Abonentlərin hər hansı hüququ yoxdur, hər şey kimlərinsə keyfindən asılıdır - AXI NİYƏ?
Tarix: 13-09-2024, 14:00 | Çap et
 Müasir həyatımızı internetsiz təsəvvür etmək mümkünsüzdür. Bu gün planetimizin hətta ən ucqar nöqtələrində şəbəkəyə qoşulmaq problem yaratmır və bu, heç kimi təəcübləndirmir. Baxmayaraq ki, cəmi 20-25 il əvvəl hazırda yaşadıqlarımızı yalnız fantastika janrında yazılmış kitablarda oxuya və ya lentə alınan filmlərdə seyr edə bilirdik.
Bir sözlə: artıq internetin müasir insan üçün kommunal xidmətlərlə eyni sırada yer aldığını söyləsək, qətiyyən yanılmarıq. Amma bunun konstatasiyası heç də o anlama gəlmir ki, internetimiz də Azərbaycanda su, elektrik, qaz təchizatının səviyyəsində - yerlərdə sürünməlidir.
Başımıza haranın... suyunu tökək?
“Speedtest Global Index”in son reytinq açıqlamalarına inansaq, hazırda Azərbaycan internetin sürətinə görə dünyada 49-cu pillədə qərarlaşıb - 53,98 Mbit/s. Əslində, pis göstərici deyil. Amma...
İstər evlərimizə verilən internet, istərsə də mobil internetdə kifayət qədər problemlər mövcuddur. Yəqin ki, məmləkətimizdə sorğu aparılsa və respondentlərə “ölkədəki internet xidmətlərindən razısınızmı” sualı verilsə, böyük əksəriyyət dərdini bölüşəcək, narazılıqlarını dilə gətirəcək.
Sentyabrın 1-dən Azərbaycan ərazisində internetin bahalaşması ilə bu narazılıqlar yeni vüsət aldı. Əslində, ölkədə hər kəs kommunal xidmətlərin əsiridir, hətta köləsidir də demək olar. Və bu, heç də şişirtmə deyil.
Məsələn, qışın oğlan çağında “Azəriqaz” qəfildən hardasa borunu əvəzləmək qərarına gəlsə və mavi yanacağın verilməsini dayandırsa, biz binəvalar nə deyə bilərik ki? Sadəcə elektrik qızdırıcılarını şəbəkəyə qoşub ətrafına yığışacaq, səbəbkarlara ailəlikcə “dua” edəcəyik.
Və ya yayın cırhacırında həftələrlə su üzünə həsrət qalanda neynirik? Sadəcə, başımıza sərin su tökmək əvəzinə haranın daşını tökəcəyimizi götür-qoy edirik.
Bir dəfə artan qiymət bir daha enməz
Və çox təəssüf ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də bizə interneti təqdim etməsi eyni sxem üzrə həyata keçirilir. İstəyəndə verirlər, istəməyəndə vermirlər. Kefləri istəsə, kəsintilərlə verərlər, kefləri buyurmasa, əksini edərlər. İstəsələr, xidmət haqqını artırarlar, istəsələr... Yox, bunun əksini çətin istəsinlər. Bir dəfə artan qiymət nə zaman aşağı düşüb ki?
Bir sözlə: sözügedən məsələdə abonentlərin hər hansı hüququ yoxdur. Və sabah qərara alınsa ki, xidmət haqqı 10 dəfə artırılsın (əlbəttə ki, xidmətin keyfiyyətinin artırılması barəsində söhbət getmir, yenə yalanın biri 1 qəpiyə), biz binəvalar 2 seçim qarşısında qalacağıq: ya “ölü” internetə kosmik pul ödəmək, ya da daş dövrünə qayıtmaq.
Bəs vicdan?
Yaxşı, tutaq ki müxtəlif “əsaslandırmalara” inandıq. İnandıq ki, internetinn qiyməti artırılmasaydı, ölkə iqtisadiyyatı çökərdi, hətta Günəş də Şərqdən deyil, Qərbdən doğardı. Olsun. Amma insaf da yaxşı şeydir axı! Olanda, əlbəttə. Heç olmasa, vəd edilən xidməti tam olmasa da, 70-80 faiz göstərin ki, növbəti qiymət artımına da mənəvi olaraq hazırlaşaq.
Axı necə olur ki, tariflərin yüksəldilməsindən öncə 1 ay kifayət edən mobil internet paketi artıq 10-12 günə tükənir? Bəli, biz heç kimə heç nə sübut edə bilmirik. Bilmərik də! Hələ abonentin “xərclədiyi” meqabaytları hesablayan spidometr icad edilməyib. Hər şey buraxılır provayderlərin vicdanına...
Düzü, yazını başqa məcrada davam etdirmək planlaşdırılmışdı. Amma “vicdan” sözü tarazlığı pozdu. Özü də necə bu cümlələrə yol tapdığını heç özümüz də anlamadıq. Nə isə, yəqin İlahi bir işarədir. İşarədir ki, çox da dərinə getməyək. Onsuz da dəyirman öz işini görəcək. Çıxış yoluna gəldikdə isə...
Heç nə, bayaq xatırladığımız sakral xüsusiyyətin – VİCDANIN bir gün oyanmasını gözləməkdən savayı bir çarə gəlmir ağlımıza.
AYNA.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00 |
|
|
|
• Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46 |
|
|
|
• "İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43 |
|
|
|
• Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15 |
|
|
|
• "Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" - Ölkəmiz yenə təhdid olundu
Dünən, 23:12 |
|
|
|
• Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?
Dünən, 23:10 |
|
|
|
• KTMT Belarusda təlimlərə başladı
Dünən, 15:04 |
|
|
|
• "Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Dünən, 14:29 |
|
|
|
• ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Dünən, 14:17 |
|
|
|
• "İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" - AKTUAL
Dünən, 14:05 |
|
|
|
• Rus ordusu bu şəhərə daxil oldu - Puşilin
Dünən, 14:03 |
|
|
|
• "Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." - GİLEY
Dünən, 14:00 |
|
|
|
• Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:40 |
|
|
|
• Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... - deməli, MƏCBUR OLUB...
Dünən, 13:27 |
|
|
|
• İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 13:24 |
|
|
|
• "Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" - QALMAQAL
Dünən, 13:20 |
|
|
|
• Pekin Moskva və Tehrandan fərqli olaraq … - FAKT
Dünən, 13:07 |
|
|
|
• Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… – Rusiya üçün yeni kabus
Dünən, 13:05 |
|
|
|
• O, Əliyeva ilə yaxındır, olmaz... - Ermənilər panikaya düşdü
Dünən, 12:58 |
|
|
|
• Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? - İLGİNC GƏLİŞMƏ
Dünən, 12:56 |
|
|
|
• İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI - “Svobodnaya pressa
Dünən, 11:39 |
|
|
|
• Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir - Dugin
Dünən, 11:35 |
|
|
|
• İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu - danırlar, amma...
Dünən, 11:16 |
|
|
|
• Daha bir ölkə NATO yolunu tutur – Stepaşindən sərt reaksiya
Dünən, 11:13 |
|
|
|
• Gerasimov Putini belə aldadır: - Ağır itkilər...
Dünən, 11:00 |
|
|
|
• Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş - UNİAN
Dünən, 10:59 |
|
|
|
• SOCAR-da SIĞORTA MÜƏMMASI - AXI NİYƏ?..
Dünən, 10:57 |
|
|
|
• Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... - DÖVLƏT NƏDƏNSƏ SEYR EDİR...
Dünən, 10:43 |
|
|
|
• Problem yaratmaqda elə BİR BANKDIR... - NARAZILIQ VAR...
Dünən, 10:40 |
|
|
|
• “İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” - deputat
Dünən, 10:30 |
|
|
|
• Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır - GƏLİŞMƏ
Dünən, 10:26 |
|
|
|
• Tramp İllinoys qubernatorunu hədələyib - "Truth"
Dünən, 06:12 |
|
|
|
• İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... - AKTUAL
Dünən, 06:09 |
|
|
|
• Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi - FOTO
Dünən, 06:06 |
|
|
|
• Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI - “TikTok profilim olmayıb, saxta hesab açıblar”
Dünən, 05:53 |
|
|
|
• “Əbədi qardaşlıq” mifinin sonu – Uçurum üzərində müttəfiqlik
Dünən, 05:49 |
|
|
|
• Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə - Aftafa, pəncərə, qapı dəstəyi, led və.s
Dünən, 05:45 |
|
|
|
• "Bir aydan çoxdur səsim gedib"
Dünən, 05:39 |
|
|
|
• İran Silahlı Qüvvələrinin rəisi Paşinyanın adamının üzünə bunları dedi! - TƏFƏRRÜAT
Dünən, 05:35 |
|
|
|
• Ankara Bakıya ABŞ-la bağlı nə deyib? – Fidan təkzib etdi, Ərdoğan da bilirmiş
Dünən, 05:32 |
|
|
|
• Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb - NƏ ETMƏLİ?
30-08-2025, 18:00 |
|
|
|
• İranda MOSSAD əməliyyatı: saxlanılanlar var - KİV
30-08-2025, 17:58 |
|
|
|
• 5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar - UCUZ QİYMƏTƏ DRON VURAN HAZIRLANIB
30-08-2025, 17:55 |
|
|
|
• Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - SİYAHI
30-08-2025, 17:50 |
|
|
|
• Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini İŞĞAL EDİB
30-08-2025, 17:45 |
|
|
|
• Bu musiqi məktəbinə yeni direktor təyin edildi - BUNDAN SONRA...
30-08-2025, 17:42 |
|
|
|
• 1 həftədir itkin düşən kişinin meyiti quyudan tapıldı
30-08-2025, 16:05 |
|
|
|
• "Evimdə idman zalı düzəltmişəm"
30-08-2025, 15:51 |
|
|
|
• Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq
30-08-2025, 15:48 |
|
|
|
• Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi - ƏMR
30-08-2025, 13:32 |
|
|
|
|