Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                 

“Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...” - vəkildən SOS
Tarix: 2-03-2024, 10:12 | Çap et
“Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...”
Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır. Bu barədə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bununla bağlı çox sayda vətəndaş narazılığı var:

“Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda guya işlərinin çox olduğu və çatdıra bilmədikləri cavabını verirlər. Lakin həqiqətdə belə deyil”.

Qüdrət Həsənquliyev bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib: “Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdırlar. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.

Bəs məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyət nədir?

2022-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət artırılıb. Məhkəmələr tərəfindən qəbul edilən, dövlət adından çıxarılan qətnamələr, qərardadlar və hökmlər mütləq qaydada icra olunmalıdır. Bu qərarların icra olunmasına birbaşa nəzarəti və təmin olunmasına nəzarəti icra məmurları həyata keçirir. İcra məmurları tərəfindən icra bildirişi daxil olduqdan sonra icraçı müvafiq qərarla icra işini başlayır. Tərəflərə, əsasən borclu tərəfə tələbin könüllü icra olunması ilə bağlı 10 günlük müddət tanıyır. Bu 10 gündən sonra tələb borclu tərəfindən icra olunmursa, o zaman icra məmuru tərəfindən müxtəlif icra hərəkətlərinin tətbiq olunması qaçılmaz olur.

Əgər icra məmuru tərəfindən müvafiq qətnamənin və ya məhkəmə qərarının icra olunması ilə bağlı, bütün tədbirlər boşa çıxdıqdan sonra borclu tələb icra olunmasından yayındığı hallarda və ya onu icra etmədikdə, icra məmuru tərəfindən müvafiq protokol tərtib olunmaqla məhkəməyə təqdim olunur. Məhkəmə inzibati qaydada və ya cinayət işi əsasında şəxsin barəsində qərar qəbul edir. Birinci növbədə şəxsin barəsində inzibati protokol tərtib olunur. İnzibati protokolun ardından şəxsin qeydiyyatda olduğu yerin rayon-şəhər məhkəməsi, şəxsin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən onu cərimə edə bilər və ya həmin şəxsin inzibati qaydada həbs olunması ilə bağlı qərar qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə, fiziki şəxslər 1000 manatdan 1500 manata qədər cərimə oluna bilərlər. Eyni zamanda şəxsin şəxsiyyəti nəzərə alınmaqla 2 ay müddətinə qədər inzibati qaydada həbs oluna bilərlər. Vəzifəli şəxslər 2500-4000 manata qədər, hüquqi şəxslər isə 5000-7000 manata qədər cərimə oluna bilərlər. Artıq şəxslər 2 ay müddətinə məhkəmə qərarlarının icra olunmamasına görə həbs oluna biləcəklər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, məhkəmə hökmünün, qərarının və ya aktının icra edilməməsinə görə borclu tərəf məhkəmə qətnaməsini, hökmünü və ya qərarını və ya əmrini qərəzli olaraq icra etməməyə görə 2000-4000 manata qədər cərimə oluna bilir, 320 saatdan - 480 saata qədər ictimai işlərə cəlb oluna, 2 ilə qədər islah işləri və 3 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılırlar. Elə məhkəmə hökmləri də var ki, ümumiyyətlə, məhkəmə icraçıları hər hansı bir tədbir görmür.

Belə hallarda vətəndaş nə edə bilər?

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən kütləvi şikayətlərin bir kateqoriyası məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır: “Bu, Azərbaycan məhkəmələrinin imicinə çox ciddi bir ziya vuran məqamdır. Məhkəmə Azərbaycan dövlətinin adından qərar verir və həmin qərarı icra etməli olan dövlət qurumları qərarın icra olunmasını təmin etmirlər. Avropa Məhkəməsində Azərbaycandan kütləvi surətdə məhkəmə qərarlarının icra olunmaması ilə bağlı şikayətləri alanda başa düşmürlər ki, necə ola bilər ki, dövlət adından çıxarılmış qərarların icrası dövlət qurumları tərəfindən təmin edilməsin?”

Ə.Mustafayev deyib ki, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edən 46 ölkə arasında məhkəmə qərarlarını icra etməyən tək ölkədir: “Digər ölkələrdən məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətə rast gəlməmişəm. Azərbaycanda bir çox hallarda məhkəmə qərarları dövlət qurumları, vəzifəli şəxslər tərəfindən icra olunmur. Bu, çox biabırçı bir haldır. Avropa Məhkəməsinin Azərbaycana qarşı qərar qəbul etdiyi işlər içində ən çox bu kateqoriyadan olan işlərdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərə baxır və Azərbaycana deyirlər ki, niyə öz adından çıxarılan qərarları icra etmirsən?”

Vəkil deyir ki, məhkəmə qərarlarının icra edilməsi üçün bir çox hallarda lazımi addımlar atılmır: “Halbuki qanunda konkret göstərilir ki, cavabdeh məhkəmə qərarını icra etmirsə, ona qarşı hansı qanuni addımlar atılmalıdır. İlk olaraq xəbərdarlıq edilir, məhkəmə qərarının könüllü icrası üçün zaman tanınır. Əgər şəxsin qərarı könüllü icrta etmirsə, icraçı onun əmlakına yönəlməlidir. Əmlakı yoxdursa, qazancına yönəlməlidir. Qazancı yoxdursa, ölkədən çıxışına stop qoyulur. Cavabdeh məhkəmə qərarını icra etmirsə, onun barəsində inzibati qaydada protokol tərtib olunur və cavabdeh inzibati həbslə cəzalandırıla bilər. Cərimə də oluna bilər. Bunlar təsir etməsə, qanunda var ki, cinayət məsuliyyətinə cəlb olunur. Cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən orada əmək fəaliyyətinə cəlb olunur və aldığı maaşdan onun vurduğu zərər ödənməlidir. Çox təəssüf ki, icraçılar bir çox hallarda qanunun tələbini yerinə yetirmirlər. İcraçılar bir qayda olaraq tələbkarlara deyirlər ki, işlə məşğuluq, cavabdehi çağırırıq. Amma konkret hansı qanuni tədbirləri gördüklərini demirlər. Çünki belə tədbirləri görmürlər. Bu halda düşünürük ki, burada korrupsiya əlamətləri var. İcraçı məhkəmə qərarlarının icrasını təmin etmək üçün maaş alır və işini görmür. Ortada Azərbaycan dövlətinin icraçıya verdiyi pul havayı gedir, Azərbaycan dövləti adından çıxarılan qərarlar havada qalır, dövlətin imici də yerə dəyir. Bu sahədə mütləq səyləri gücləndirmək lazımdır. İcraçıların məsuliyyət məsələsinə yenidən baxılmalı, məsuliyyət dəfələrlə artırılmalıdır ki, onlar üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər”.

Əsabəli Mustafayev qeyd etdi ki, bu və ya digər şəxslərin əməllərindən zərərçəkmiş vətəndaşlar ölkə daxilində məhkəmə qərarlarının icrasına nail ola bilmirlərsə, bu halda Avropa Məhkəməsinə müraciət hüquqlarından istifadə edə bilərlər: “Avropa Məhkəməsinin praktikasında ərizəçiyə dəymiş ziyanın dövlətdən tutulması praktikası tətbiq olunmur. Yəni vətəndaşa Azərbaycanda 100-200 min ziyan vurulubsa, məhkəmə qərarı ola-ola həmin pul alınıb borcludan, cavabdehdən zərərçəkənə ödənmirsə, bu halda dövlətdən o pulun tutulması praktikasına hələ ki müraciət olunmur. Bu halda konvensiyanın 6-cı maddəsi üzrə - ədalətli araşdırma hüququna əsasən Avropa Məhkəməsi qərar verir. Əgər məhkəmə hökmünün, qərarının icrası baş tutmursa, deməli, ədalətli araşdırma yoxdur. Qərar varsa, mütləq icra olunmalıdır. Avropa Məhkəməsi bu halda qərar çıxarır ki, məhkəmə qərarının icra edilməməsi qanunsuzdur və buna görə də ərizəçiyə müəyyən kompensasiya təyin edir. Məbləğ 5-7 min avro olur. Söhbət zərərin ödənməsindən getmir. Ancaq belə bir qərar çıxarılırsa, hökumət öhdəlik daşıyır ki, Avropa Məhkəməsinin qərarını icra etsin”.

Hüquqşünas deyir ki, hökumət, nəhayət, məhkəmə qərarlarının icrasının təmini ilə bağlı qəti addımlar atmalıdır: “Qərarların icrası üçün çox ciddi addımlar atmalı, bu məsələdə korrupsiya aradan qaldırılmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru