Əsas Səhifə > Güney Press > Azərbaycan da hədəfdəymiş
Azərbaycan da hədəfdəymişDünən, 16:55 |
![]() 1956-cı ildə ABŞ-SSRİ nüvə müharibəsi baş verəcəyi təqdirdə Amerika Azərbaycanda 21 ərazini hədəfə almağı planlaşdırırdı. Ölkə.Az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev qeyd edib. Siyahının 2020-ci ildə ABŞ Milli Təhlükəsizlik Arxivində aşkarlandığını xatırladan dosent bildirib ki, ABŞ-nin hədəfləri ümumilikdə fərqli ölkələrdə 1100-dən çox yeri əhatə edirdi: “Zərbənin hədəfi təkcə Sovetlər deyil, həm də onun Şərqi Avropa, Çin və Şimali Koreyadakı müttəfiqləri idi. 1. Azərbaycan - 21; 2. Krım - 20; 3. Gürcüstan - 18; 4. Krasnodar vilayəti - 9; 5. Rostov vilayəti - 7; 7. Çeçenistan - 3; 8. Stavropol diyarı - 2; 9. Ermənistan - 2; 10. Dağıstan 2; 11. Adıgey - 2; 12. İnquşetiya - 1; 13. Şimali Osetiya - 1; Coğrafi baxımdan sırf Qafqaz bölgəsini nəzərə alsaq, 62 hədəf var idi”. Z.Əliyev həmin hədəflərin bir qisminin göstərildiyi xəritəni də paylaşıb. Geri qayıt |