Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                     Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? .....                     Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? .....                     Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? .....                 

"Azərbaycan kimi bir ölkə ilə münasibətlərini soyuq vəziyyətə çatdırdı" - deputat
Tarix: 21-11-2024, 09:52 | Çap et
"Azərbaycan kimi bir ölkə ilə münasibətlərini soyuq vəziyyətə çatdırdı"
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istəyir. Bunu politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb. Sitat: “Makron "Böyük İyirmilər"in Braziliya toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrovun əlini sıxarkən, o biri yandan da ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməsinə icazə verməsini dəstəklədiyini bildirib.

Bəlkə də Lavrovun əlini sıxan Makron Almaniya kansleri Olaf Şoltsdan sonra rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq planı qurub. Makron Şoltsla yanaşı, ABŞ-ın yeni prezidenti Donald Trampın da Kreml sahibi ilə dil tapacağından və bununla hər ikisindən geri qalacağından narahatdır".

Makronun bu ikiüzlü siyasətinin arxasında nələr dayanır? Vəd verdikləri Ukraynanı indi satmaq planı qurub? Yoxsa başqa oyunlar da var?

YAP-çı deputat Aydın Mirzəzadə Fransa kimi bir dövlətə Makronun rəhbərlik etməsinin təəccüb doğurduğunu qeyd etdi: “Emmanuel Makron Fransa dövlətinin ən uğursuz dövlət başçısıdır. Heç bir hazırlığı olmadan, amma bununla belə, ambisiya həvəsi onu müəyyən bir dövrdə Fransa rəhbərliyinə gətirdi. Amma apardığı həm daxili, həm də xarici siyasəti böyük uğursuzluqlara səbəb oldu. O, çox çətinliklə ikinci turda prezident seçildi. Ölkə daxilində vaxtaşırı yüz minlərlə etirazçının küçələrə çıxması halları artıq adi bir hala çevrilib. Xarici siyasətində Makron ölkəsindən qovulub. Azərbaycan kimi bir ölkə ilə münasibətlərini soyuq vəziyyətə çatdırdı. Vaxtaşırı atdığı addımlar Fransaya qeyri-ciddi bir dövlət imici qazandırdı. Rusiya-Ukrayna müharibəsi başlayanda Makron vaxtaşırı Rusiya rəhbəri ilə zəngləşirdi. Bir sözlə Kremlin qələbə qazanacağı təqdirdə onun şöhrətinə şəriklənmə fikrinə düşmüşdü. Sonradan Qərbin kollektiv etirazını görərək, fikrini yüz səksən dərəcə dəyişdi. İndi isə Amerikada Donald Trampın yenidən prezident seçilməsindən sonra o vəziyyətin nə cür olacağı barədə indidən proqnoz verməyə və Amerikanın yanında özünə yer tutmağa çalışır. Onun bir tərəfdən Ukraynanı dəstəkləməsi, digər tərəfdən, Rusiya rəsmisi ilə səmimi görüşləri qeyri-sabit bir siyasət yürütdüyünü göstərir. Bu siyasət o cümlədən Azərbaycanın daxil olduğu Cənubi Qafqaz üçün də özünü göstərir. Onun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması, Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi Fransa şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərində iştirakına mane oldu. Digər tərəfdən, onun Türkiyə və digər türkdilli dövlətləri ilə çox ciddi problemləri var. Hesab edirəm ki, Makronun bu ziqzaq sayağı siyasi gedişləri elə beynəlxalq birlikdə də çox aydın görünür. Fransanın niyə belə bir qeyri-ciddi rəhbərə sahib olması əlbəttə ki, təəccüb doğurur”.

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Makronun Putinlə əlaqələr qurmağa cəhd etməsini təsadüfi saymır: “Yadınıza düşürsə, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Makrona qarşı açıq şəkildə hörmətsizlik etdi. Onu Kremli sarayında hansı formada qəbul edib, yola saldı, hər kəsə bəllidir. Vladimir Putin çox yaxşı bilir ki, Makron riyakar və ikiüzlü bir siyasətçidir. Bayden hakimiyyətinin əlində bir oyuncaq idi. Ondan Qərb ölkələrinə qarşı istifadə edirdilər. Makron bütün gücü ilə çalışır ki, Amerikanın yeni seçilmiş prezidenti Donald Trampla əlaqələr qursun. Makronun Putinlə əlaqə yaratması təsadüfi deyil. O, çox yaxşı bilir ki, Trampın Putinə gizli əlaqələri var. Və Rusiya-Ukrayna müharibəsi bundan sonra başqa istiqamət götürəcək və Amerikanın siyasəti dəyişəcək. Üç gün bundan qabaq Trampın kürəkəninin mətbuata açıqlaması oldu. O, açıq şəkildə Bayden hakimiyyətini və Qərbi qınadı ki, Ukraynaya imkan vermək lazım deyildi ki, Rusiyanın dərinliyinə raket hücumlarını həyata keçirsin və bu, 3-cü dünya müharibəsinin başlamasına səbəb bilər. Hamı da bilir ki, Rusiyaya qarşı istifadə olunan raket və dronları Amerika və Qərb verib. Trampın özü də prezident seçkisində bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə, Rusiya-Ukrayna müharibəsi dayana bilər. Makron Tramp və Putinlə əlaqələri yaxşılaşdırmaq üçün nəinki Ukraynanı, bütövlükdə Fransanı satmağa hazırdır. Zaman-zaman mətbuata demişdim ki, zaman gələcək Amerika və Avropa Ukraynanı qurban verəcək. İndi Amerika Ukraynanı məcbur edəcək ki, müəyyən güzəştlərə getsin. Başqa yolları yoxdur. Necə deyərlər, Amerika ilə dost olmaq qorxulu, düşmən olmaq isə təhlükəlidir”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Makronu qətiyyətsiz siyasətçi adlandırdı: “Bu, hər şeydən əvvəl onu göstərir ki, Makron qətiyyətli siyasətçi deyil. Fransa isə bu gün dünyada sözü eşidilməyən ölkə kimi tanınır. Ona görə də rəsmi Paris hər iki tərəfi qane etməyə çalışır. ABŞ-da Donald Trampın timsalında respublikaçıların hakimiyyətə gəlməsi bir çox Avropa ölkəsi kimi Fransanı da qorxuya salıb. Çünki Tramp andiçməsindən sonra böyük ehtimalla Rusiya ilə gərginliyi qismən azaltmağa çalışacaq və bunun fonunda Ukraynaya dəstək məsələsində "xəsislik edəcək". Yəni Tramp ABŞ-ı “oyundan çıxara”, Avropa ilə Rusiyanı “meydanda tək qoya bilər”. Fransa bu ssenaridən narahatdır. Ona görə də Rusiya ilə münasibətlərin ifrat səviyyəyə qədər kəskinləşməsini istəmir. İndi isə rəsmi Paris Ağ Evin qərarını dəstəkləməyə bilməz. Fransa Demokratların qərarına qarşı çıxsa, bu, adıçəkilən dövlət üçün yaxşı nəticələnməz. Beləliklə, Yelisey Sarayı indi faktiki olaraq "iki od arasında qalıb"".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru