Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan .....                     Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb .....                     Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi .....                     Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif .....                     Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir .....                     Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu .....                     Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti .....                     Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir .....                     Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı .....                     Direktor təyinatında İKİLİ STANDART... .....                     Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                     İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə .....                     Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                     Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                 

İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Tarix: 28-02-2025, 09:56 | Çap et
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir
Hazırda həbsdə olan sabiq Baş Prokuror, Azərbaycanın Serbiyadakı sabiq səfiri Eldar Həsənovun qızı Səbinə Hüseynova atasının məhkəmə prosesi haqqında В«TəzadlarВ»a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

-Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya “Açıq məktub”larınızdan xəbərdarıq. Reaksiyalar oldumu? Oldusa, necə oldu?

-Təssüflər olsun ki, gözlədiyimiz reaksiya bu günə qədər verilməyib.

Amma inanıram ki, reaksiyalar olacaq. Əsas odur ki, ictimai rəy də atamın günahsız olmasına köklənibdir, hamı bilir ki, o, dövlətinə və Prezidentinə həmişə sadiq olub, elə də qalır… Allah böyükdür, inanram ki, haqq öz yerini tutacaq…

-Bəs, Siz hansı reaksiyaları gözləyirdiniz?

-Düşünürəm ki, ölkə başçımız Cənab İlham Əliyev, I vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın başları ölkənin taleyüklü məsələlərinə qarışdığından belə məsələlərlə məşğul olmağa vaxtları yoxdur. Bilirsiniz ki, dünyanın gözü və diqqəti bir ildir Azərbaycandadır. Cənab Prezidentin az qala hər günü, hər saatı Qarabağın dirçəldilməsinə, beynəlxalq diqqətin Azərbaycana daha şəffaf formada, ədalətli yanaşmasına və s. köklənib… Uzun illər Azərbaycan dünyanın ədalətsizliyi ilə üz-üzə qalmışdı, şükürlər ki, bunlar arxada qalmışdır… Lakin aiddiyyatı şəxslər ölkə rəhbərliyinə atamın səhhəti və istintaqın gedişi ilə bağlı obyektiv həqiqətləri vaxtında məruzə etsəydilər, vəziyyət bu cürə acınacaqlı olmayacaqdı və onlar tərəfindən adekvat reaksiya göstərilcəkdi…

– Atanız tanınmış və nüfuzlu şəxsdir. Belə statuslu şəxslərə qarşı hansısa oxşar addım atılanda hamı düşünür ki, ortada nəsə qaranlıq suallar var. Sizə görə bu qaranlıq suallar hansılardır?

-Hesab edirəm ki, atamın həbsi özü də qeyri- qanunidir. Ona qarşı irəli sürülmüş qondarma ittihamlar heç bir sübuta, dəlilə söykənmir. Atam Azərbaycana 9 avqust 2020-ci ildə Serbiyanin rəsmi heyəti ilə gəlib. Görüşlər keçirib, sonra da qayıtmalı idi. 13 avqust saat 9.30 XİN-nə yeni təyin olunmuş nazir Ceyhun Bayramovla görüşü vardi, evdən çıxdığında DTX əməkdaşları atamı saxlayıb ona şübhəli şəxs kimi ittiham irəli sürüblər və 16 aydır ki, atam DTX-nın İstintaq Təcridxanasında saxlanılır… Qaranliq suallar çoxdur! Əgər ki, səfir Eldar Həsənova irəli sürülməli olan ittihamlar əvvəldən var idisə, niyə onda rəsmi heyətlə birlikdə Azərbaycana çağrılırdı? Tək çağırmaq mümkün deyildi? Belə çıxır ki irəli sürülmüş ittihamlar bir günə hazırlanıb? Heç bir şəkildə sübut oluna bilinməyən və cinayəti törətməyən bir insanı nədən təcridxanada 16 ay saxlayırlar?

-İctimai rəy belədir ki, ortada siyasi bağlılığı olan suallar var: bu nə ola bilər sizcə? Həm də sual yaranır: daim dövlətçiliyi sevən, Prezidentinə sadiq olan bir səfir nə edə bilər ki, ona qarşı belə addım atılır? Siz necə düşünürsünüz?

-Düşünürəm ki, bu həbs barədə cənab Prezidentin təbii ki, xəbəri olmalıdır. Hər gün səfir həbs olunmur. Amma o başqa sualdır ki, istintaq Prezidentə nələri və necə təqdim edib, vəziyyəti necə məruzə ediblər.

Atam 20 ildən çoxdur ki, 4 ölkədə səfir işləyib. Həmin ölkələr ilə Azərbaycan arasında strateji dotluq və əməkdaşlıq münasibətləri yaranıb və yüksələn xətlə də inkişaf edib. Bü gün də həmin ölkələrdə Azərbaycan bayrağı dalğalanır. Ümumilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin heykəlləri həmin ölkələrdə ucaldılıb, parklar salınıb… Zənnimcə, ölkə başçımız cənab İlham Əliyevə düzgün məlumatlar verlməyib, həqiqətlər bu gün də gizlədilir…

– Amma ictimai rəy həm də ona köklənib ki, hələ 1997-98-ci illərdə Eldar Həsənovla münaqişədə olan məmurların bu işdə rolu var. Özünün məhkəmədəki çıxışında da bu barədə vurğulanıb. Həmin hələ də “ayıq” qüvvələr ən yuxarı səviyyədə aravuran informasiya daşıyıcısı kimi görünür. Onlar E.Həsənovu nədə günahlandıra bilərdilər ki?! Bu barədə sizin nəsə bilginiz, qənaətiniz, şübhəniz nədir?

-Atam əvvəlcə susdu, çünki günahsız olduğunu bilirdi… Və bir ildən sonra verdiyi ilk açıqlamasında da qeyd elədiyi kimi, əsl səbəb atamın guya siyasi müxalifətlə əlaqədə olması və digər bu tipli absurd informasiyalar bir neçə mənbədən Cənab Prezidentə verilərək onu inandırmağa nail oldular. Sonra da bu ittihamlar və yalan məlumatlar öz təsdiqini tapmadığından həmin məlumatları verən şəxslər qorxularından gedib həqiqəti məruzə etməkdən çəkindilər. Külli aləm bilir ki, Eldar Həsənov hər əməlində Azərbaycan dövlətinin imicini, cənab Prezident İlham Əliyevin adını uca tutub. O, həyatını bu yolda səfərbər edib…

– Azərbaycanın sağlam düşüncəli təbəqəsi inanır ki, E.Həsənov günahsızdır və o, tezliklə azad ediləcək, əsl günahkarlar-ara qarışdıranlar cəzalandırılacaqlar. Siz necə düşünürsünüz?

-Sağlam düşüncəyə malik olmayan, qisas hissi ilə yaşayan məkrli insanlar təssüf ki, həm günahsız insanların məhvinə səbəb olur, həm də ölkənin imicinə böyük zərər verirlər. Qənaətim odur ki, həmin insanlar da bütün imkanları istfadə edib atamın haqqında yalan məlumatları da verməklə atamın həbsinə nail oldular…

– Məhkəmədə baş verənləri hamı bilir və görür. İnanmırıq ki, xırda məmurların törətdikləri, təqsirləndirilən E.Həsənova qarşı rəftarı orta səviyyəli sifariş və qisasçılıq əlamətidir… İctimai rəy buna qarşı oldu, hiss olunur ki, son məhkəmə proseslərində bu hallara son verilib. Doğrudurmu?

-Tam əminəm ki, mənim atam günahsızdır. Atam nə dövlətimizə, nə xalqimiza, nə də Cənab Prezidentimizin adına xələl gətirəcək heç bir iş görməmişdir. Əksinə, o daima ona göstərilmiş etimadı layiqincə doğrultmuş, vətənimizə və dövlətimizə sədaqətlə xidmət etmişdir. Ümid edirəm və əminəm ki, gec və ya tez atamın qanunsuz həbsinə nail olmuş araqarışdıran şəxslər ifşa olunacaqdır. Atamın günahsızılığı onsuz da məhkəmədə sübüuta yetirilib, inşallah, ümid edirəm ki, o tezliklə haqqı olduğu azadlığına qovuşacaqdır.

– Eldar Həsənovun hazırkı sağlamlıq durumu necədir?

-Atamın sağlıq durumu olduqca kritikdir. İndiyə qədər 4 dəfə məhkəmə zalında huşunu itirib yıxılmışdır. O təxirəsalınmadan xəstəxanaya yerləşdirilmək əvəzinə, istintaq təcridxanasına qaytarılmışdır. Hal- hazırda gündəlik 31 dərman qəbul edir. Hətta dərmanların sayını azaltmaq üçün belə kənardan həkim dəvət edilməsinə icazə verilmir. Bununla bağlı vəkillər tərəfindən verilən bütün vəsatətlər rədd olunur. Atamda xroniki ürək, diabet, bel-onurğa xəstəlikləri ilə yanaşı, son 16 ayda hipertoniya, ağır formada olan beyin probelemləri yarandı. Atamın sağlıq durumunun real vəziyyəti barədə ölkə başçısına məruzə etmirlər. Hesab edirəm ki, sağlığının real vəziyyəti üzə çıxmasın deyə, yanına kənardan həkim buraxılmır.

– Sonda: hakimlərin mövqeyi adətən yuxarıdan gələn tapşırıqlara köklənir. Məhkəmədən hansı qərarı istərdiniz və ya hansı qərarı gözləyirsiniz?

– Belə gedişatla məhkəmədən heç bir ədalətli qərar gözləmirəm. Tapşırıq varsa… Əgər ki, bütün ittihamlar məhkəmədə sübuta yetirilməyibsə, başqa nə deyim… Buna baxmayaraq vəkillərin verdiyi vəsatətlərdən heç biri təmin olunmursa, həkimlər müayinə üçün onun yanına buraxılmırsa, hansı ədalətli qərardan söhbət gedə bilər. Belə fikirdəyəm ki, atama veriləcək cəza hökm də çoxdan hazırdır, sadəcə, hüquqi prosedur olaraq gözləyirlər. Sadəcə, günahsız bir insana niyə belə əzab-əziyyət, işgəncə vermək kimə və niyə lazımdır, onu başa düşmürəm!?

– Səbinə xanım, mən bir dəfə yazmışdım: vəzifədə olanda E.Həsənovun əllərindən öpməyə hazır olanların bu məhkəmə prosesində və ya istintaq vaxtı səsi çıxmırdı. Bəlkə onların səsini biz eşidə bilmirdik?!

-Boş vermək lazımdır bunları… Onlar öz həqiqi üzlərini göstərdilər. Allaha şükr etmək lazımdır ki, məhkəmə və saxta ittihamlar belə insanlarin əsl simalarını da bizə göstərdi…

– Dost dar gündə tanınar! Eldar Həsənovun dostları bu dar gündə necə tanınır?

-Eldar Həsənovun əsl dostları bu gün də yanımızdadırlar. Ona və bizə mənəvi dəstək verirlər. Allah razı olsun onlardan…

– Sonda nəsə demək istərdinizmi?

-Qeyd etmək istəyirəm ki, bütün zülm və işgəncələrə, məruz qaldığımız ədalətsizliklərə, təqiblərə baxmayaraq, atam və ailəmiz bu gün də Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, çox hörmətli I Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya hörmətlə yanaşırıq və onlardan bu ədalətsizliyə son verilməsini gözləyirik. İnşallah, inanıram ki, cənab Prezidentimiz İlham Əliyev atam haqqında ədalətli qərar verilməsinə kömək göstərəcəkdir!!!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru