"Əfi" ləqəbli Əflatun Rüstəmov adlı tiktoker polis əməkdaşları tərəfindən saxlanılıb.
"DİA-AZ" "Unikal.az"a istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.