Üçüncü Dünya müharibəsi təhlükəsi? .....                     Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi .....                     NAXTEL LƏĞV OLUNUR .....                     Susuz qalan Türkiyə: böhran dərinləşir .....                     "İsrail dronları Azərbaycan sərhədindən keçib" .....                     Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı .....                     "Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" .....                     Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə .....                     KTMT Belarusda təlimlərə başladı .....                     "Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" .....                     ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... .....                     "İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" .....                     Rus ordusu bu şəhərə daxil oldu .....                     "Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." .....                     Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? .....                     Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... .....                     İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... .....                     "Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" .....                     Pekin Moskva və Tehrandan fərqli olaraq … .....                     Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… .....                     O, Əliyeva ilə yaxındır, olmaz... .....                     Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? .....                     İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI .....                     Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir .....                     İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu .....                     Daha bir ölkə NATO yolunu tutur .....                     Gerasimov Putini belə aldadır: .....                     Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş .....                     SOCAR-da SIĞORTA MÜƏMMASI .....                     Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... .....                     Problem yaratmaqda elə BİR BANKDIR... .....                     “İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” .....                     Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır .....                     Tramp İllinoys qubernatorunu hədələyib .....                     İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... .....                     Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi .....                     Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI .....                     “Əbədi qardaşlıq” mifinin sonu .....                     Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə .....                     "Bir aydan çoxdur səsim gedib" .....                 

Astarada uzanan yol problemi... - sakinlərlə aidiyyatı qurumlar bir-birini günahlandırır
Tarix: 27-05-2024, 12:47 | Çap et
Astarada uzanan yol problemi...
Astara rayonundan bir qrup sakin redaksiyamıza müraciət edərək rayonun Ərçivan və Çayoba kəndləri ərazisində aparılan yol tikinti işlərinin gedişindən narazılıqlarını bildiriblər.

“Report”un Cənub bürosunun əməkdaşı Astara sakinlərinin şikayətini araşdırmaq üçün həmin kəndlərdə olub və həm narazılıq edən vətəndaşların, həm də rəsmi qurumların mövqeyini öyrənib.

Qeyd edək ki, Ərçivan-Çayoba yolu deyəndə, Ələt-Astara magistralının (köhnə yol) rayonun bir neçə yaşayış məntəqəsini əhatə edən yol nəzərdə tutulur. Yeni Ələt-Astara-İran Dövlət sərhəd yolu istifadəyə verildikdən sonra bu yol hazırda ikinci dərəcəli hesab edilsə də, sakinlərin Astara rayon mərkəzinə gediş-gəlişi üçün daha münasib sayılır.

Haqqında danışılan yol ölkə Prezidentinin sərəncamı ilə tam əsaslı şəkildə yenidən qurulur. Yolun təmir-bərpa işləri iki podratçı təşkilata həvalə edilib. Ötən ilin noyabr ayından Astara rayonunun inzibati sərhədindən - Çayoba kəndindən təmir işlərinə başlanıb və əsas işlərin çoxu artıq yekunlaşdırılıb.

Sakinlər aylardır, yolda aparılan qazma-torpaqlama işləri səbəbindən tozun-palçığın içində qalsalar da, yeni yolun istifadəyə veriləcəyi günü intizarla gözləyirlər. Bununla belə, sakinlər işin gedişində ciddi nöqsanlara yol verildiyini iddia edərək, narazılıqlarını bildiriblər. Pensər kənd sakinləri adından danışan Tosif Səfərov deyir ki, bu yolun əsaslı təmiri üçün dövlət xeyli vəsait ayırıb. Deməli, təmir işləri də tam və nöqsansız olmalıdır:

“Yolun hər iki tərəfində yağıntı sularının axması üçün kanallar qazılıb. Amma beton kuveytlər yalnız yolun bir hissəsində qoyulub. Bunun səbəbini soruşanda isə iş icraçıları bildirirlər ki, layihədə bu formada nəzərdə tutulub. Bu necə ola bilər? Nə qədər zəhmət çəkilir, vəsait sərf olunur... Axı torpaq kanallara dolan su qısa müddətdə yolun asfalt qatını sıradan çıxaracaq. Bundan başqa, yol kənarında səkilərə yer saxlanmaması piyadaların, xüsusilə də uşaq və yaşlıların təhlükəsiz hərəkətinə mane olacaq”.

Kəndin digər sakini Elşad Şükürov da əhalinin yolda aparılan işlərlə bağlı daha bir neçə məqama diqqət yetirilməli olduğunu deyir:

“Görülən işlər təqdirəlayiqdir. Çox zəhmət çəkilir, hətta yağışlı günlərdə belə işlər davam etdirilir. Amma çox təəssüf ki, işlər digər qurumlarla əlaqəli şəkildə aparılmır. Bu kəndlərin lap əvvəldən suötürücü kanalları olub. Ərazidə heç vaxt subasma baş verməyib. Lakin yeni layihənin icrası zamanı suötürücü arxların yeri və suyun axın istiqaməti dəyişdirilib. Bunun da nəticəsində yeni quraşdırılan suötürücü kuveytlər dağ massivlərindən gələn yağıntı sularını çəkə bilmir. Ona görə də arxlardan daşan sular yolu basır, oradan da həyətlərə, bağlara dolur. Son yağıntılar zamanı təsərrüfatlarımıza xeyli ziyan dəyib. Daşqın səbəbindən elektrik və rabitə infrastrukturu da ziyan görüb”.

Sakinlərin sözlərinə görə, ərazidəki yol kənarlarında çoxillik, bəzilərinin hündürlüyü 30 metrə çatan küknar ağacları var. Həmin ağacların kök hissəsi bir metrədək qazılıb. Bir dəfə güclü külək əssə, o ağaclar mütləq aşacaq. Bu isə real təhlükə deməkdir.

Astara rayon icra hakimiyyəti başçısının Pensər kənd ərazi inzibati dairəsi üzrə nümayəndəsi Zeynulla Şükürov da sakinlərin məlum narahatlığının heç də əsassız olmadığını bildirib:

“Rayon ərazisində əsaslı şəkildə yenidən qurulacaq yolun uzunluğu 27 kilometr olacaq. Daxil olan müraciətlər əsasında həmin əraziyə baxış keçirilib. Vətəndaşlar bəzi məqamlarda haqlı görünür. Belə ki, yolun bəzi hissələrində yol yatağı 1,5-2 metr ya yuxarı qaldırılıb, ya da qazılıb. Nəticədə sakinlər üçün yeni qayğılar yaranıb. Çökəkdə qalan həyətlərə su yığılır. Yolun Pensər kəndindən başqa Təngərüd, Maşğan kəndindən və Ərçivan qəsəbəsindən keçən hissələrində də oxşar problemlər yaşanır. Ümumilikdə isə 27 kilometrlik bu yoldan 100 min nəfərə qədər insan istifadə edir. Ümid edirik ki, yaxın zamanlarda aidiyyatı qurumlar öz işlərini qüsursuz şəkildə başa vuracaq və yeni çəkilən yol əhalinin rahatlığına xidmət edəcək”.

Yolun təmir işlərinə təhkim olunan 7 saylı Magistral Yolların istismarı MMC-nin sahə rəisi Raqib Mirzəyev isə sadalanan problemlərə görə elə sakinlərin özlərini günahlandırır.

“Yolda orta oxdan sağa və sola doğru ümumi uzunluğu 25 metr olan təhkim zolağı nəzərdə tutulub. Həmçinin yolun çiyin hissələrində suötürücü və piyadalar üçün hərəkət zolağı da olmalıdır. Lakin vətəndaşlar illərdən bəri həyətyanı çəpərlərini irəli çəkərək yol təsərrüfatına aid olan torpaq əraziləri zəbt ediblər. Nəticədə belə bir vəziyyət yaranıb. İşıq və rabitə dirəkləri, qaz xətti və yaşıllıqlar bir çox yerlərdə birbaşa yolun üstündə quraşdırılıb. Ona görə də bizi qınamaq üçün əsas yoxdur. Bəli, təmir prosesində yol verilən kiçik xətalar var, ancaq onlar da işlər tamamlananda aradan qalxacaq. Təsərrüfatların subasmaya məruz qalması isə yeni kuveytlərin suötürücülük qabiliyyətinin az olması ilə əlaqəli deyil. Güclü yağıntı nəticəsində dağ massivindən gələn ağac qırıntıları və müxtəlif tullantılar kuveytlərin ağzını qapayıb. Nəticədə yağıntı suları ətrafa axıb. Belə hallarda Yol-istismar idarəsinin növbətçiləri vəziyyətə nəzarət etməlidirlər”.

Sahə rəisi R.Mirzəyev yolda davam etdirilən işlər barədə də məlumat verdi.

“Sözügedən ərazi köhnə Ələt-Astara magistralının 207-217-ci kilometrini əhatə edir. Bu ərazi yolun relyef baxımından çox çətin hissəsidir. Buna baxmayaraq, ərazidə yol-tikinti normativləri gözlənilməklə, asfalt qatı götürülüb. Görüntünün məhdudlaşdığı yerlərdə qazma-dolğu işləri həyata keçirilib. 25 yerdə daha geniş suötürücü borular quraşdırılıb. Yol kənarlarında 3 min paqometrdən yuxarı kuveytlər çəkilib. O cümlədən, aşağı və yuxarı istinad divarları, dağ yamaclarında beton baryerlər qurulub. 3 min metrə yaxın istinad divarları çəkilib. Hazırda alt layda işlər bitmək üzrədir, 5 kilometrlik hissədə isə üst qat artıq hazırlanıb. Plana uyğun olaraq, işlərin iyun ayının ortalarına qədər yekunlaşdırılması nəzərdə tutulub”.

Astarada uzanan yol problemi...
Astarada uzanan yol problemi...
Astarada uzanan yol problemi...
Astarada uzanan yol problemi...
Astarada uzanan yol problemi...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Bu gün, 06:40
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 06:23
NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00
Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46
"İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43
Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15
"Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" - Ölkəmiz yenə təhdid olundu
Dünən, 23:12
Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?
Dünən, 23:10
KTMT Belarusda təlimlərə başladı
Dünən, 15:04
"Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Dünən, 14:29
ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Dünən, 14:17
"İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" - AKTUAL
Dünən, 14:05
Rus ordusu bu şəhərə daxil oldu - Puşilin
Dünən, 14:03
"Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." - GİLEY
Dünən, 14:00
Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:40
Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... - deməli, MƏCBUR OLUB...
Dünən, 13:27
İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 13:24
"Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" - QALMAQAL
Dünən, 13:20
Pekin Moskva və Tehrandan fərqli olaraq … - FAKT
Dünən, 13:07
Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… – Rusiya üçün yeni kabus
Dünən, 13:05
O, Əliyeva ilə yaxındır, olmaz... - Ermənilər panikaya düşdü
Dünən, 12:58
Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? - İLGİNC GƏLİŞMƏ
Dünən, 12:56
İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI - “Svobodnaya pressa
Dünən, 11:39
Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir - Dugin
Dünən, 11:35
İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu - danırlar, amma...
Dünən, 11:16
Daha bir ölkə NATO yolunu tutur – Stepaşindən sərt reaksiya
Dünən, 11:13
Gerasimov Putini belə aldadır: - Ağır itkilər...
Dünən, 11:00
Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş - UNİAN
Dünən, 10:59
SOCAR-da SIĞORTA MÜƏMMASI - AXI NİYƏ?..
Dünən, 10:57
Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... - DÖVLƏT NƏDƏNSƏ SEYR EDİR...
Dünən, 10:43
Problem yaratmaqda elə BİR BANKDIR... - NARAZILIQ VAR...
Dünən, 10:40
“İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” - deputat
Dünən, 10:30
Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır - GƏLİŞMƏ
Dünən, 10:26
Tramp İllinoys qubernatorunu hədələyib - "Truth"
Dünən, 06:12
İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... - AKTUAL
Dünən, 06:09
Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi - FOTO
Dünən, 06:06
Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI - “TikTok profilim olmayıb, saxta hesab açıblar”
Dünən, 05:53
“Əbədi qardaşlıq” mifinin sonu – Uçurum üzərində müttəfiqlik
Dünən, 05:49
Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə - Aftafa, pəncərə, qapı dəstəyi, led və.s
Dünən, 05:45
"Bir aydan çoxdur səsim gedib"
Dünən, 05:39
İran Silahlı Qüvvələrinin rəisi Paşinyanın adamının üzünə bunları dedi! - TƏFƏRRÜAT
Dünən, 05:35
Ankara Bakıya ABŞ-la bağlı nə deyib? – Fidan təkzib etdi, Ərdoğan da bilirmiş
Dünən, 05:32
Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb - NƏ ETMƏLİ?
30-08-2025, 18:00
İranda MOSSAD əməliyyatı: saxlanılanlar var - KİV
30-08-2025, 17:58
5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar - UCUZ QİYMƏTƏ DRON VURAN HAZIRLANIB
30-08-2025, 17:55
Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - SİYAHI
30-08-2025, 17:50
Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini İŞĞAL EDİB
30-08-2025, 17:45
Bu musiqi məktəbinə yeni direktor təyin edildi - BUNDAN SONRA...
30-08-2025, 17:42
1 həftədir itkin düşən kişinin meyiti quyudan tapıldı
30-08-2025, 16:05
"Evimdə idman zalı düzəltmişəm"
30-08-2025, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru