
Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz mühüm qərar qəbul etdik - 16-cı sanksiyalar paketini təsdiq etdik və 17-ci paket üzərində işləməyə davam edəcəyik", - o qeyd edib.