Özünü yandırmaq bir növ dəb halına gəlib - MALƏSƏF...
Tarix: 10-07-2024, 15:20 | Çap et
 Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib. Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil Habil oğlu Şəmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, 1999-cu il təvəllüdlü Elnur Eynulla oğlu Əliyev Masallı rayonundan evlənmək məqsədilə qız qaçırıb: "Qızın ailəsi buna razı olmayıb və anası evdə olmadığından məhkəmədə E.Əliyevə qarşı iddia qaldırıb. Anası iddia edib ki, qızının başını aldadaraq evdən aparıb. Qız yetkinlik yaşına çatıb, azyaşlı deyil. Qızın ailəsi məhkəmədə E.Əliyevdən 1 000 manat bir və 10 min manat da ayrı təzminat tələb edir. Qız əvvəl razılıq versə də, məhkəmədə qız özü də şikayətçi olub. Elnur Əliyev isə tutulacağını düşünərək təlaşlanıb. Elnur Əliyev Vətən müharibəsi iştirakçısıdır, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Onu həmin gün, iyulun 9-da mən qəbul etmişdim, onun təlaşlandığı məsələ ilə bağlı hüquqşünas yoldaşlarla danışdım. Yanında da dedilər ki onun həbs olunması ilə bağlı məsələ ola bilməz. Sakitləşib getdi. Amma üzərindən 10 dəqiqə keçmişdi səhər saat 11 radələrində Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Onun psixoloji durumu da bir qədər stabil deyil, həmişə ona həssaslıqla yanaşmışıq. Təəssüf ki, belə bir hadisə yaşandı. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ona dəfələrlə maddi yardım olunub. Yəni onun problemi məhkəmə ilə bağlı olub, tutulmaqdan qorxub". Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, E.Əliyev aldığı yanıq xəsarətləri ilə Bakıya, 5 saylı şəhər klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib: "Xəstəxanadan bildirilib ki, kürək nahiyəsində 25 faiz yanıq xəsarəti var. Vəziyyətinin ağır olmadığı, bir neçə gün ərzində müalicəsini yekunlaşdırıb evinə qayıda bilər". Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, 09.07.2024-cü il tarixində saat 14:55-də 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub. Bildirilib ki, ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib: "Hazırda vəziyyəti orta ağır qiymətləndirilir".
Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, qızın könüllü getdiyini bilə-bilə valideyn təkidlə fikrini dəyişdirib təzminat tələb edirsə, bu artıq etik deyil:
“Əgər zorakılıq, qaçırma və ya oğurluq hadisəsi olsaydı ailənin təzminat tələb etməyə hüququ var idi. Lakin hazırda məlumdur ki, qız könüllü şəkildə gedib. Özünü yandırmaq bir növ dəb halına gəlib. İnsanların intiharın ən dəhşətli formasını niyə seçdiyi hələ də bəlli deyil. Özünü öldürmək üçün bundan dəhşətli yol yoxdur. Psixolojiyası sağlam olan və olmayan insan da bu yolu seçə bilər. Bu hadisənin qazi olub olmaması ilə əlaqəsi yoxdur. Qazinin psixoloji durumu müəyyən qurumlar tərəfindən yoxlanışa götürüldükdən sonra rəy veriləcək. Sağlam psixologiyaya sahib olan şəxs hər xırda mübahisədə özünü yandırmaz. Cəmiyyətdə bizim sağlam bildiyimiz, əslində sağlam olmayan çox insan var. Bəzi hallarda qazinin özünü yandırma halları ilə rastlaşanda, araşdırıb görürük ki, qazi bu məsələdə haqsızdır. Yəni qazi kiminsə, torpağını zəbt edib və ya əmlakını əlindən alıb. Bu kimi vəziyyətlərdə cəmiyyət və dövlət həmin insanlara humanist davranır. Başqa insanlar tərəfindən edilən hərəkət cəmiyyət tərəfindən qınanılır, ancaq qazilər edən zaman humanist davranılır. Çünki cəmiyyət onun psixoloji vəziyyətini nəzərə alır. Əgər bu məsələdə qazi özünü yandırırsa, deməli başqa psixoloji problemlər var. Səbəb bu ola bilməz. Sadəcə bu qığılcımlandıran hadisədir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00 |
|
|
|
• Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46 |
|
|
|
• "İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43 |
|
|
|
• Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15 |
|
|
|
• "Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" - Ölkəmiz yenə təhdid olundu
Dünən, 23:12 |
|
|
|
• Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?
Dünən, 23:10 |
|
|
|
• KTMT Belarusda təlimlərə başladı
Dünən, 15:04 |
|
|
|
• "Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Dünən, 14:29 |
|
|
|
• ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Dünən, 14:17 |
|
|
|
• "İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" - AKTUAL
Dünən, 14:05 |
|
|
|
• Rus ordusu bu şəhərə daxil oldu - Puşilin
Dünən, 14:03 |
|
|
|
• "Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." - GİLEY
Dünən, 14:00 |
|
|
|
• Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:40 |
|
|
|
• Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... - deməli, MƏCBUR OLUB...
Dünən, 13:27 |
|
|
|
• İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 13:24 |
|
|
|
• "Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" - QALMAQAL
Dünən, 13:20 |
|
|
|
• Pekin Moskva və Tehrandan fərqli olaraq … - FAKT
Dünən, 13:07 |
|
|
|
• Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… – Rusiya üçün yeni kabus
Dünən, 13:05 |
|
|
|
• O, Əliyeva ilə yaxındır, olmaz... - Ermənilər panikaya düşdü
Dünən, 12:58 |
|
|
|
• Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? - İLGİNC GƏLİŞMƏ
Dünən, 12:56 |
|
|
|
• İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI - “Svobodnaya pressa
Dünən, 11:39 |
|
|
|
• Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir - Dugin
Dünən, 11:35 |
|
|
|
• İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu - danırlar, amma...
Dünən, 11:16 |
|
|
|
• Daha bir ölkə NATO yolunu tutur – Stepaşindən sərt reaksiya
Dünən, 11:13 |
|
|
|
• Gerasimov Putini belə aldadır: - Ağır itkilər...
Dünən, 11:00 |
|
|
|
• Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş - UNİAN
Dünən, 10:59 |
|
|
|
• SOCAR-da SIĞORTA MÜƏMMASI - AXI NİYƏ?..
Dünən, 10:57 |
|
|
|
• Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... - DÖVLƏT NƏDƏNSƏ SEYR EDİR...
Dünən, 10:43 |
|
|
|
• Problem yaratmaqda elə BİR BANKDIR... - NARAZILIQ VAR...
Dünən, 10:40 |
|
|
|
• “İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” - deputat
Dünən, 10:30 |
|
|
|
• Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır - GƏLİŞMƏ
Dünən, 10:26 |
|
|
|
• Tramp İllinoys qubernatorunu hədələyib - "Truth"
Dünən, 06:12 |
|
|
|
• İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... - AKTUAL
Dünən, 06:09 |
|
|
|
• Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi - FOTO
Dünən, 06:06 |
|
|
|
• Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI - “TikTok profilim olmayıb, saxta hesab açıblar”
Dünən, 05:53 |
|
|
|
• “Əbədi qardaşlıq” mifinin sonu – Uçurum üzərində müttəfiqlik
Dünən, 05:49 |
|
|
|
• Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə - Aftafa, pəncərə, qapı dəstəyi, led və.s
Dünən, 05:45 |
|
|
|
• "Bir aydan çoxdur səsim gedib"
Dünən, 05:39 |
|
|
|
• İran Silahlı Qüvvələrinin rəisi Paşinyanın adamının üzünə bunları dedi! - TƏFƏRRÜAT
Dünən, 05:35 |
|
|
|
• Ankara Bakıya ABŞ-la bağlı nə deyib? – Fidan təkzib etdi, Ərdoğan da bilirmiş
Dünən, 05:32 |
|
|
|
• Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb - NƏ ETMƏLİ?
30-08-2025, 18:00 |
|
|
|
• İranda MOSSAD əməliyyatı: saxlanılanlar var - KİV
30-08-2025, 17:58 |
|
|
|
• 5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar - UCUZ QİYMƏTƏ DRON VURAN HAZIRLANIB
30-08-2025, 17:55 |
|
|
|
• Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - SİYAHI
30-08-2025, 17:50 |
|
|
|
• Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini İŞĞAL EDİB
30-08-2025, 17:45 |
|
|
|
• Bu musiqi məktəbinə yeni direktor təyin edildi - BUNDAN SONRA...
30-08-2025, 17:42 |
|
|
|
• 1 həftədir itkin düşən kişinin meyiti quyudan tapıldı
30-08-2025, 16:05 |
|
|
|
• "Evimdə idman zalı düzəltmişəm"
30-08-2025, 15:51 |
|
|
|
• Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq
30-08-2025, 15:48 |
|
|
|
• Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi - ƏMR
30-08-2025, 13:32 |
|
|
|
|