Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                 

“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” - NƏ ETMƏLİ?
Tarix: 18-10-2024, 08:14 | Çap et
“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar”
Son günlər Azərbaycanda tiktokerlərin paylaşımları yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə 10-20-30 sutka həbs cəzası alan tiktokerlər də var.

Bu yaxınlarda “Renka” kimi tanınan tiktoker Rəna Cəfərova da cəzalandırılıb. O, sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub. Buna səbəb onun canlı yayım zamanı azyaşlı övladını alçaltması olub. Belə ki, o, “Neynirəm oğulu? Mənə oğul lazımdır?”, - deyə fikirlər səsləndirib. Onun bu sözləri izləyicilər tərəfindən xoş qarşılanmayıb.

R.Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

Bu sosial şəbəkələrdə tez-tez azyaşlıların canlı yayımlara çıxdığının, qeyri-etik fikirlər səsləndirdiyinin, yaşlarına uyğun mövzularda valideynləri ilə söhbət etdiyinin şahidi də oluruq. Məsələn, 1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini “Adem.Mirzeyev” profili ilə tanınan tiktoker Sadiq Mirzəyev buna görə bu ilin aprel ayında 30 sutkalıq həbs edildi. O, TikTok sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxırdı.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.

Polisin keçirdiyi tədbirlərlə qeyri-etik paylaşımlar edən 1992-ci il təvəllüdlü Rauf İsmayılov da saxlanılıb. Məhkəmənin qərarı ilə R.İsmayılov inzibati qaydada 30 gün müddətinə həbs edilib. Bu cür tiktokerlərlə bağlı zaman-zaman tədbirlər görülsə də, yenə də bu cür hallar təkrarlanır. Bəs bunun səbəbləri nədir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərin faydası var: “TikTok kimi sosial şəbəkələrin bu şəkildə həyatımıza nüfuz etməsi yeni baş verir. Artıq bu neçənci tiktokerdir ki, hüquq-mühafizə orqanları ya saxlayır, ya da cərimə edir. Biz rəqəmsal cəmiyyətdə yaşayırıq və sosial şəbəkə reallığını qəbul etməliyik. Sosial şəbəkə platformalarının proqmatik tərəfləri də çoxdur. Bundan kifayət qədər faydalanan və onun üzərindən iş quran insanlar var. Sosial şəbəkə reallığını biz qəbul etməliyik. Hərçənd bəzi ölkələrdə sosial şəbəkələrlə bağlı qadağalar var. Baxmayaraq ki, TikTok Çində yaradılıb bu ölkədə həmin sosial şəbəkənin istifadəsi qadağandır, ancaq onun analoqundan istifadə olunur. Analoqundan istifadə zamanı da limit qoyulur. Çünki müəyyən olunub ki, TikTok və digər sosial şəbəkələrdən istifadə əmək qabiliyyətli insanların enerjisini tükəndirir və bu da məhsuldarlığa öz təsirini göstərir. Uşaqlarda isə analitik qabiliyyəti zəiflətdiyinə görə azyaşlılara 45 dəqiqədən artıq istifadəyə icazə verilmir. Analoji addımlar digər ölkələrdə də özünü göstərir. Məsələn, Avropa ittifaqına daxil olan ölkələrdə sosial şəbəkə platformalarından istifadə dövlət işində çalışanlara qadağan olunub. Qardaş Türkiyədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Orada yaşlar üzrə konkret limitlər var. 2017-ci ildə Almaniyada sosial şəbəkə platforması operatorları arasında müqavilə bağlandı. Həmin müqaviləyə əsasən Almaniya hökuməti həmin operatorlarla belə bir razılıq əldə etdi ki, sosial şəbəkələrdə saxta adlarla daxil olub, insanları aşağılayan, dezolar yayan şəxslərin kimlikləri müəyyənləşib hökumətə təqdim edilsin.

Azərbaycanda operatorlarla analoji müqavilə bağlana bilər. Sosial şəbəkə platforma istifadəçiləri ilə sosial iş aparmaq lazımdır. Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar. Onlar bilməlidirlər ki, istənilən hüquqazidd davranışların, zərərli informasiyaların paylaşımı real həyatdakı məsuliyyəti yaradır.

"Media haqqında" Qanunun 10 və 14-cü maddəsində sosial şəbəkələrlə bağlı istiqamət var. Dövlət başçısı uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun da imzalayıb. Onun icra mexanizmi gücləndirilməlidir. Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən bir qanun olsa, daha yaxşı olar. Həmin qanunda biz olmazları görə bilərik. Belə qanuna ayrı bir ehtiyac var.

Cinayətkar hər yerdə, istər real, istərsə də virtual həyatda cinayətkardır. Adi həyatda da sağlam pul qazanan, yaxud oğurluq edən insanlar var. Virtual arenada da belədir. Biz tiktokerlərin əxlaqa və hüquqazidd əməllərlə pul qazanmasına şans tanıya bilmərik. Cəmiyyət adekvat yanaşmanı tanıyır".

Psixoloq Günel İsmayıllı deyir ki, tiktokerlərin bütünlüklə cəmiyyətimizi təmsil etdiyini düşünmək çox yanlış və xətalı düşüncədir. Cəmiyyət təkcə onlardan ibarət deyil: “Bir neçə şəxsə görə ümumi ölkə adına mənalandırmaq kökündən doğru deyil. Hazırda bu platformanın ölkəmizdə yaxşı mərhələsi deyil. Bu ondan irəli gəlir ki, TikTokda rahat şəkildə pul əldə etmə üsulu daha çoxdur. Və bir fərd olaraq formalaşmayan insanlar bu sosial şəbəkələrdə pul qazanmaq üçün hər şeyi etməyə hazırdılar. Onlar həyatda qalmaq üçün ən iyrənc davranışlara belə özlərini məruz qoyurlar.

Burada mövzudan kənara çıxaraq deyim ki, biz hər zaman döymənin, qorxunun, uşağın sərhədlərini işğal edərək onu tərbiyə etməyin yanlış olduğunu vurğulayırıq. Halbuki böyüklər deyir ki, əşi bizi də uşaq olanda döyüblər, söyüblər və s. Beləliklə, zorakılığı norma olaraq qəbul edirlər. İndi gördüyümüz tiktokerlər o cür valideynlərin övladlarıdırlar. Onlar bəlli bir yaşa çatıblar və tez, rahat maddiyyat əldə etməklə görmədikləri sevgi, qayğı, dinlənmə hisslərini kompensasiya etmək istəyirlər. Bir fərd olaraq formalaşmayan insanlar belə platformalarda özlərini bu cür aparacaqlar. Onlar bir insan olaraq cəmiyyətdə insan olaraq öz missiyalarını yerinə yetirməkdə acizdirlər. Bu məsələ zamanla hər bir dövlət qurumunun üzərinə düşən məsuliyyətlə tənzimlənəcək. Bununla bağlı müəyyən bir əmək sərf etmək lazımdır. Nə qədər çox təhsilə, inkişafa, kitaba maraq olacaqsa, bir o qədər cəmiyyətimiz də gözəlləşəcək, belə tiktokerlərin sayı da minimuma enəcək. Zamanla belə məsələlər öz aktuallığını itirəcək. Çünki paralel olaraq başqa inkişaf edən tərəflər də var. Bəzən media reytinq xətrinə bu cür insanlarla bağlı xəbərlər paylaşır. Çünki insan beyni neqativə açıqdır, daha tez reaksiya verir. Hər bir insan dəyişimə başqasından deyil, özündən başlamalıdır. İnanıram ki, cəmiyyəti gözəlləşdirən və dəyişimə açıq olan belə insanlarımız olacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru