Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                     “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir .....                 

“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Tarix: Bu gün, 15:04 | Çap et
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz”
Bu günlərdə onun adı “Vətəndaş A” serialı ilə bağlı daha çox çəkilir. Söhbət ekran işində Almaz rolunu canlandırmış aktrisa Günəş Tegindən gedir.

HAŞİYƏ: Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004 –2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil alıb.
2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlayıb. 20-dən çox film və seriallarda rol alıb.

“Suğra və oğulları”, “Xəzər gəlini”, “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Skripkaçı”, “Fədakar”, “Qayıdış”, “Gecə axını”, “Qaranlıqlar çiçəyi”, “Məryəm”, “Yad gəlin” Sevgi naminə” adlı ekran işlərindəki rolları daha çox sevilib.

2023-cü ildə Qazaxıstanda keçirilən "Biken" Beynəlxalq Teatr Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Ailəlidir, iki övladı var.

Lent.az-ın müsahibi tanınmış aktrisa Günəş Tegindir.

- Günəş, sizə az qalıram Almaz deyə müraciət edəm. Bu rolla daha çox sevildiniz və məşhurlaşdınız. Almaz rolunun əsirinə çevrilməkdən qorxmursunuz? Adətən bir rolla tanınıb, sonra o çərçivədən çıxa bilməyən aktyorlar olur. Məsələn, Aleksandr Demyanenko ömrü boyu Şurik rolu ilə anıldı. Halbuki güclü dramatik rollara da çəkilə bilərdi.

- Qorxmuram, amma tamaşaçı adətən səni bir rolda görüb elə o şəkildə qəbul eləmək istəyir. Mənə tamaşaçılardan çoxlu zənglər gəlir, yazırlar. Deyirlər, Almaz çox əla alınıb, nə olar daha bundan zəif rola çəkilməyin. Səhəri gün məni bu rolda bəyənənlərin hər hansı bir fərqli obrazda qəbullanmaları çətin ola bilər.

- “Vətəndaş A”-nı çəkmək üçün Daşkəsənin Bayan kəndini seçməyinizin xüsusi səbəbi var idi?

- Bayan kəndi çox koloritlidir. Elə bil orta əsrlərdən qalıb. Hazır dekorasiyadır. O kolu-kosu, tör-töküntünü çıxarıb mənzərəsinə bir fərqli nəzərlə baxsan, yüz illər öncəsinə bənzəyən bir yurd yeri görürsən. Mərkəzdə Alban kilsəsi, kəndin özünün boz görünüşü. Keçmişinə çox bağlı olan kənd olduğu hər halından bilinir.

- Bu köhnə kənddə çəkilişlərdə hansısa problemlər yaşandı?

- Olurdu. Təzə gedəndə qısa şort geyinmək qadağası qoyuldu. İstəmirdilər şəhərdən gələn heyətin müasir formalarda ortalıqda dolaşmasını. Hətta bir dəfə çəkilişin ortasında paytaxtdan bir aktrisa gəlmişdi. Bir az açıq geyinmişdi. Dərhal film heyəti onu avtobusa saldı, üst-başını dəyişdirib, sonra çölə çıxmağına icazə verdilər. Düzdür, mehribanlıqla ev sahibliyi edənlər də var idi, amma çətinliklər də olurdu.
Bu günlərdə bir universitetə tələbələrin görüşünə getmişdim. Bir tələbə qız mikrofonu aldı dedi “mən həmin filmin çəkildiyi kənddənəm. Mat qaldım ki, sizə nəcə icazə veriblər orada çəkiliş etməyə”. Lap dağların zirvəsində deyil, amma gözdən uzaq bir kənddir. Qızların məktəb oxuması problemdir məsələn. 13 yaşa qədər icazə verirlər. O qız deyirdi ki, mən kəndimizdə bulaq başına gedəndə kişilərin mənə qəribə baxışlarla baxdığını hiss edirəm və o gözlərin ağırlığı altında əzilirəm.

- Bu mənada kənd camaatı işlərinizə qarışırdı?

- Elə çox yox. Öz aralarından bir neçə nəfər bizə kömək edirdi. Məsələn, uşaqlar çəkiliş meydançasına girməsin, sakitlik olsun deyə. Bir də evlərlə bağlı çətinlik yaşandı. Orda çəkiliş gedən evləri kirayələmişdik. Bir neçə bölümdən sonra qiyməti üç dəfə qaldırdılar. Bilirdilər ki, ayrı yolumuz yoxdur, çəkmişik davam eləməliyik.

- Çayxana səhnələri də çox təbii alınıb. Hətta bir kənd sakini var, sizdən “manipulyasiya nədi?” soruşan adam, onu kənddən dəvət etmişdiniz?

- Yox o rejissorumuzun tapıntısıdır. Mingəçevir teatrının aktyorudur.

- Məktəbli uşaqların da rolu həddən artıq təbii alınmışdı.

- Onlar İncəsənət Universitetinin tələbələridir. Rejissorumuz onlara anladırdı ki, kim davakar, kim çılğın, kim sakit obraz yaradır.

- Vidadinin sizi çayxanada vurması səhnəsi çox unudulmaz və təsirli idi.

- Hə. Hətta qohumlar soruşurdular ki, o səni doğrudan döyüb? Niyazini (Vidadi rolunun ifaçısı Niyazi İlyasoğlu) axtarışa vermişdilər (gülür).

- Bəzən aktyorlar deyirlər rola elə daxil oluram ayrıla bilmirəm. Sizdə necə olur bu hal?

- Yox mən onun əleyhinəyəm. O nə deməkdir, rola görə bir-birimizi döyüb öldürməliyik? Tanıdığım bir aktrisa var, rolda döymüşdülər, amma tərəf müqabili ekstaza gəlib həqiqətən vurmuşdu. Hələ də fizioterapiya alır. Rola görə canımızı xərcləməməliyik. Səhhətimizə ziyan vurmamalıyıq. Biz illərlə bu işin məktəbini elə buna görə oxuyuruq. Bir seriala çəkilirdim, bir gündə neçə epizod çəkilir, hamısında da mən ağlamalı, stress yaşamalıyam. Dedim mənə göz karandaşı verin, sürtdüm göz yaşlarım axdı. Yoxsa bütün günü ağlayım, o stressi çəkim. Xəstə düşər insan. O qədər rolun fəlakətini özününküləşdirib dəli olan aktyorlar, aktrisalar var.

- Çox təbii görünürsünüz. Almaz rolunda da sıfır makiyajla idiniz.

- Hə fikrimiz o idi ki, diqqəti Almazın gözəlliyinə yox, fikirlərinə ideyalarına verək. Almaz xarici görünüşü ilə diqqət çəkməməli idi. Ümumiyyətlə, aktrisaların üzü onların biznesidir deyərdim. Aktyorun iş aləti öz bədənidir. Üzümüzü qorumalıyıq. Gedib plastik əməliyyatlar etdirirlər, dodaq, qaş, yanaq dəyişir. Botoksla mimikaları itirirlər. Sən bu şəkildə tarixi bir rolda necə çəkiləcəksən? Bununla bir aktyor kimi özünü artıq məhv etdin deməkdir.

- Hansı şəkildə qadağa qoymaq olar sizcə buna? İzləyicini də belə məqam narahat edir. Axı hansısa qədim filmdə estetik gözəli olan qaşı döyməli qadını görmək bizə də xoş gəlmir...

Məncə bu məsələyə İncəsənət Universitetində diqqət yetirilməlidir. Necə ki, qəbul vaxtı görünüşə diqqət edirlər, qabiliyyət imtahanı verirlər, buna da diqqət etməlidirlər. İş o həddə çatıb ki, indi təbii simalı insan görəndə təəccüblənirik, adama qəribə gəlir. Heç bir Avropa ölkəsində bizim qadınlar qədər dəyişmə, estetik əməliyyata meyl göstərilmir. Təəssüf ki, edənlərin çoxu da vulqar formada etdirir. Bunu kimə xoş gəlmək üçün edirlər anlamıram. Ağlı başında olan heç bir kişi belə vulqar qadına aşiq olmaz.

- Adətən bütün aktrisaların oynamaq istədiyi bir rol mütləq olur. Sizin də belə bir xəyalınız var?

- Hansısa rolu arzulamamışam, çünki arzuladığım şeyə nail olmalıyam. Nəyin bahasına olursa olsun.

- Deyəsən Almaza bənzərliyiniz çoxdur.

- Onun kimi inadkaram. Mənim üçün ağ-qara var. Ya varsan, ya yoxsan, bunun orta halı mümkün deyil. Nə ətdir, nə balıq - bu adamlarla mənimki tutmaz. Məsələn, dostlarımla görüşəcəyik, həmin gün məndə alınmır, desələr biz oturaq, Günəşlə də gələn dəfə oturarıq, inciyərik. Necə ki, mən dəyər verirəm. Eyni dəyər mənə də verilməlidir.

Uşaqlarıma da deyirəm. Ya əla oxuyun, ya da heç oxumayın. Ortabab olmaq bir iş deyil. Məktəbdə də elə idim. Demirəm əlaçıydım, amma aktiv uşaq idim. Bir şəkildə bilmədiyim dərslərin də öhdəsindən gələ bilirdim. Yaxşı yaddaş əsasında.

- Kaprizləriniz var?

- Bəlkə də var. Əslində bu kaprizdən çox bir peşəkarın işə qarşı məsuliyyəti, tələbidir. Məsələn, mən çəkiliş meydançasına gəlmişəmsə qrim ustası, geyim üzrə rəssam, kostyum ustası öz işini bilməlidir yaxınlaşmalıdır. Onları oturub gözləməli deyiləm. Mən vaxtında gəlmişəm, sən də vaxtında yaxınlaş, işini gör. Görmürsə, deyirəm getdim, indi siz məni axtararsınız. Və ya mənim paltarlarımı geyindirməli olan geyim ustasının uzun caynaq kimi dırnaqları var, düymələrimi ha çalışır bağlaya bilmir. Mən isə artıq o hala girmişəm, bir neçə dəqiqə sonra kamera qarşısında olmalıyam. Nə qədər gözləməliyəm onu? Tutaq ki, filmə və ya hansısa rola aktyor axtarırlar. Dur gəl səni çəkirik demək mənə, sənətimə təhqirdir. Bu yaxınlarda bir nəfər zəng edib, deyir reklam çarxı çəkəcəyik, 3 saat ərzində gəlib çəkilə bilərsiniz? Dedim özünə hörmət qoyan heç bir aktyoru, aktrisanı siz 3 saat ərzində tapıb gətirə bilməzsiniz. Gərək bu mənada hamımız birlik olaq, işimizə hörmət qoyaq.

- Sizi bir aktrisa kimi nə hövsələdən çıxarır?

- Bəli. Məsələn, hansısa bir məclisdə, toyda kimsə kənardan durub deyəndə ki, aktrisasan dur bir şeir de. Aktyorluğu klounluqla səhv salırlar.

- Siz məşhurlaşandan sonra həyat yoldaşınızın qısqanclıqları yaranmadı?

- Evlənəndə o da, mən də kiminlə ailə qurduğumuzu bilirdik. O mənim əlimdən tutub sənətə gətirib. Səs rejissorudur. Mən daha eqoluyam. Onda bu yoxdur. Rasim yanlışlarımda məni doğruya yönləndirməyi bacarır. Kiçik anlaşılmazlıqlar isə hər ailədə olur və onu həll edirik.
Onunla tanış olanda 11-ci sinifdə oxuyurdum. Meydançaların birində çəkiliş edirdilər, mən də təsadüfdən orada idim. Orda tanış olduq. Universitetə daxil olan gündən bitirənədək yanımda olub. Hərdən deyir "mən sənin əlindən tutub universitetə apardım". Ssenarilərə bir yerdə baxırıq, seçirik, bir-birimizdən məsləhət alırıq. Onun istəmədiyi şeyləri "yox, bu olmalıdır", – deyə təkid etmirəm.

- Sənət yoxsa ailə?

- Ailə.

- Bahalı aktrisasınız?

- Bizdə kino bazarı kiçikdir. Qonorar qane eləmir. Hər bir sənət adamı öz qiymətini bilməlidir. Aktyor pulsuz çəkilməməlidir. Heç vaxt pulsuz çəkilmərəm. Mən heç vaxt kiçik məbləğdə çəkilməmişəm. Bizim sənətlə bahalı, lüks həyat yaşamaq qeyri-mümkündür.

- Almaz sizə və cəmiyyətə nə qazandırdı?

- Almaz kifayət qədər dərin sosial problemlərə toxundu, işıqlandırdı, maarifləndirməyə çalışdı. Filmdə bizim “ABAD” adını hallandırmaqla çətinliyi olan insanlara yol göstərir, necə dəstək ala biləcəklərini vurğulamağa çalışırdıq. Azadlıq gözəl duyğudur, amma hər bir azadlıq da iqtisadi güclə özünü reallaşdıra bilir. Küçədə insanların üzümə sevgi ilə, təbəssümlə baxmaları mənə pozitiv enerji verir. Demək ki, onlara xoş enerji ötürə bilmişəm. Axı heç nə qarşılıqsız olmur. Əgər rollarımla kiminsə həyatına toxunub, düşüncələrində nə isə xoş bir yeniliklərə nail ola bilmişəmsə bu da sevindiricidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru