Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq .....                     NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb .....                     "Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." .....                     “Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” .....                     Gürcüstanda yeni nazirlik yaradıldı .....                     Bayden Messiyə “Azadlıq” medalı verəcək .....                     "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm" .....                     Tehran Əsədi qoruya biləcək? .....                     Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? .....                     Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... .....                     Deputatlara keçən ildən "miras qalan" .....                     Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır .....                     Varşavadan mesaj: .....                     Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək .....                     AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir .....                     "Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində .....                     Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır .....                     Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… .....                     “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” .....                     Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib .....                     Ermənistanda milli qəhrəman həbs edilib .....                     2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri .....                     “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, .....                     "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" .....                     Akopyan həmin oteldə 3 min manata qalıb? .....                     Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib .....                     İrəvan ordusunu "süni intellekt"li etmək istəyir .....                     Azər Baxşəliyevin həyat yoldaşı: .....                     Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək? .....                     AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: .....                     Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! .....                     Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? .....                     "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” .....                     Bayden korrupsiyada günahlandırılır .....                     Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib .....                     Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı .....                     Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib .....                     Bakı həbsxanasında .....                     “Söz versələr də etmədilər, küsdü..” .....                     İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR .....                 

Ermənistan İranı aldatdı: Molla rejimi günahkarı tapıb - Azərbaycandır
Tarix: 23-02-2024, 16:17 | Çap et
Ermənistan İranı aldatdı: Molla rejimi günahkarı tapıb
Azərbaycan-Ermənistan sülh danışıqlarının intensivləşməsi, daha əvvəl sərhəddə yaşanmış gərginlik İran tərəfdən diqqətlə izlənilir. İran prezidenti İbrahim Rəisi Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə deyib ki, İran problemlərin həlli bəhanəsi ilə regionda xarici mövcudluğa qarşıdır. O əlavə edib ki, kənar tərəflərin regional problemlərə qarışması böhrana son qoymur, əksinə daha ciddi problemlərə gətirib çıxaracaq. Bunu Ermənistana xəbərdarlıq kimi qiymətləndirən bəzi müşahidəçilər İrəvan və Tehran arasında münaqişə də proqnozlaşdırırlar.

Lakin Ermənistanın və Qərbdəki erməni lobbisinin İran üçün əhəmiyyətini, İranın Avropa və Rusiya ilə yükdaşımalarını şaxələndirmə siyasətini, eləcə də “Şimal-Cənub” dəhlizinin çıxış ölkəsi olan Hindistanın Ermənistanda maraqlı olmasını nəzərə alsaq, belə ciddi münaqişəni bəri başdan istisna etmək lazım gəlir.

Amma İran tərəfinin mövcud Paşinyan hökumətindən narazılıqları yetərincədir. İran tərəfi hesab edir ki, I Qarabağ savaşından üzü bəri Ermənistana verdiyi ciddi dəstəyin müqabilində indi Rusiyanın tədricən bölgədən, o cümlədən Ermənistandan geri çəkilməsi onun üçün fürsət yaratmalı, boşalan yeri o öz iştirakı ilə doldurmalıdır. Paşinyan hökumətinin açıq qərbçi siyasəti, Avroatlantik strukturlara can atması, Aİ müşahidəçilərinin Ermənistan-İran sərhədi boyunca da yerləşdirilmə ehtimalı Tehranı qıcıqlandırır. Lakin nədənsə İran KİV-ləri Paşinyan hökumətinin və ya Ermənistanın deyil, daha çox Azərbaycanın əleyhinə kökləniblər.

“Hammihanonline” xəbər verir ki, beynəlxalq hüquq professoru, Avrasiya məsələləri üzrə analitik Əhməd Kazemi, Ermənistan parlamentinin müxalif deputatları Lilit Qalestyan və Tiqran Abramyanın iştirakı ilə ötən bazar günü Tehrandakı Erməni İctimai Birliyində “İran və Ermənistanın milli təhlükəsizliyi təhdidlər və regional və qeyri-regional münaqişələr kölgəsində” adlı seminarı keçirilib. Tehran Universitetinin Qafqaz Araşdırmaları Fondu, Tərcümə İnstitutu və Müasir Dünya Araşdırmaları İnstitutu tərəfindən təşkil olunmuş seminarda Ə.Kazemi “Qafqaz və Qərbi Asiya böhranı qarşısında İranın milli təhlükəsizliyi Türkiyə, Azərbaycan, sionist rejim və NATO oxu qarşısında” mövzusunda çıxış edib. O deyib ki, İran və Rusiya arasında iki savaşda “Qafqazın bölünməsi” zamanı 200 min iranlı şəhid olub (söhbət Qızılbaş-Rusiya savaşlarında həlak olan azərbaycanlılardan gedir-C.Q) həmçinin İranın mifoloji və mistik ədəbiyyatında Qafqaz və Qaf dağları haqda nümunələri xatırladıb. Kazemi qeyd edib ki, İran, Çin və Rusiya üzərində formalaşan yeni nizama keçidi pozmaq üçün Qarabağ münaqişəsi vasitəsilə Qafqazda və Mərkəzi Asiyada geosiyasi dəyişiklik yaratmaq məqsədilə anglo-sakson ittifaqın (NATO-nun) sifarişi etdiyi böyük planı icra olunur.

Kazemiyə görə, II Qarabağ müharibəsindən (2020) sonra Qafqazda baş verən hadisələr tarixi anti-İran impulsları yaratmaq cəhdidir. Geosiyasi qəsdin iştirakçıları Türkiyə, Azərbaycan Respublikası və sionist rejimdir, təşkilatçı isə NATO-dur (əsasən İngiltərə): “Sionist rejimin əsas rolu regionda etnosentrizm və separatizmin dəstəkləməkdir. Moskvanın davamlı səhvləri nəticəsində Qafqazda rus nizamının ölümünə, Əliyev və Paşinyanın anqlosaksonizmin təbliğində bir-birini tamamlayan roluna da diqqət çəkmək lazımdır”.

Tiqran Abramyan “Ermənistanın xarici siyasəti kursunun dəyişdirilməsi və Türkiyə ilə münasibətlərin tənzimlənməsi” mövzusunda çıxış edib: “Ermənistanın xarici siyasətində dəyişikliklər 2018-ci ilin mayında baş verib. Bu ölkədə gedən daxili siyasi proseslər nəticəsində hakimiyyətə gələrək yeni prioritetlər müəyyən edən yeni hakimiyyət Ermənistanı kifayət qədər çətin vəziyyətə salıb. Bu dəyişikliklər mahiyyət etibarilə Qərblə Rusiya arasında seçimlə bağlı deyil, daha dərin xarakter daşıyır və yeni müstəqillik əldə etmiş Ermənistanın münasibətlərdə olduğu bütün ölkələrlə münasibətləri narahat edir. Məsələ Şimalın və ya Qərbin təqdim etdiyi ideyaların Ermənistana uyğun olmasında deyil, problem bu və ya digər dəyişikliyin arxasında dəqiq hesablamanın olub-olmaması, ən əsası isə Qərblə Rusiyanın seçimlərinin və ya qərarlarının üst-üstə düşməməsindədir.”

O deyib ki, İranda yaşayan ermənilərin İran cəmiyyətinə ciddi inteqrasiyası, onların rolu və əhəmiyyətinin həm hakimiyyət, həm də xalq tərəfindən layiqincə nəzərə alınması iki qardaş xalq arasında həqiqətən də isti münasibətlərin ifadəsidir: “İran bizim təbii müttəfiqimizdir, onun Ermənistan və regionla bağlı məsələlərdə çox aydın mövqeyi var və İranla əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlar var”.

Digər erməni parlamentari Lilit Qalestyan “Ermənistanın daxili siyasəti və mövcud böhrandan çıxmaq üçün lazımi tədbirlər” mövzusunda çıxışında da qeyd edib ki, hazırkı müharibə (2020-ci il və sonrakı) indiki rəhbərin əməllərinin nəticəsidir.

“Cahansanat” saytı isə “Azərbaycanın mübahisəli oyun tərzi” və onun İranın milli təhlükəsizliyinə təsirindən bəhs edir. Nəşr öz təhlilləri əsasında belə qənaətə gəlir ki, Azərbaycan bəzi sərhəd məntəqələrində hərbi əməliyyatlar keçirmək istəyir: ”Bu, cari gərginliyin artması riski yaradır, eyni zamanda regiondakı vəziyyət, onun nəticələri İranı da təhdid edə və Tehranı arzuolunmaz nəticələrlə üzləşməyə məcbur edə bilər. İranın Qafqaz qonşusu tərəfindən üzləşdiyi əsas təhlükələr arasında İsrailin bu ölkədə olması, Zəngəzur dəhlizi layihəsini başa çatdırmaq bəhanəsi ilə İran və Ermənistan arasında sərhəd bölgəsini işğal etmək qərarı kimi məqamlar var. Azərbaycanın hakimiyyət orqanları tərəfindən pantürkist ideyalarının təbliğ edilməsini də göstərmək olar”.

Xatırladılır ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və Ermənistanla ərazi mübahisələrində onu daima silah-sursatla təmin etməklə və diplomatik dəstək verməklə “Azərbaycan siyasətçilərinin ürəyindəki mövqeyini” möhkəmləndirib: ”Lakin bu mövcudluq Azərbaycanın xeyrinə deyil. Onun yan təsirləri İran kimi qonşularına da təsir edib. İsrailin Cənubi Qafqazda mövcudluğu ilə İranın şimal-qərbində təhlükəsizliyi etibarsız və bəzən gərgin vəziyyətə düşüb, bəzi hallarda bu məsələ hətta iki qonşu arasında münaqişələrə səbəb olub”.

Daha sonra İsrailin İranın nüvə obyektlərinin fotolarını çəkmək üçün Azərbaycan ərazisindən qalxmış pilotsuz təyyarələrdən istifadə etməsi haqda çeynənmiş yalan təkrarlanır. Nəşr Azərbaycanın Zəngəzuru işğal etmək istəməsi haqda İran mediasının ənənəvi yalanlarını da yada salandan sonra bunun İran üçün fəsadlarına da toxunur. “Əvvəla, bu məsələ İranın tarixi və təbii sərhədlərini dəyişəcək və buna qarşı heç bir reaksiya olmasa, gələcəkdə istənilən tərəf İranın sərhədlərini dəyişə bilər. İkincisi, Ermənistan İranla Avropanın əlaqə yollarından biridir və sərhədin işğalı bu əlaqəni əngəlləyir. Üçüncüsü, Bakının bu illərdəki davranışını -məsələn, “öz torpaqlarını İrana qarşı təhlükəsizlik istismarı üçün” İsrailə verməsi və zaman-zaman ictimaiyyət qarşısında səslənən pantürk şüarları nəzərə alsaq, deməliyik ki, bu regional oyunçuya etibar etmək mümkün deyil. Görünür, bu ölkənin siyasi liderləri tarixi yaxşı oxumayıblar və ya unudublar ki, buralar çoxdan İran ərazisinə daxil olan torpaqlardır, İranın Azərbaycanın Qarabağ üzərində suverenliyinə dəstək verdiyini nəzərə alaraq Bakı hakimiyyəti yaxşı olardı ki, daha diqqətli olaydılar”. Sonda etiraf olunur ki, bəzi müsəlman ölkələri, o cümlədən İran müəyyən məsələlərdə Azərbaycana vaxtında və səmərəli dəstək versəydilər, İsrailin regiona təsirinin qarşısı alınardı.

Qafqaz məsələləri üzrə ekspert Səlahəddin Xediv isə “Iskanews”a müsahibəsində İlham Əliyevin andiçmə mərasimindəki çıxışına istinad edərək proqnozlaşdırıb ki, Bakı Türkiyəyə arxalanaraq öz ekspansionist və aqressiv siyasətini davam etdirəcək: “Əliyevin İranla bağlı siyasətində ciddi dəyişiklik görməyəcəyik”. Onun fikrincə, Azərbaycan Qarabağ müharibəsində qazandığı qələbələrdən sonra region ölkələrinə münasibətdə güc mövqeyindən davranır və Bakı bütün mübahisəli ərazilər geri alınana qədər “təcavüzkar siyasətini davam etdirəcək”.

Ekspert iddia edir ki, İranın Azərbaycanla problemləri əslində Bakının Cənubi Qafqazdakı aqressiv siyasətindən qaynaqlanır, xüsusən də bu ölkənin İsraillə xüsusi münasibəti Tehranla Bakı arasında gərginliyə səbəb olur: “Bu çıxışda Əliyevin əvvəlki siyasətinin bütün əlamətləri, xüsusən də onun “Türk dünyasından başqa ailəmiz yoxdur” dediyi hissə var idi”. O, Azərbaycanın İranda səfirliyini açmaq üçün hansı şərtləri olduğunu bilmədiyini deyib və qeyd edib ki, daha kiçik qonşumuz daha böyük qonşu ilə güc balanssızlığından əziyyət çəkəndə səfirlik açılacaq. Lakin indi şərtləri diktə etmək üçün üstün mövqedən çıxış edir. Bu sözlərin adi dildə açması odur ki, o, rəsmi Tehrana Azərbaycana təzyiq etməyi təklif edir.

Cəmaləddin Quliyev, siyasi ekspert










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azər Baxşəliyev evindən bu gün son mənzilə yola salınacaq
Bu gün, 06:29
NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb
Bu gün, 06:27
"Mən yazıb özümü pis edirəm, sizin vecinizə deyil..." - Nura Suri
Bu gün, 06:22
“Ermənistanı silahlandıran ABŞ-nin səmimiliyinə inanmaq çətindir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:19
Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
Bu gün, 00:09
Bayden Messiyə “Azadlıq” medalı verəcək
Bu gün, 00:07
"Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"
Dünən, 22:30
Tehran Əsədi qoruya biləcək? – Onun üçün ən təhlükəsiz ölkə...
Dünən, 22:27
Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 19:02
Polşanın AB-yə sədrliyi dövründə Azərbaycan-Ermənistan... - GƏLİŞMƏ
Dünən, 19:00
Deputatlara keçən ildən "miras qalan" qanun LAYİHƏLƏRİ
Dünən, 18:10
Berbok və Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır -ŞƏRH
Dünən, 18:03
Varşavadan mesaj: - “Məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir”
Dünən, 18:00
Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Dünən, 17:56
AZAL-ın təyyarəsinin dərc olunmuş eksklüziv fotoşəkilləri xarici müdaxilə olduğunu göstərir - “AnewZ”
Dünən, 17:49
"Baboş"un milyonçu fanatının ailəsi Canan adlı müğənniyə görə dağılmaq ərəfəsində - TƏFƏRRÜAT
Dünən, 17:26
Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Dünən, 16:16
Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Dünən, 16:13
“Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Dünən, 16:10
Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Dünən, 16:00
Ermənistanda milli qəhrəman həbs edilib
Dünən, 15:51
2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Dünən, 14:00
“Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Dünən, 13:58
"Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Dünən, 13:11
Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Dünən, 13:00
Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Dünən, 12:49
İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Dünən, 12:47
Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Dünən, 12:44
Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Dünən, 12:42
AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Dünən, 12:30
Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Dünən, 12:28
Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Dünən, 12:21
"Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Dünən, 12:20
Bayden korrupsiyada günahlandırılır
Dünən, 12:00
Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Dünən, 12:00
Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Dünən, 11:42
Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Dünən, 11:34
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Dünən, 11:31
“Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Dünən, 11:17
İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Dünən, 11:14
İYİ Partiya DEM heyətini qəbul etmədi
Dünən, 11:13
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Dünən, 11:11
Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Dünən, 11:07
Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Dünən, 11:06
Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Dünən, 10:47
Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Dünən, 10:38
“Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Dünən, 10:36
Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 10:33
Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Dünən, 10:29
Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Dünən, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru