“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                 

Məhkəmə başlayır, “Atlant”ın sahibi Qədəşovu dindirəcəklər - 14 milyonluq dələduzluq
Tarix: 1-08-2024, 16:06 | Çap et
Məhkəmə başlayır, “Atlant”ın sahibi Qədəşovu dindirəcəklər
Xəbər verdiyimiz kimi, “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşov Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılıb. O, 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manat dələduzluqda ittiham olunan kürəkəni və şəriki Nofəl Hacıyevin cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verəcək.

Nofəl Hacıyevlə yanaşı, hakim qarşısına Talış Məhəmmədov da çıxarılıb.

“Təbriz” MTK-nın icraçı direktoru olan Talış Məhəmmədov vəzifə səlahiyyətlərini aşma və sənədləri saxtalaşdırmada ittiham olunur. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Nofəl Hacıyevin qayınatası Tahir Qədəşov ələ keçirilmiş 14 milyon manatla bağlı prokurorun, məhkəmənin, təqsirləndirilən və zərərçəkənlərin, onların vəkillərinin suallarını cavablandırmalı olacaq. Xatırladaq ki, ötən prosesdə iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər. Müraciət müəllifləri hakimə yazıb bildiriblər ki, “Təbriz” MTK ilə mənzil alışına dair müqavilə imzalayıb, pul ödəyiblər və müvafiq olaraq MTK tərəfindən onlara maliyyə arayışı verilib. Buna baxmayaraq, müqavilələr üzrə göstərilən mənzillərin sonradan digər şəxslərə satıldığı üzə çıxıb:

“Sonradan bizə məlum olub ki, mənzillərin satılması ilə bağlı alınmış pullar Nabran qəsəbəsində yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasında yaranmış öhdəliklərə yönəldilib. Eyni zamanda “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Qədəşov Tahir Ərzuman oğlu həm də “Təbriz” MTK-nın təsisçisidir. Bütün pulların “Atlant” Ailəvi İstirahət Mərkəzinə yönəldilməsinə baxmayaraq, istintaq orqanı Qədəşov Tahir Ərzuman oğlunu cinayət məsuliyyətinə cəlb etməyib, bunun nəticəsində istintaq birtərəfli qaydada aparılmaqla iş üzrə zərərçəkmişlərin pulu ödənilmir. Ona görə də Sizdən xahiş edirik ki, zərərçəkmişlərin pulunun ödənilməsi məqsədi ilə işdə təqsirli olan şəxsin əlbirlik faktı ilə bağlı məsuliyyətə cəlb edilməsindən ötrü Nofəl Hacıyevin barəsində olan cinayət işi Qədəşov Tahir Ərzuman oğlunun da onunla əlbirlik faktına ittiham verilməsindən ötrü əlavə ibtidai istintaqa qaytarılsın”.

Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir. Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı, Tahir Qədəşovun da həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.

Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırkı bazar qiymətləri ilə 80-100 milyon manat dəyərləndirirlər. Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru