“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı .....                     İran Ukraynaya nota verib .....                     “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                     Ersin Tatar Azərbaycana gəlir .....                     Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... .....                     Gürcüstanda daha bir nazir istefa verib .....                     Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                     Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək .....                     Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır .....                     AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb .....                     Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib .....                     “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir .....                     Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər .....                     Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb .....                     Rüfət Səfərovun məhkəməsi keçirildi .....                     Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb .....                     “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB .....                     Paşinyan keşişlərə: .....                     Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu .....                     Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? .....                     Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik .....                     Zatulin Rusiyanın məkrli planını açıqladı .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb .....                     Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... .....                 

COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Tarix: 25-10-2024, 00:30 | Çap et
COP29 ölkəmiz üçün böyük təcrübədir
Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonrakı siyasi və sosial durum, Bakıda gözlənilən COP29 tədbirləri, İsrailin 50 milyondan çox soydaşımızın – Azərbaycan türkünün yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verəcəyi halda rəsmi Bakının siyasi baxımdan tutacağı mövqe, Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh və Qələbə planı, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana ünvanladığı məktublar və Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ehtimalı kimi mövzulardan bəhs edildi.

-Etibar bəy, Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonrakı siyasi və sosial durumu necə dəyərləndirirsiz?

-Azərbaycanda parlament seçkiləri həmişə olduğu kimi keçirildi. Elə bir dəyişiklik də yoxdur. Fikrimcə, həmin seçkilərin heç ümumi vəziyyətə də ciddi təsiri olmadı. Elə nə varsa, olduğu kimi, davam edəcək. Ancaq sosial sahədə müəyyən gərginliklər olur.

-Bakıda gözlənilən COP29 tədbirlərinə münasibətiniz necədir, bu tədbirin ölkəmiz üçün hansı faydalarını görürsünüz?

-Ölkəmizin faydalanması baxımından COP29 çox böyük tədbirdir. Keçirilməsi haqda qərar qəbul olunubsa, keçirilirsə, biz bundan maksimum faydalanmalıyıq. Birincisi, bütün dünyada ümumi iqlim dəyişikliyi bəşəriyyətin qarşısında ciddi bir problem kimi dayanıb. Biz, demək olar ki, hər gün planetin müxtəlif regionları boyu, o cümlədən Azərbaycanda da iqlimin nə cür dəyişdiyini görürük. Buna misal kimi gündəlik olaraq Xəzər dənizinin quruyaraq səviyyəsinin aşağı enməsinin, sahilin geri çəkilməsinin də şahidi oluruq. Və bu cür ekoloji problemlərin qarşısını almaq üçün bütün dünya dövlətləri lazımi qərarlar qəbul etməlidirlər. Bu səbəbdən də COP29 kimi tədbirlərdə dövlət başçıları toplaşıb hansısa ümumi qərarlara gəlməlidirlər. Bu dəfə də belə məsələlərin həlli üçün məhz Bakıda toplaşmaları Azərbaycan üçün bir avantajdır. Azərbaycanın həm tanınması, həm ölkəmizin orada problemlərinin qaldırılması baxımından, eyni zamanda Azərbaycanın bu proseslərə birbaşa müdaxiləsi, inteqrasiyası baxımından bu tədbir faydalıdır. Bir sözlə, çox vacib bir tədbirdir. Azərbaycanda belə böyük tədbirin keçirilməsi böyük bir təcrübədir. Odur ki, bundan maksimum faydalanmalıyıq...

-Bildiyiniz kimi, İran-İsrail gərginliyi getdikcə artmaqdadır. Əgər, İsrail 50 milyondan çox soydaşımızın yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verərsə, rəsmi Bakı siyasi baxımdan hansı mövqeni tutmalıdır?

-Siyasi baxımdan yanaşdıqda bu, iki dövlətin arasında olan bir problemdir. Həmin problem əvvəla, terrorla, bir sıra terror təşkilatlarının İran tərəfindən müdafiə olunmasıyla bağlıdır. Eləcə də İranın təsiri altında olan qüvvələrin onun göstərişi ilə Suriya, Livan, Yəmən ərazilərində təhdid yaratmasıyla əlaqədardır. İran neçə illərdir ki, açıq-aşkar bəyan edir ki, biz İsraili bir dövlət kimi məhv edəcəyik. Əlbəttə, biz də Azərbaycan olaraq istərdik ki, bu münaqişə silahsız, insan itkiləri olmadan ötüşsün. Ancaq son dövrlərdə bu iki dövlətin bir-birlərinə qarşı olan hərəkətləri, tədbirləri ona gətirib çıxarıb ki, ümumi sərhədləri olmasa da, bir-birlərinə zərbə endirməyə qərar veriblər. Biz arzu edə bilərik ki, heç olmasa, zərbələr yalnız hərbi obyeklərə vurulsun ki, dinc, mülki insanlar zərər çəkməsinlər...

-Yəni İrana kütləvi zərbələr endirələcəyi halda, qeyd etdiyimiz kimi, 50 milyondan artıq soydaşımızın taleyindən də söhbət gedir...

-Bəli, təbii ki, o problem də var... Biz istəmirik ki, hərbi münaqişə bizim soydaşlarımız üçün böyük narahatlıqlar yaratsın. Ancaq olacağa çarə yoxdur...

-Bu arada İsrail Qəzza ilə paralel Livanı da bobalamağa başlayıb. Necə düşünürsüz, dünya gücləri, xüsusən ABŞ və Avropa istəsələr, məsələyə daha ciddi və obyektiv yanaşsalar, bu qırğınları durdura bilərlərmi?

-Yaxın Şərqdə, Qəzza və Livandakı qırğınları durdurmaq üçün, dinc əhalinin əziyyət çəkməməsi, həyatını itirməməsi üçün vuruşan hərbi qüvvələr dinc əhalinin yaşadığı yerlərdən uzaq durmalıdırlar. Və təəssüf ki, öz atəş nöqtələrini, raket qruğularını və digər silahlarını əhalinin kütləvi cəmləşdiyi yaşayış məkanlarında yerləşdirirlər və həmin yerlərdən açdıqları atəşlərə cavab olaraq qarşı tərəf də o nöqtələri vurur ki, bu da dinc insanlar arasnda kütləvi itkilərə səbəb olur. Mən bir şeyi də anlaya bilmirəm ki, Qəzzada münaqişənin davam etməsinin əsas səbəblərindən biri də ötən il oktyabrın 7-də İsrailin ərazisinə hücum zamanı “HƏMAS” tərəfindən götürülmüş mülki vətəndaşlar olan girovların qaytarılmamasıdır. Əgər “HƏMAS” özünü terrorçu təçkilat hesab etmirsə, niyə həmin girovları əlində saxlayıb qaytarmır. Halbuki o girovların qaytarılması bu münaqişənin dozasının az qala sıfıra yaxınlaşmasına gətirib çıxara bilər...

Qərbin məsələyə daha ciddi yanaşmasına gəldikdə, BMT-nin məsələyə yanaşması göz önündədir... Sonuncu İsrail-Livan münaqişəsindən sonra BMT-nin qüvvələri də iki ölkənin sərhədinə yerləşdirilmişdi, düzdü fəaliyyətsiz idilər... Ümumi qərar ondan ibarət idi ki, “Hizbullah”ın hərbi qüvvələri sərhəddən müəyyən olunmuş məsafədə dayanacaqlar. Ancaq onlar, əksinə, İsraillə sərhədə daha da yaxınlaşıblar və orada atəş nöqtələri yarada biliblər. Bu səbəbdən də İsrail ordusu öz ərazisinin təhlükəsizliyini təmin etmək üçün həmin atəş nöqtələrini vurur... “Hizbullah” isə hərbiləşdirilmiş bir siyasi təşkilata çevrilməklə faktiki dövlət içində bir dövlətdir, Livan hökumətinə də tabe olmur və həmin dövlət üçün də təhlükə yaradır. Bunlar da müasir dünyada qəbul olmayan bir faktordur...

-Ukrayna Kursk vilayətinin bir hissəsini nəzarətə götürdükdən sonra Prezident Zelenski Sülh və Qələbə planı elan etdi. Necə hesab edirsiz, həmin planın həyata keçirilməsi üçün Qərb sonadək dəstək verəcəkmi Ukraynaya?

-Qərb onsuz da Ukraynaya dəstəyini verir və verməkdə də davam edəcək. Çünki Rusiyanın zəiflədilməsinin yollarından biri budur; münaqişənin uzadılması, dərinləşməsi və resursların tükədilməsi... Belə bir siyasət aparılır. İndi, hələlik böyük bir nəticə verməsə də, Rusiyaya vurduğu ziyan və tükəndirici fəaliyyəti göz qabağındadır...

-Məlum olduğu kimi, Moldovada prezident seçkiləri ikinci tura qaldı. Gürcüstanda isə 3 gündən sonra parlament seçkiləri keçiriləcək. Digər keçmiş ittifaq ölkələri, xüsusən də Azərbaycan üçün bu iki postsovet ölkəsində Rusiyaya meyilli qüvvələrin qələbəsi sərfəlidir, yoxsa Avropa və Amerika ilə inteqrasiyaya can atan qüvvələrin?

-Hesab edirəm ki, Moldovada prezidentliyə namizəd Mariya Sandu birinci turda ümumi qələbə qazanmasa da, ikinci turda çatışmayan səsləri əldə edə biləcək. Son məlumatlara görə, protokolların 100 faizinin emalından sonra Moldova MSK keçirilmiş referendumda avrointeqrasiya tərəfdarlarının əleyhdarları üstələdiyini elan edib. Amma cüzi fərqlə - 1 faizdən də az... Hazırda Moldovaya təhdid yaradan birbaşa Rusiyanın nəzarətində olan qondarma Dnestryanı qurumdur. Onun sonu da Ukrayna münaqişəsindən asılıdır...

Gürcüstana gəldikdə, İvanişvilinin əleyhinə olan qüvvələrin qalib gəlməsi ehtimalı daha böyükdür. Həmin ehtimal reallaşandan sonra vəziyyət yenə dəyişəcək... O ki qaldı, Qərbə inteqrasiya-filan məsələlərinə, hələ Güney Qafqazda bu işlərin axırının necə olacağı bilinmir. Ermənistan gah o tərəfəı, gah bu tərəfə sarı gedir. İndi də “BRİKS”-ə meyillənib. Paşinyan həmin qurumun Kazandakı tədbirində iştirak edir. Bir tərəfdən deyir ki, Qərbə meyillənirik, o biri tərəfdən isə həmin o Qərb təşkilatlarının əleyhinə yaradılmış quruma üzv olmaq planı irəli sürür...

Bütün hallarda Rusiyanın yenidən Moldova və Gürcüstanı öz təsiri altına alması, heç də bizim xeyrimizə olmaz. Amma ki, biz istənilən situasiyadan öz xeyrimizə istifadə etməyi bacarmalıyıq.

-Bəs Azərbaycan noyabrın 5-də ABŞ-də kimin prezident seçilməsindən qazanar, respublikaçı Trampın, yoxsa demokrat Harrisin?

-ABŞ-nin öz siyasəti var. İstər respublikaçılar istərsə də, demokratlar olsun... Amma həmin siyasətin təsirindən biz çox da uzaqlaşa bilmərik. Əsas odur ki, o siyasət bizim əleyhimizə yönəlməsin. Bunun üçün də müvafiq strukturlar lazımi dərəcədə işləməlidirlər. Yəni Azərbaycanın Ermənistanla müharibədə qalibiyyəti, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini hamı həzm edə bilmir. ABŞ-də də ermənipərəst qüvvələr çoxdur, həm respublikaçılar, həm də demokratlar arasında... Bizim də vəzifəmiz ondan ibarətdir ki, prezident seçkilərində qələbə qazananların kimliyindən asılı olmayaraq, həmin qüvvələri neytrallaşdırmağı bacaraq, onların Azərbaycan əleyhinə fəaliyyət göstərməsi və qərarlar verməsi üçün bəhanələr yaratmayaq. Ümumiyyətlə, prezidentliyə namizədlərə baxanda da, bir böyük dövlət kimi Birləşmiş Ştatlara belə namizədlər yaraşmır. Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var...

- Etibar bəy, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə, ardınca isə Ermənistan Baş naziri Nikol Paşinyan ünvanladığı məktubda hər iki ölkə liderini bu ilin sonunadək Ermənistanla sülh sazişini imzalamağa çağırıb. ABŞ prezidentinin xüsusi köməkçisi də Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşərək Baydenin sözügedən məktubları ətrafında fikir mübadiləsi aparıb. Sizcə, hazırkı reallıqda və cəmi iki aya yaxın bir müddətdə sülh sazişinin imzalanmasına nail olunması mümkündürmü?

-Əlbəttə, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasına çalışır. Amma əgər Ermənistan öz Konstitusiyasında Azərbaycanın tələb etdiyi dəyişikliyi hansısa yolla həyata keçirsə, bu, mümkündür. Əks halda sülh sazişinin imzalanması mümkün deyil... Təbii ki, Rusiyanın da marağındadır ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi getdikcə uzansın və ümumi durum ondan asılı halda qalsın. Ancaq Moskvanın da öz əsas marağı var ki, o da Zəngəzur dəhlizinin açılması və ona “FSB” qüvvələrinin nəzarət etməsidir. Həmin məsələ həll olunsa, yəqin ki, Rusiya da Azərbaycanla Ermənistan arasında sülh sazişinin sənədləşməsinə razı olacaq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Bu gün, 17:36
İran Ukraynaya nota verib
Bu gün, 17:31
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Bu gün, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:23
PKK silahı yerə qoymağa başlayır
Bu gün, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Bu gün, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Bu gün, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Bu gün, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Bu gün, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Bu gün, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Bu gün, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Bu gün, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Bu gün, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Bu gün, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Bu gün, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Bu gün, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Bu gün, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Bu gün, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31
Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23
Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22
"Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19
“Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17
Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru