Dubaydan yenicə qayıdan Azərbaycanın “Luna Kids Model” akademiyasının istedadlı modelləri bu dəfə Moskvaya dəvət alıb.
diaaz.space xəbər verir ki, onlar Moskvada keçirilən “Fashion Week Moscow New Kids" dəb nümayişinin açılışına dəvət olunmuş müxtəlif ölkələrin modellərinin siyahısında olublar. Dəb nümayişində Seccad Həsənzadə, Milana İbrahimova, Məryəm Orucova, Fatimə Qulamova və Mirhüseyn Süleymanlı iştirak edərək tamaşaçılar tərəfindən müsbət rəylər alıblar. Modellərimiz dəb nümayişindən sonra “Fashion TV” ilə yanaşı, “Ru Tv” kanalına da geniş müsahibə veriblər.