“Həll olunmamış münaqişə və çoxsaylı təhlükəsizlik təhdidlərinin hökm sürdüyü çətin şəraitdə olan ölkənin hökumət başçısının sosial şəbəkələrdə şərhçilərin suallarını cavablandırmağa vaxtı olmamalıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ayk Mamicanyan deyib.
Mamicanyana görə, Paşinyanın vətəndaşların problemləri və onları maraqlandıran məsələlərlə tanış olmaq üçün bir çox institusional alətləri var. Amma indiki baş nazir onlardan yararlanmır, başqa heç nəyə qadir olmadığından saatlarla Facebook-da oturmağa üstünlük verir.
“O, yalnız iki şeyi bacarır - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri təhvil vermək",-deyə erməni siyasətçi qeyd edib.