"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur" .....                     Azərbaycanlı şahmatçını küsdürdülər, ölkədən getdi… .....                     "Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik" .....                     Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb .....                     İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir .....                     Yekaterinburqda “qara bayram” .....                     Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir .....                     Uydurma keçmişin əsarəti altında .....                     “Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” .....                     Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır .....                     Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? .....                     Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi .....                     “Bədheybət poqonlular”in zühuru .....                     Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb .....                     Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Növbəti RUS VƏHŞİLİYİ... .....                     Boğaza qədər zibilin içində olan səhiyyəmiz... .....                     "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ .....                     Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? .....                     "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" .....                     "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." .....                     İran yeni savaş astanasında: sərhəddə aktivlik .....                     Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... .....                     Masallıda baş verən cinayət işinin motivi məlum olub .....                     Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib .....                     Postimperial və Putinal şovinizm .....                     Avropanın baş diplomatı İrəvana gəlir .....                     Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq .....                     Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                     Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                 

"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: 27-11-2024, 00:33 | Çap et
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..."
“ABŞ-nin hazırkı prezidenti Cozef Baydenlə yeni seçilmiş prezident Donald Tramp arasında Ukrayna ilə bağlı hər hansı bir anlaşma olması inandırıcı görünmür. O mənada inandırıcı görünmür ki, onların məsələyə yanaşmaları diametral ziddiyyət təşkil edir. Məsələn, Baydenin yanaşması ondan ibarətdir ki, müəyyən məhdudiyyətlərlə də olsa, Ukraynaya dəstək verilməlidir. Ona görə ki, Ukraynanın Rusiyaya müqaviməti faktiki olaraq NATO-nun - Şimali Atlantika Alyansının Rusiya ilə qarşıdurmasıdır və bu prosesdə hazırkı vəziyyətdə sülh mümkün deyil. Ona görə ki, sülh anlaşmasının Putin tərəfindən təklif edilən variantı qeyri-məqbuldur. Putin hesab edir ki, Rusiya ordusunun ilhaq edərək nəzarətdə saxladığı ərazilər bir yana, əlavə şərtlər də irəli sürməklə sülhə razılaşa bilər. Həmin şərtlər də nələrdir? Ukraynanın ordusu, az qala, olmamalıdır, Ukraynanın ağır silahları olmamalıdır, Ukrayna NATO-ya üzv qəbul edilməməlidir. Və s. Yəni bu şərtlərlə sülh sazişinin imzalanması qeyri-mümkündür. Hərçənd mən açığı, heç inanmıram ki, Tramp özü də belə bir sülhə gedə bilər. Ona görə yox ki, o bunu istəmir. Bəlkə də heç onun üçün əhəmiyyəti yoxdur. Bəlkə Rusiyaya o qədər sevgisi, Putinə o qədər rəğbəti var ki, Kremlin istənilən şərtini qəbul edər”.

Bu fikirləri Moderator.az-a açıqlamasında “Trampla Bayden arasında Ukrayna ilə bağlı ciddi bir razılaşma olduğuna inanırsınızmı?” sualını cavablandırarkən ifadə edib.

“Amma məsələ ondadır ki, Trampın Respublikaçılar Partiyasını təmsil etdiyini də unutmamalıyıq. Və respublikaçılar bu gün Konqresin hər iki palatasında: həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq təşkil edir. Digər tərəfdən, bu partiyanın üzvlərinin böyük əksəriyyəti Trampın respublikaçılar siyasətini bu vəziyyətə salmasından qəti şəkildə narazıdırlar. Yəni təslimçi siyasət yürütməsinin qəti əleyhinədirlər. Odur ki, Trampın istəməyindən asılı olmayaraq Ukrayna ilə bağlı hər hansı sülh sazişi, özəlliklə də Ukraynanın buna razı olmadığı halda ratifikasiya olunmaya bilər. Belə bir risk kifayət qədər yüksəkdir. Bu mənada nəzəri baxımdan, sözdə hansısa bir ortaq anlaşma əldə oluna bilər. Lakin eyni zamanda hər kəs onu da yaxşı anlayır ki, ortada bir sənəd yoxdursa, imzalanmış anlaşma yoxdursa, bu yalnız sözdə razılaşma ola bilər. Yəni tərəflərin heç biri onun şərtlərinə əməl etməyə borclu deyil. Mən düşünürəm ki, ola bilsin, hansısa ümumi məsələlər üzrə razılaşma var, anlaşma var. Amma bunlar hamısı məsləhətləşmə səviyyəsindədir. Başqa tərəfdən, biz onu da görürük ki, Trampın hakimiyyətə gəlişi NATO-nun Avropadakı üzvlərinin adekvat reaksiyasını doğurur. Özəlliklə Böyük Britaniya, Fransa, hətta əvvəllər Ukrayna məsələsi ilə bağlı Rusiyaya loyal yanaşan Almaniya da indi eyni məsələdə xeyli dərəcədə radikallaşıblar. Bu isə nə deməkdir? Bu, Şimali Atlantika blokunun, yəni NATO-nun güc mərkəzinin Avropaya keçməsidir və sonrakı mərhələlərdə ABŞ-nin güc mərkəzi kimi əhəmiyyəti itirməsidir. Tramp buna gedə bilərmi? Bəlkə də gedər. O, izolyasionist siyasət yürüdür. Amma bu, Birləşmiş Ştatlara nə verəcək? Axı hakimiyyət bir tək Trampdan ibarət deyil. Dediyim kimi, onun elə öz respublikaçılarının böyük əksəriyyəti, çətin ki, belə bir variantla razılaşsınlar. Odur ki, hətta nəzəri baxımdan hansısa bir anlaşma olsa belə, onun heç bir dəyəri olmayacaq. Çünki heç kim ona riayət etməyəcək. Tramp ona riayət etməyəcək. Baydeni riayət etmək öhdəliyi belə yoxdur. Ona görə ki, təxminən iki aydan sonra hakimiyyəti təhvil verir və gedir. Bir sözlə, belə bir vəziyyətdə düşünmürəm ki, Trampla Bayden arasında Ukrayna arasında heç bir anlaşma mümkündür və ya olubdur. Bu, inandırıcı deyil. Üstəlik də, dediyim kimi, yanaşmalar diametral şəkildə ziddir”, - deyə davamında analitik bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"
Bu gün, 18:07
Azərbaycanlı şahmatçını küsdürdülər, ölkədən getdi… - AXI NİYƏ?..
Bu gün, 18:04
"Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik" - Partiya sədrindən SƏRT açıqlama
Bu gün, 18:01
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb - TƏFƏRRÜAT
Bu gün, 17:58
İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir - KİV
Bu gün, 12:21
Yekaterinburqda “qara bayram” - Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?
Bu gün, 12:18
Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir - Nazirlik
Bu gün, 12:14
Uydurma keçmişin əsarəti altında - AKTUAL
Bu gün, 10:32
“Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” - ETİRAZ
Bu gün, 10:29
Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:24
Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? - GƏLİŞMƏ
Bu gün, 10:18
Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO+ VİDEO
Bu gün, 10:08
“Bədheybət poqonlular”in zühuru - Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır
Bu gün, 10:02
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT
Bu gün, 09:59
Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Bu gün, 09:00
Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Bu gün, 08:52
"Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Bu gün, 08:48
Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Bu gün, 08:27
"Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22
"Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Bu gün, 08:17
İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Bu gün, 08:14
Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Bu gün, 08:11
Masallıda baş verən cinayət işinin motivi məlum olub
Bu gün, 08:06
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06
"Qocalıqdan çox qorxuram"
Dünən, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru