"Qarabağ"ı ciddi rəqib kimi qəbul etməliyik - "Bayer 04"ün baş direktoru
Tarix: 23-02-2024, 16:39 |
Çap et
Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu “Bayer 04” klubunun baş direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olmaları barədə danışarkən deyib.
Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığını xatırladıb: "Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. "Qarabağ"la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var".
Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.