Ermənistan rəhbərliyi Azərbaycanın demilitarizasiya (hərbisizləşdirmə və ya silahsızlaşdırma) tələbinə cavab olaraq silahlara qarşılıqlı nəzarət, kvota və istifadəyə məhdudiyyətlər üçün danışıqlar mexanizminin formalaşdırılmasına hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Siyasətçi vurğulayıb ki, Azərbaycan bu tələbi qəbul etməyib, Ermənistan isə Bakının tələbi çərçivəsində silahlanmanı məhdudlaşdıracaq:
“Hansısa bir “ağıllı adam” varmı ki, Ermənistanın silahlanma ilə bağlı məsələləri nəzarətdə saxlamaq və ya məhdudlaşdırmaq təklifinin gündəm və ya ikitərəfli razılaşmanın əsasına çevriləcəyini düşünür? Əslində, müəyyən mərhələdə bu təklifin redaktə ediləcəyini və onun altında yalnız Ermənistanın silahlanmasına kvota, məhdudiyyət və nəzarətin qalacağını göstərir”.