ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtonun dəstəyi ilə İsraili İranın nüvə obyektlərinə zərbə endirməyə dəvət etməlidir.
Publika.az xəbər verir ki, bunu Respublikaçı senator Lindsi Qrem deyib. Onun sözlərini “Politico” sitat gətirib.
Senatorun fikrincə, İranın nüvə proqramının diplomatiya yolu ilə zəiflədilməsi şansı çox azdır. Qrem vurğulayıb ki, onun hərbi üsulla pozulma ehtimalı, əksinə, 90 faizdir.
“Beləliklə, prezident Trampla müzakirə edəcəyim növbəti mövzu İranın nüvə proqramını məhv etmək məqamından istifadə etməkdir, çünki onların bu niyyəti ifşa olunub”, - ABŞ senatoru bildirib.