TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                     İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb .....                     “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək .....                     "İnsanlara həmişə şans vermək lazımdır ki, .....                     “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub .....                     Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... .....                     Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma .....                     Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir .....                     Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur .....                     “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır .....                     Sevgilisinin maşınını icazəsiz götürdü .....                     İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb .....                     “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” .....                     QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib .....                     Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                     Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur .....                     Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır .....                     Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… .....                     Xameneiyə qarşı gizli komitə quruldu .....                     Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR .....                 

Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Tarix: 27-11-2024, 14:50 | Çap et
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..."
Bakının Nərimanov rayonunda 1985-ci il təvəllüdlü Rəvan qısqanclıq zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Ramiləni (adlar şərti verilib – red.) qətlə yetirib.

"DİA-AZ" Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 13 fevral 2024-cü ildə baş verib.

Rəvan həmin gün saat 17 radələrində 1986-cı il təvəllüdlü keçmiş arvadı Ramilənin övladlarını aparmaq üçün yaşadığı evdən çıxaraq onların ünvanına gəldiyini bildikdə onu küçədə gözləyib.

Rəvan Ramilənin bir gün əvvəl aralarında yaranmış mübahisədə onunla kobud rəftar edərək təhqir eləməsini, Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulmasına baxmayaraq onun iradəsinə uyğun davranmamasını bəhanə edib. Keçmiş həyat yoldaşına yaxınlaşaraq bıçaqla ona zərbələr vurub. Ümumilikdə 35 bıçaq xəsarətləri alan qadın hadisə yerindən vəfat edib.

İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlı törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2009-cu ildə Ramilə ilə evlənib, onların iki övladı var, biri azyaşlıdır: “İki il əvvəl boşanmışıq. Uşaqlardan biri mənimlə yaşayır, digəri isə məktəblər tətil olduqda evimizə gəlirdi. Ramilənin mənə xəyanət etdiyini bilərək qısqandım və onu öldürməyi qərara aldım. Hadisəyə kimi uşaqları götürməyə gələndə Ramilə ilə aramızda hər hansısa sözsöhbət olmayıb”.

Təqsirlədirilən şəxs qeyd edib ki, hadisə Nərimanov rayonu, “Çermet” adlanan ərazisində baş verib: “Hadisə zamanı səs-küy olduğundan ətrafa insanlar toplaşmışdı. Lakin artıq Ramiləni bıçaqla vurmuşdum. Onu öz evimin qapısının önündə qətlə yetirdim.

Keçmiş həyat yoldaşım onu öldürmək niyyətində olduğumu bilirdi. Vaxtı ilə Ramiləyə belə hərəkətlərə yol verdiyini nöqsan kimi özünə bildirmişdim. Amma mənə “öz həyatımdır, özüm bilərəm” deyə cavab vermişdi. Əməlimdən peşman deyiləm”.

Təqsirləndirilən şəxs deyib ki, 2 övladı var, onlardan birinin 14, digərinin isə 7 yaşı var: “Uşaqlarım hazırda anamın himayəsi altındadır. Anamın 64 yaşı var. Ramilədən boşanarkən ona hərəkət edərkən məndən icazə alması barədə heç bir şərt qoymamışdım. Əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olmuşam”.

İş üzrə zərərçəkmiş Ramilənin hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum Ramilə onun doğma qızıdır: “Qızım 2009-cu ildə Rəvanla ailə həyatı qurdu. Boşandıqları ilyarım olar. Əvvəllər qızım uşaqları götürməyə gedərkən Rəvanın anası problem yaradırdı, uşaqları götürməyə icazə vermirdilər. Həmçinin il yarımdan çox boşanmış olmalarına baxmayaraq Rəvan övladları üçün hansısa maddi dəstək göstərmirdi. Nəvələrimi biz böyütmüşük. Uşaqlardan qız bizimlə, oğlan isə atası Rəvanın evində yaşayırdı”.

Hüquqi varis qeyd edib ki, fevralın 13-də işdə olarkən qızı Ramiləyə zəng edib və harda olduğunu soruşub:

“Ramilə mənə metroda olduğunu bildirdi. Sonra o, uşaqları götürmək üçün keçmiş həyat yoldaşının evinə getdi. Lakin Rəvan uşaqları ona verməkdən imtina etdi. Mən gecə saat 22:00-da işdən qayıtdıqda Ramilənin əşyalarının evdə olduğunu gördüm. Özü isə evdə yox idi. Gödəkcəsi stolun üstündə, telefonu enerji yığmaq üçün elektrikə qoşulu idi. Pasport və çantası da masa üzərində idi.

Düşündüm ki, Ramilə yəqin marketə gedib. Lakin saatlar keçməyinə baxmayaraq evə gəlmədi. Gecə saat 00:00-00:30-a kimi Rəvanın atası Eldara zəng etdim, oğlunun harada olduğunu soruşdum. O da Rəvana zəng çatmadığını dedi. Sonradan Eldarın Ramiləni öldürdüyünü bildirdi.

Rəvan yalan ifadə verir. Qızım Ramilə ona xəyanət etməyib. Mən Rəvanla barışmamışam, ondan şikayətçiyəm. Onun ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini istəyirəm”.

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anasının sözlərinə görə, oğlu Rəvan 2009-cu ildə Ramilə ilə ailə həyatı qurub və bu nikahdan onların iki övladı doğulub:

“Mənim həyat yoldaşım əlildir. Biz nəvəmə kredit götürərək telefon almışdıq. Telefon üstündə Rəvanla gəlinimiz arasında münasibət pisləşdi. Ramilə telefonu Rəvana vermirdi.

Gəlinimi anasıgilə qonaq yola saldıq. O gedərkən küsülü ayrılmadı. Ana nənəsi 14 yaşında olan oğlan nəvəmi yola vermirdi. Həmin nəvəm 10-15 gün orda qaldıqdan sonra hasardan aşaraq bizə gəldi. Mənə dedi ki, anası telefonda votsapda başqaları ilə danışır. Bu hadisələr Rəvan və Ramilə boşanmazdan əvvəl olub, sonu da ölümlə nəticələndi.

Rəvanla Ramilə 1 ildən çox idi ki, boşanmışdılar. Oğlumun keçmiş həyat yoldaşını öldürməsinə haqq qazandırmıram. Hadisə günü mən evdə ət çəkirdim. Evlə hadisə baş verən yer arasında 20 metr məsafə var. Mən hadisəni eşitməmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəvan 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru