Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası .....                     “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” .....                     Müştərinin pulunu geri qaytarmır! .....                     Növbəti ölkə Türkiyə olacaq! .....                     Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər .....                     "Səhhətimə görə maşınmı da satmışam" .....                     Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır .....                     Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır .....                     Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir .....                     General sərəncamdan təqaüdə göndərildi .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb .....                     Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib .....                     Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək .....                     DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb .....                     Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib .....                     "Kapital Bank"da yeni təyinatlar olub .....                     BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb .....                     “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı .....                     İran Ukraynaya nota verib .....                     “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                     Ersin Tatar Azərbaycana gəlir .....                     Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... .....                     Gürcüstanda daha bir nazir istefa verib .....                     Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                 

"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Tarix: 3-10-2024, 09:59 | Çap et
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq"
Sülh danışıqları ilə bağlı pozitiv açıqlamalar meydana çıxan kimi, Ermənistan ənənəvi qaydada təxribatçı davranışlara start verir. COP29 ərəfəsində hansısa çərçivə sazişinin imzalana biləcəyi, XİN başçılarının Nyu-York görüşündən sonra bunun inandırıcı olması haqda informasiyaların ardınca İrəvan Azərbaycana qarşı növbəti sülh şərləməsinə yol verib.

Ermənistan parlamentinin sədri Alen Simonyan özünün də başa düşməyəcəyi şəkildə absurd bir bəyanat səsləndirib. O deyib ki, Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır. Simonyan hətta belə sənədi COP29 zamanı Bakıda da imzalaya biləcəklərini deyib. Ardınca isə söyləyib: “Hazırda Azərbaycanla danışıqlar prosesi dalana dirənib. Amma Ermənistanın bu məsələdə irəliləmək üçün siyasi iradəsi var. Hətta bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”.

Habelə A.Simonyanın növbəti təxribatı “erməni əsirlər”lə bağlıdır. Sual olunur: hansı erməni əsirlər? Dəfələrlə bəyan edilib ki, Bakıdakı erməni əsirlərin hamısı Ermənistana qaytarılıb. Xatırlatmaq yerinə düşər, ötən ilin 7 dekabrında Azərbaycanın COP 29-a evsahibliyi etməsinə müsbət münasbətini bildirən Ermənistanın bu jestinə cavab olaraq Bakıda saxlanılan 42 hərbçi iki azərbaycanlı əsgərin geri qaytarılması müqabilində İrəvana yola salındı. Bununla da hərbi əsir söhbətinə son verilmiş oldu. Bakıda həbsdə saxlanılanlar isə Azərbaycana qarşı saysız cinayətlər törətmiş əliqanlı canilərdir, onların bir neçəsinin ibtidai istintaqı bitsə də, hələlik mühakimə olunmayıb. Kəsəsi, Bakıda həbsdə olanlar terrorçular və separatçı rejimin quldurlarıdır. Simonyan isə belə bir fon yaratmağa çalışıb ki, guya hazırkı durumda Ermənistan alayarımçıq bir sənədi kortəbii şəkildə olsa da imzalamağa hazırdır, Azərbaycan mane olur. Əslində Simonyan etiraf etmiş olub ki, Azərbaycan yalnız sağlam və gələcəkdə mübahisələr yol verilməyən saziş üçün çalışır. Belə bir sənədin ərsəyə gəlməməsinin günahkarı isə birmənalı şəkildə Ermənistandır. Onlar konstitusiyalarından torpaq iddialarını çıxarmır.

Bakının Ermənistanın bu şərləməsinə reaksiyası necədir?

Bununla əlaqədar Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadəyə müraciət etdikdə bildirdi ki, adətən Simonyanın dediklərini şərh etmirlər. “Eybi iddialar son 20 gündə Paşinyan və Mirzoyan tərəfindən də səsləndirilib”, deyən diplomat sözügedən iddialarla bağlı rəsmi Bakının 6-7 açıqlamasının olduğunu xatırlatdı.

Qeyd edək ki, bugünlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının illik sessiyasında çıxış edərək Ermənistanla “qismən sülh”ün (simvolik sülh sənədinin - red.) mümkün olmadığını bəyan edib. Bundan əvvəl C.Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə də rəsmi Bakının prinsipial mövqeyini ifadə edib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib. İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.

Keçmiş xunta rejiminin başçılarının Bakıda həbsxanada saxlanılan təmsilçilərinə əlahiddə status verilməsinə cəhdlər təkcə Ermənistanda deyil, bir sıra ermənipərəst çevrələrdə də israrla müşahidə olunmaqdadır. Bir müddət öncə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Avropa Parlamentinin üzvlərinin “erməni məhbusları” ilə bağlı suallara verdiyi cavaba münasibətində rəsmi Bakını hövsələdən çıxaran iddialar səsləndirmişdi. O zaman Azərbaycan XİN bildirmişdi ki, Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. “Biz bu yalan və təhrikedici iddiaları rədd edirik”. XİN sözçüsü Ayxan Hacızadə xatırlatmışdı ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib: “Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər. Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir. Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”.

4 minədək azərbaycanlı əsir və girovun taleyi barədə məlumatların açıqlanmamasını Azərbaycanın baş prokuroru Kamran Əliyev də bugünlərdə beynəlxalq tədbirdə bəyan edib.

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir. Prezident vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib: “Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır”.

Ermənistan bu kimi faktlara aydınlıq gətirməkdənsə, özünü “sülhməramlı”, “zərərçəkmiş”, “yazıq” görkəmdə göstərməyə çalışır.

Deputat Qüdrət Həsənquliev “Yeni Müsavat”a açıqlamasında rəsmi Bakının prinsipial mövqeyindən bəhs etdi: “Ermənistan bilir ki, Azərbaycan münaqişəni doğuran səbəblərin həllini özündə ehtiva etməyən sazişi imzalamayacaq. Ona görə də davamlı olaraq özlərini sülhpərvər göstərmək üçün deyirlər ki, biz razılaşdırılmış məsələlər əsasında sülh sazişi imzalamağa hazırıq. Müharibədə məğlub olan tərəf olsalar da həyasızcasına onların şərtləri ilə sülh sazişinin imzalanmasını təklif edirlər. Çünki əmindirlər ki, heç kim buna getməz. Onlar bununla Azərbaycanın Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi şərtilə, sülh sazişinin imzalanmasına dair tələblərini icra etməkdən yayınır, Azərbaycanı beynəlxalq birlik qarşısında "sülh istəməyən ölkə" kimi göstərmək, bizə Qərbdəki tərəfdarları vasitəsilə beynəlxalq təzyiqləri artırmağa nail olmaq, revanşist müharibəyə hazırlaşmaq üçün vaxt udmaq istəyirlər". Q.Həsənquliyevin sözlərinə görə, ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq və bunun nəticəsində regionda yeni geosiyasi reallıqlar formalaşacaq: “Ermənilər gözləyirlər ki, Rusiyada müharibənin nətisi olaraq yeni yaranacaq qərbyönümlü hakimiyyət birinci Qarabağ savaşında olduğu kimi, Qərbin təsiri ilə onların revanşist müharibəsini dəstəkləyəcək. Ukraynada savaş olmasaydı, Ermənistan çoxdan sülh sazişini imzalamışdı”. Millət vəkili hesab edir ki, Azərbaycan və regionda sülh istəyən digər ölkələr rəsmi İrəvana təzyiqləri artırmalı, Ermənistanın silahlandırılmasını pisləməli, aparılan siyasətin çox təhlükəli olduğunu və onlara baha başa gələcəyini izah etməlidir: “Ermənistan torpaqlarımızın işğalına son qoymayıb, sülhdən yayınaraq, 30 il işğalı davam etdirməsinin hansı nəticələrə gətirib çıxardığını anlamalı, yenidən möcüzə gözləyərək eyni səhvi təkrarlamamalı, öhdəliklərini yerinə yetirməli, yaxın qonşuluq siyasəti yürütməlidir”.

Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid qalıqlar aşkar olunub. Beləliklə, Ermənistan kütləvi məzarlıqların yerini belə açıqlamadığı halda, Azərbaycana qarşı fitnəkar iddialar qaldırır, üstəlik, absurd şəkildə yarımçıq sülhü imzalamağa çağırış edir. Ermənistanın hay-küyü həm də 30 il ərzində törətdiyi müharibə cinayətlərini ört-basdır etməyə yönəlik məkrli siyasətdir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18
“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12
Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10
Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04
Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00
"Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55
Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50
Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48
Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45
General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41
Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45
Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54
"Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44
BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36
İran Ukraynaya nota verib
Dünən, 17:31
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Dünən, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:23
PKK silahı yerə qoymağa başlayır
Dünən, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Dünən, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Dünən, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Dünən, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Dünən, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Dünən, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Dünən, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Dünən, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Dünən, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Dünən, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Dünən, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Dünən, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Dünən, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Dünən, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Dünən, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Dünən, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Dünən, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Dünən, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Dünən, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Dünən, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Dünən, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Dünən, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Dünən, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Dünən, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Dünən, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru