![“Putin-Tramp görüşünü keçirməyə hazırıq” “Putin-Tramp görüşünü keçirməyə hazırıq”](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739626253_0001.jpg)
Səudiyyə Ərəbistanı Rusiya Prezidenti Vladimir Putinlə Ağ Ev aparatının rəhbəri Donald Tramp arasında görüşə öz ərazisində ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
"Krallıq Səudiyyə Ərəbistanında keçirilən sammiti alqışlayır və Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün davam edən səylərini təsdiqləyir", - bəyanatda deyilib.
Xatırladaq ki, fevralın 12-də Putin və Tramp arasında təxminən 1,5 saat davam edən telefon danışığı olub. Ağ Ev rəhbəri Rusiya lideri ilə Səudiyyə Ərəbistanında şəxsən görüşmək planlarını da açıqlayıb. Fevralın 13-də Səudiyyə Ərəbistanının hələ Putinlə Trampın görüşünə hazırlığa başlamadığı bildirilib. Krallığın İnformasiya Nazirliyindən bildiriblər ki, iki lider arasında görüşün tarixi hələ müəyyən edilməyib.