Bu əmək münasibəti Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir... - Ekspert danışır...
Tarix: 3-01-2025, 09:41 |
Çap et
Çox təəssüf ki, bu əmək münasibəti Əmək Məcəlləsi ilə birbaşa olaraq tənzimlənmir və nəticədə bu vəziyyətə düşən işçilər əziyyət çəkir, işlərini itirirlər. İşçi Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə əmək əlili kimi 2-ci və ya 3-cü qrup əlillik dərəcəsi alır.
lakin işəgötürən tərəfindən yüngül işlə təmin olunmur,onunla bağlanmış Əmək müqaviləsi AR-sı Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndi ilə, "qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə" əsası ilə ləğv edilir.
5 il keçdikdən sonra isə bir çox işçilərin Tibbi Sosial Ekspert komissiyasının qərarı ilə sağlamlığının bərpası ilə əlaqədar əlilliyi ləğv edilir.
Lakin işçi müxtəlif bəhanələrlə əvvəlki işinə bərpa oluna bilmir. Təbii ki, bu halda işçinin işə bərpa olunması barədə hüquqi əsalar da olmur.
Hesab edirəm ki, bu barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq dəyişiklik edilməli, əlilliyin təyin edilməsi və əmək müqaviləsinin ləğvi işçininiradəsindən asılı olmayan əsaslarla həyata keçirilirsə və sonradan işçinin sağlamlığı bərpa olunursa və əlilliyi ləğv edilirsə, bu halda işçininəvvəlki vəzifəsinə bərpa olunmaq hüququ olmalıdır, hətta o hal da nəzərə alınarsa ki, o bu xəsarəti istehsalatda alıb, sağlamlığını itirib və bu əsasla işdən azad olunub.
Azər Quiyev
Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.link)