Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                     Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                     Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? .....                     "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" .....                     "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" .....                     ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər .....                     "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" .....                     Zibil məsələsi də “zibilə” dönüb .....                     GDU-da nə işlər çevrilir... .....                     Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... .....                     "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." .....                     3 illik zəmanət vermişdilər... .....                     Xalq artisti görün, nədə ittiham olunur .....                     Bu bank müştərilərinin DÜŞMƏNİDİR? .....                     'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? .....                     "Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                 

"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Tarix: 1-02-2025, 06:45 | Çap et
 "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı"
Ötən il, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı müəmmalar davam edir. Qəza nəticədə təyyarədə olan 67 nəfərdən 38-i ölmüş, 29-u sağ qalmışdı. Ölənlərin 23-ü Azərbaycan vətəndaşı idi.

Qəzadan artıq bir aydan çox keçməsinə baxmayaraq, onun səbəbləri ilə bağlı nəticələr açıqlanmayıb. Eyni zamanda, qəza ilə bağlı məsələlər Rusiya və Azərbaycanda hakimiyyətə yaxın medialarda qarşılıqlı iddialara səbəb olub. Azərbaycanda hökumətyönümlü medialar öz mənbələrinə istinadən artıq bu qəzada Rusiyanın günahı olduğu ilə bağlı sübutların mövcudluğundan bəhs edirlər. Rusiyada isə əksinə, bir sıra media orqanları məsələ ilə bağlı Azərbaycan tərəfinin "əsassız" iddialar səsləndirməsinə, münasibətləri süni gərginləşdirməsinə diqqət çəkirlər.

Qəzadan bir neçə gün sonda Azərbaycan prezident İlham Əliyev də təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini demişdi. Prezident habelə vurğulayıb ki, Azərbaycan tərəfi öz tələblərini açıq şəkildə Rusiyaya bildirib: "Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir".

Dövlət başçısı qeyd edib ki, şərtlərdən birincisi artıq dekabrın 28-də təmin olunub: "Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək".

Rusiya prezidenti Vladimir Putinin dekabrın 28-də azərbaycanlı həmkarına zəng edərək təyyarə qəzasının Rusiya səmasında baş verməsinə görə üzr istədiyi açıqlanıb. Ancaq o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.

Qəza ilə bağlı araşdırmanın ilkin nəticəsinin bu həftə açıqlanacağı gözlənirdi. Amma, hələlik, bu baş verməyib. Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev yanvarın 24-də keçirilən mətbuat konfransında demişdi ki, bütöv durumdakı qara qutular tam deşifrə olunub, nəticədə uçuş parametrləri və pilotların danışıqları müəyyənləşdirilib.

Bəs nəticələrin açıqlanması nədən gecikir və bu barədə Azərbaycanda nə düşünürlər?

Deputat: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, təyyarənin qara qutularından məlumat artıq Qazaxıstana göndərilib, Azərbaycana və Rusiyaya da veriləcək (istehsalçı şirkətin yerləşdiyi Braziliyada araşdırılıb): "Yaxın günlərdə də bu məlumatların açıqlanması gözlənilir".

Deputat qeyd edib ki, keçən bu dövr ərzində məsələ ilə bağlı çox fikirlər səslənib: "Eyni zamanda çox təəssüf ki, son 10-15 gün ərzində Rusiyada bir sıra rəsmi və qeyri-rəsmi mətbu orqanları sanki Azərbaycan üzərinə kütləvi hücuma keçiblər, Azərbaycanı və ölkə rəhbərliyini günahlandırmaqla məşğuldurlar. Necə deyərlər, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Onlar hansı mərkəzdən idarə olunur, komanda haradan verilib, özləri bilər. Yəqin ki, özbaşına deyillər və hansısa rəsmi mərkəzdən istiqamətləndirilirlər".

E.Məmmədovun sözlərinə görə, fakt ondan ibarətdir ki, vurularaq qəzaya uğrayan təyyarədə olan insanlar bir neçə ölkənin vətəndaşları olub: "Ancaq Azərbaycan vətəndaşları çoxluq təşkil edirdi. Ekipaj da Azərbaycanınkıdır. Təyyarə harada vurulduğu da məlumdur, bunu gizlətmək artıq mümkün deyil. Cənab prezidentimiz də ilkin şərtləri açıqladı və həmin şərtlərdə qeyri-adi heç bir şey yoxdur. Aviasiya sahəsində mövcud olan beynəlxalq konvensiyalar, sənədlər var. Şərtlər onlara istinad edilərək səsləndirilib ki, günahkarlar üzr istəməlidir, günahı etiraf etməli, təzminat ödəməlidir. Bu o demək deyil ki, burada Azərbaycan Rusiyanı aşağılayacaq tələbləri qoyur. Qətiyyən".

Komitə üzvü hesab edir ki, qəza ilə bağlı rəsmi nəticələr açıqlanandan sonra Rusiya günahkardırsa, günahını etiraf etməlidir: "Bir sıra xarici güc mərkəzləri var ki, onlar da Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi üçün dərindən qabıqdan çıxırlar. Biz Rusiyaya qarşı həmişə səmimi olmuşuq, niyyətimiz mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi olub. Bu gün də münasibətimiz normaldır. Düşünürəm ki, bu təyyarə qəzası ilə bağlı işlər yoluna qoyulacaq. İki dövlət arasındakı münasibətlərin pozulmasına doğru getmək düz olmaz".

"İnanmıram ki, Rusiya hökuməti, o cümlədən Putin..."
"Artıq bizə bəllidir ki, qara qutudakı məlumatlar Rusiyanın elan etdiyi məlumatlarla üst-üstə düşmür", - deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, qara qutu ilə bağlı açıqlama gözlənilir: "Çünki bunu uzun müddət gizli saxlamaq mümkün deyil".

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə, ekspert hesab edir ki, münasibətlər olduqca gərgindir: "Prezident İlham Əliyevin üç tələbi var və o, onları bir neçə dəfə səsləndirib: üzrxahlıq, kompensasiya, cinayətkarların cəzalandırılması. Biri – üzrxahlıq alayarımçıq olub. Rusiya prezidenti hadisənin Rusiya səmasında olmasına görə üzr istədi".

E.Şahinoğlu xatırladır ki, 44 günlük müharibə zamanı Rusiyaya məxsus hərbi helikopterin vurulmasına və 2023-cü ildə "antiterror" tədbirləri zamanı həmin ölkənin sülhməramlıların həlak olmasına görə Azərbaycan tərəfi üzr istəyib: "Yəqin ki, Azərbaycan prezidentinə təsir edən odur ki, bu iki hadisədə günahkar tərəf Rusiya olsa da, onlar üzr istəyib, amma açıq-aşkar bizim sərnişin təyyarəmiz vurulduğuna və vətəndaşlarımızın həlak olmasına görə Rusiya haqlı tələblərimizi yerinə yetirmək istəmir".

Politoloqun fikrincə, qara qutuların məlumatları açıqlanandan sonra Rusiya sakit şəraitdə kompensasiya məsələsini həll etməyə çalışacaq: "Amma mən inanmıram Rusiya hökuməti, o cümlədən Putin cinayətkarların cəzalandırılması barədə tapşırıq versin. Putin hakimiyyətdə olduğu dönəmdə nə haradasa öz səhvini etiraf edib, nə də cinayətkarlar cəzalandırılıblar".

O qeyd edib ki, fevralda Azərbaycan və Rusiya prezidentlərinin strateji müttəfiqlik haqqında Bəyannamə imzalanmasının üç illiyi olacaq: "Bu təyyarə hadisəsindən sonra bu strateji sənədin heç bir siyasi qüvvəsi qalmayacaq. Təyyarə olayında Rusiya öz üzərinə düşəni etməsə, çətin təsəvvür edirəm, yaxın müddətdə Azərbaycan prezidenti Putinlə necə görüşə bilər? Münasibətlər gərgin olaraq qalır və əgər Rusiya şərtləri yerinə yetirməsə, münasibətlərin normalaşmasını çətin təsəvvür edirəm".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru