ki, həqiqi ləyaqət, öncə, imtinadan başlayır - layiq olmadığından, haqqının çatmadığından imtinadan!
Biz haqqı çatmadığına və layiq olmadığına iddia edənin arxasında dura, onun göstərişlərini yerinə yetirə, onu özümüzə rəhbər, lider görə bilmərik!
Haçan içərimizdən ölkədə ədalət uğrunda səmimi və ölümünədək mübarizə aparacaq gerçək bir Lider meydana çıxar, onda aktiv siyasi fəaliyyətimizi bərpa edər, bütün varlığımızla da onun yanında yer alar, ona dəstəyimizi əsirgəmərik!
Ümid edirəm, partiyadaşlarımız təklifimə və qərarıma emosiyalarla deyil, soyuq başla yanaşmağa üstünlük verəcəklər!

Elxan Şükürlü - bakupost.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57
Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49
Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43
Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38
Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36
Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32
Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51
Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49
Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25
Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21
Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19
Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR - NƏ ETMƏLİ?
Bu gün, 09:18
İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... - AMMA...
Bu gün, 09:16
İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı – Ermənistan detalı
Bu gün, 09:15
Qubanın yollarını 2,1 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 09:11
“Tehranın tarixi saxtakarlığı fiaskoya məhkumdur” - Başqa cür ola da bilməz...
Bu gün, 09:09
Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... - Ramiz Mehdiyevin əmrindədir?
Bu gün, 09:02
Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı - NƏ BAŞ VERİR?
Bu gün, 08:53
211 saylı məktəbdə ibtidai siniflər risk altında... - direktor müavini heç kimi eşitmir
Bu gün, 08:50
Tramp geciksə, Putin qazanacaq... - BU FAKTDIR...
Bu gün, 08:43
Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:48
Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK - İLK DƏFƏ
Bu gün, 07:45
Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 07:30
“Rabitəbank”la bağlı “cashback” qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 07:27
Keçmiş PA şefi Azərbaycandan birdəfəlik gedir? - FOTO
Bu gün, 07:25
Göygöldə vakant müəllim yerləri gizlədilir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar" - ÇAĞIRIŞ
Bu gün, 07:16
“Yolüstü Restoranı”nda vergidən YOLÜSTÜ YAYINMA - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru