![Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739340140_0001.jpg)
Rusiyada azərbaycanlı keçmiş arvadını döyüb, onun ərini isə bıçaqlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ulyanovsk vilayətində baş verib.
İş materiallarına görə, fevralın 8-də “Honda Civic” markalı avtomobildə olan azərbaycanlı Robespier küçəsində əvvəlcə 20 yaşlı qızı yerə yıxıb. Daha sonra qızın sevgilisinin ayağına bıçaqla xəsarət yetirib.
Müstəntiqlərin fikrincə, azərbaycanlı keçmiş arvadını təqib edib. Hadisənin səbəbi qısqanclıq olub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Gənc qızın yoldaşına bud nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Ulyanovsk İstintaq Komitəsi “İki nəfəri öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb və azərbaycanlı saxlanılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işin ilkin və yekun istintaqının gedişi haqqında ətraflı hesabat tələb edib. Bastrıkinin əmri Rusiya İstintaq Komitəsinin mərkəzi aparatında həyata keçiriləcək. İcrasına ciddi nəzarət edilir.