
1956-cı ildə ABŞ-SSRİ nüvə müharibəsi baş verəcəyi təqdirdə Amerika Azərbaycanda 21 ərazini hədəfə almağı planlaşdırırdı.
Ölkə.Az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev qeyd edib. Siyahının 2020-ci ildə ABŞ Milli Təhlükəsizlik Arxivində aşkarlandığını xatırladan dosent bildirib ki, ABŞ-nin hədəfləri ümumilikdə fərqli ölkələrdə 1100-dən çox yeri əhatə edirdi:
“Zərbənin hədəfi təkcə Sovetlər deyil, həm də onun Şərqi Avropa, Çin və Şimali Koreyadakı müttəfiqləri idi.
1. Azərbaycan - 21;
2. Krım - 20;
3. Gürcüstan - 18;
4. Krasnodar vilayəti - 9;
5. Rostov vilayəti - 7;
7. Çeçenistan - 3;
8. Stavropol diyarı - 2;
9. Ermənistan - 2;
10. Dağıstan 2;
11. Adıgey - 2;
12. İnquşetiya - 1;
13. Şimali Osetiya - 1;
Coğrafi baxımdan sırf Qafqaz bölgəsini nəzərə alsaq, 62 hədəf var idi”.
Z.Əliyev həmin hədəflərin bir qisminin göstərildiyi xəritəni də paylaşıb.