Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                 

“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Tarix: Bu gün, 09:07 | Çap et
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi
Məlum təyyarə olayından sonra Rusiya ilə gərginləşən münasibətlər fonunda yeni iddialar medianın diqqətini çəkib. Belə ki, “Qafqazinfo” saytı Azərbaycanda Rusiyanın təşkilatlanmış şəbəkəsi olduğu haqda yazıb. “”Qafqazinfo"ya daxil olan məlumat həqiqətən də belə bir şəbəkənin mövcud olduğuna heç bir şübhə yeri qoymur. Əvvəla, qeyd edək ki, “Rus evi”nə Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yer ayrılması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub (yeri gəlmişkən, artıq qurumun yerləşdiyi binanın üzərindəki “Ruskiy dom” yazısı fevralın 11-də sökülüb).

Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir. Məsələnin maraqlı tərəfi də budur ki, “Rus evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus evi”nə yeni ofis axtarışına çıxıb. Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez-tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub".

Sayt iddia edib ki, şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb. Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır".

İlk reaksiya sabiq xarici işlər naziri Elmar Məmmədyarovdan gəlib. Sabiq nazir bildirib ki, onu “vurmaq” istəyənlər var: “Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə "vura" bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur".

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də qısa münasibət bildirib:"Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur."

“Mən indi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm”. Bunu isə sabiq mədəniyyət naziri Əbülfəz Qarayev deyib.

“Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir”. Maraqlıdır ki, ləğv olunmuş Mili Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov heç bir mövqe bildirməyib.

“Məmmədyarovdan soruşan yoxdur ki, axı onun hansı siyasi çəkisi, nüfuzu, xidməti, əhali arasında dəstəyi var ki, hələ bir onu "vurmaq" da istəsinlər?" Azpolitika.info saytı yayılan iddialarla bağlı şərhində belə yazıb.

“Diplomat kimi peşəkarlığı barədə az məlumatımız olan, əvəzində nə dediyini özündən başqa heç kimin başa düşmədiyi (özünün də başa düşdüyü şübhəlidir), daim ironiya, lağlağı obyektinə çevrilən bir adamın uzun illər Azərbaycanın XİN başçısı olmasının özü nonsens idi. Vəzifəsinin son akkordlarını isə "evdən işləyən nazir" kimi başa vuran Məmmədyarovun nazir postundan kənarlaşdırılmasının gerçək siyasi səbəblərini də çox az adam bilir. Nə idi həmin kritik günlərdə onu evdə oturmağa məcbur edən, hansı “qarınağrısı” idi və nədən Prezident bunu efirdən deməli oldu? Bunun özü də cavabı açıq qalan suallardandır...

Hələ Məmmədyarovun nazirliyində (həmişəki kimi) sonradan üstü açılan böyük korrupsiya əməllərini, həbsləri demirik...", - deyə sayt yazır.

Ümumiyyətlə, Azərbaycandakı yazılmayan siyasi qanunların, məhkəmə, hüquq-mühafizə sisteminin böyük çatışmazlığıdır ki, hər biri hər kəsə məlum yollarla ayrı-ayrılıqda milyonçuya, bəziləri isə milyarderə çevrilmiş bu adamlar rəhbərlik etdikləri qurumlarda aşkarlanan külli miqdarda yeyinti, korrupsiya faktlarına, digər ağır cinayətlərə rəğmən azadlıqdadırlar. Onların əvəzinə müavinləri, idarə rəisləri və daha kiçik “balıqlar” 2-3 il həbsdə yatıb çıxıblar və hər biri də hazırda öz kefində-damağındadır: “Bir də verdikləri cavablardan da göründüyü kimi, bu adamları birləşdirən daha bir ümumi cəhət özləri barədə həddindən artıq yüksək fikirdə, rəydə olmalarıdır. Ortaya ciddi arqument, fikir, mövqe qoymaqdansa, biri "qarınağrısı"ndan danışır, biri “axmaq-axmaq söhbətlər” deyir və s.

Yəni vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları, ədabazlıqları və bir də “siyasi mədəniyyətləri” də əvvəlki səviyyədə qalır..."

Musavat.com isə E.Məmmədyarovu “siyahıdakı ən koloritli fiqur” hesab edərək bunları yazıb: “Azərbaycanın ən önəmli, ən kritik anlarında işə çıxmayan və evdən işləyən Məmmədyarov bu və digər səbəblərdən vəzifəsindən azad edildi. 16 iyul 2020-ci ildə, Tovuz döyüşlərindən sonra yaranan kritik anlarda Azərbaycan Prezidenti onu qovmuşdu. Sadə insanların iş moduna keçən Məmmədyarov tarixdə "evdən işləyən nazir" kimi qalıb. Əcəba, Məmmədyarov Rusiyaya da evdənmi işləyirdi?

Yoxsa Azərbaycanın ən kritik günlərində evdən işləmək elə Rusiyaya işləmək idi?" Sayt öz mənbələrinə istinadən yazır ki, hazırda Azərbaycanla Rusiya arasında heç vaxt olmadığı qədər açıq siyasi qarşıdurma, əsl “soyuq müharibə” yaşanır: “Azərbaycan isə bu vəziyyətə adekvat cavab verməyə və Rusiyanın ölkədəki təsir dairəsini məhdudlaşdırmağa çalışır. Bu istiqamətdə Rusiya ilə bağlılığı olan şəxslərin ifşa edilməsi və onların məsuliyyətə cəlb olunması gündəmdədir. Müşahidələr göstərir ki, proses hələ davam edəcək və Azərbaycanın milli maraqlarını qorumaq üçün gələcəkdə də bu cür addımlar atılacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru