Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                 

Cənubi Qafqazda sülh niyə baş tutmur?! - AKTUAL
Tarix: 2-03-2024, 08:43 | Çap et
Cənubi Qafqazda sülh niyə baş tutmur?!
Məncə, bu, daha sonra Ermənistana lazımdır. Azərbaycan müqavilə olmadan da sülhə sadiqlik göstərir. Elə bu gün mötəbər beynəlxalq tədbirin tribunasından prezident İlham Əliyev belə deyib: "Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir".

Doğrudur, Avropa İttifaqına üzv ölkələrin, eləcə də, başqa tərəfdaş ölkələrin təbii qazla təchizatı kontekstində verilmiş bəyanatdır. Sadəcə, bəyanat da deyil, reallıqdır; Azərbaycan dövlətinin, ali siyasi hakimiyyətinin tərəfdaşlıq fəlsəfəsidir. Bu fəlsəfə təkcə iqtisadi, yaxud enerji məsələlərinə aid deyil, bütün başqa sferalara da şamil olunan siyasi üslub, mövqedir. Eyni zamanda bu, təkcə rəsmi-formal üslub olmaqla qalmır, həm də insani məziyyətdir, xarakter məsələsidir. Dövlət hakimiyyəti, insanlar deməkdir. Azərbaycan bu məziyyətini dəfələrlə göstərib. Kimə hansı sözü veribsə, o sözü axıra qədər tutub.

O cümlədən, Ermənistanla danışıqlara aid məsələlərdə də rəsmi Bakı bu üsluba sadiqdir. Heç kim deyə bilməz ki, Azərbaycan Ermənistanla sülh istəmir. Sülh müqaviləsinin prinsiplərini formulə edən, mətnini yazan, qarşı tərəfə göndərən, qarşı tərəfin bu mətnə dair şərhlərini və təkliflərini müzakirə edən Azərbaycan hökuməti olub, elə deyilmi?!

Elə təkcə sırf insani tərəfdən yanaşaq, Azərbaycan dövləti, dövlət başçısı, onun komandası özlərini kişi kimi aparır. Bu, mental insani pozitivi dövlətin xasiyyətinə çeviriblər. Qarşı tərəfə, sadəcə, diqtə etmək deyil, regionda dayanıqlı sülhün və faydalı tərəfdaşlığın önəmini anlatmaq üzərindən prosesi aparır. Təkid etmir, təhdid etmir, təlqin edir. Bir yandan, qarşı tərəfin təkliflərini müzakirəyə layiq bilir, o biri tərəfdən, təbii və davamlı olaraq, öz maraqlarını da ardıcıl və etibarlı şəkildə müdafiə edir.

Azərbaycan dövlət başçısı inaqurasiya nitqində də deyib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi beynəlxalq gündəlikdən çıxarılmalıdır, iki qonşu dövlət öz arasında danışıb, razılığa gələ bilər.

Bu, yeni bir fikir və ya fərqli mövqe deyil ki! Prezident bunu 2020-ci ilin noyabrından, 2023-cü ilin sentyabrına qədər də dəfələrlə deyib, ondan sonra da dönə-dönə təkrar edir. Hətta Vətən müharibəsinin gedişində verdiyi müsahibələrdə də bu fikirlər var: işğalçı Ermənistana kömək edən xarici qüvvələr qırağa çəkilsin, bizi təkbətək buraxsınlar, özümüz öz münasibətlərimizi aydınlaşdıraq. Prezident inaqurasiya nitqində də Fransaya və başqa dairələrə xitabən belə bir çağırışı həmin o inaqurasiya nitqində dç etmişdi: "Gedin, öz işinizlə məşğul olun". Bundan əvvəl də eyni məzmunu fərqli formalarda ifadə etmişdi. Azərbaycan sülh gündəliyinin, ümumiyyətlə, Ermənistanla normallaşma və gələcək dinc münasibətlər perspektivinin xarici dairələrin, xüsusilə, bölgəyə heç bir dəxli olmayan dövlətlərin inhisarından çıxarılmasına çalışıb və çalışır. Bu israrlı mövqe, keçmiş Minsk Qrupunun reanimasiyasına imkan vermədi. Azərbaycanın məhz bu duruşu, hələ 2023-cü ilin sentyabrına - lokal xarakterli antiterror əməliyyatına qədər humanitar bəhanələrlə beynəlxalq missiyaların Qarabağa girişinə imkan vermədi. Eləcə də, növbədənkənar prezident seçkilərini fürsət bilib seçki müşahidə missiyası rübəndi taxaraq Xankəndində və Şuşada daimi ofislər açmaq, bu ofisləri Qarabağ ermənilərinin guya pozulmuş hüquqlarını "bərpa etmək" üçün mərkəzlərə çevirmək istəyən Avropa Şurası Parlament Assambleyasının planları pozuldu. Azərbaycan buna imkan verə bilməzdi və imkan vermədi. Hələ bir çox başqa oyunlar da iflas etdirildi. Yəni AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin öz fəaliyyətini dayandırması heç də bəzi dairələrin dediyi kimi, Azərbaycanın daxili siyasi durumu ilə bağlı deyildi (bu, əslində aldadıcı manevrdir, ya da, sadəcə, səbəblərdən biridir), Azərbaycan-Ermənistan münasibətləri kontekstində bir məsələdir. Azərbaycanın həm xarici, həm daxili təhlükəsizliyi ilə bağlı məsələdir. Ona görə prezident deyirdi ki, Azərbaycanın daxili təhlükəsizliyinə təhdid və risk faktorları daxildən qaynaqlanmır, ölkə xaricində formalaşdırılır, sonra ölkənin içərisinə "ixrac olunur".

Yazının əvvəlindəki fikirlərə dönsək, bəli, Azərbaycanın dövlət rəhbəri verdiyi sözləri həmişə tutub. Və belə də davam edir. Ancaq Ermənistanın baş naziri hər çıxışında bir söz deyir. Yaxud üzdə bir söz, arxada tamam başqa söz deyir. Yaxud vəd verir, amma əməldə əksini edir. Bir beynəlxalq platformada sülh gündəliyini bir cür şərh edir, başqasında başqa cür. Əgər bu gün iki ölkə arasında sülh müqaviləsi alınmırsa, bu, tamamilə Ermənistanın və onun ağlını revanş xülyaları ilə qarışdıran məlum xarici dairələrin günahındandır.

Biz hələ 2020-ci ilin sonunda yazılarımızda proqnoz vermişdik ki, Ermənistan Qarabağda uduzduğu müharibəni Azərbaycanla sərhədlərə daşıyacaq. Təbii ki, arxasındakı xarici güclərin təhriki və diqtəsi ilə. Bu proqnozum, təəssüf ki, doğruldu, ya da doğrulmağa yaxındır.

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Antalyada jurnalistlərə açıqlamasında da bu baxımdan maraqlı fikir söyləyib:

"...Cənubi Qafqaz regionu xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var. Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur".

Bu açıqlama hazırkı vəziyyəti çox aydın və dəqiq təsvir edir. Sülh müqaviləsi tematikasını da spekulyasiya instrumenti kimi istifadə etmək istəyən qüvvələr də məlumdur.

Müqavilə olsa da, olmasa da, Azərbaycan sülh istəyir. Əgər müqavilə Azərbaycanla yanaşı Ermənistana da lazımdırsa, prezident İlham Əliyevin də dediyi kimi, beynəlxalq prinsiplərə uyğun şəkildə imzalanacaq, əks halda imzalanmayacaq. Dediyimiz kimi, Azərbaycana müqaviləli, ya müqaviləsiz, istənilən halda sülhun özü lazımdır, quruca sözü deyil. Kimlərsə Ermənistan rəhbərliyini yenidən revanşa qalxıb nəticə əldə edəcəyinə inandırıbsa, deməli, onu və xalqını aldadıb. Bundan əvvəl qonşu xalqı aldadıb Azərbaycanla müharibəyə sövq etmişdilər. Nəticəsi: Ermənistanın məğlubiyyəti!

Yenidən həmin xalq və onun dövləti eyni yanlışa düşəcəksə, indikindən də betər duruma düşəcək. Çünki Azərbaycan əvvəlki Azərbaycan deyil...

Bahəddin Həzi, Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru