Qarabağ erməniləri Azərbaycan Ordusunda?! - BU NƏDİ BELƏ?!
Tarix: 23-02-2024, 10:25 | Çap et
“Azərbaycan bir məsələ üzərində düşünməlidir ki, erməni əhalisinin Qarabağa qayıtması üçün mövcud şərait o qədər də rahat deyil. Rusiya sülhməramlılarının Qarabağdakı missiyasını davam etdirmək üçün əsaslar var”.
Rusiya Federasiyası Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin belə deyib. O qeyd edib ki, Rusiya sülhməramlılarının olması Qarabağda yaşayan ermənilərə tarixi və mədəni irsin qorunması ilə bağlı müəyyən təminat verəcək. Rusiyalı siyasətçi bildirir ki, Rusiya sülhməramlılarını bölgədən çıxarmaq lazım deyil.
O, həmçinin deyib ki, Qarabağ erməniləri geri qayıtmaq istəmir, çünki onlar Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar. Azərbaycan vətəndaşlığını qəbul etsələr, gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsi olarsa, Ermənistana qarşı döyüşməli olacaqları qorxusu var, çünki Azərbaycan Ordusuna çağırılacaqlar. Zatulin onu da bildirib ki, geri qayıtma şəraiti rahat olarsa, Qarabağın erməni əhalisinin müəyyən hissəsi geri qayıda bilər. Buna ümidlər var.
Qeyd edək ki, son bir neçə həftədə Rusiyanın müxtəlif ranqlı siyasətçiləri tərəfindən sülhməramlıların Azərbaycan ərazisində qalmasının vacibliyi haqda fikirlər səsləndirilməyə başlayıb. Erməni əhalisi amili sıradan çıxdığı üçün indi də Qarabağdakı erməni “tarixi” və dini abidələrinin mühafizəsi məsələsini gündəmə gətirirlər.
Bu, artıq rusların da ermənilərin geri qayıtmaq istəmədiklərinə əmin olmağa başlamaları sayıla bilərmi? Ermənilərin qayıdacağı halda çağırışçı yaşda olanların Azərbaycan Ordusunda xidmətə cəlb olunması realdırmı?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalma müddəti sona yaxınlaşdıqca, müddətin uzadılması üçün Rusiyanın ən müxtəlif variantlar axtarması müşahidə olunur və qarşıdakı zaman kəsiyində bu tendensiya daha da kəskin şəkil alacaq. Bu isə müəyyən gərginliklər meydana gətirəcək: “2024-cü il başlanandan bəri diqqət edirsinizsə, Rusiyanın Xarici İşlər Nazirliyi rəsmiləri, Dövlət Dumasının bəzi üzvləri, bir sıra siyasi ekspertləri tərəfindən sülhməramlıların Qarabağda qalmasının zəruriliyini əsaslandırmağa yönəlik bəyanatlar verilir. Bu bəyanatlar həmin şəxslərin şəxsi mövqeyi deyil. Onlara Rusiyanın hərbi-siyasi rəhbərliyinin mövqeyinin ictimailəşdirilməsi göstərişinin verildiyi şübhəsizdir. Rusiya çalışır ki, 2-3 min nəfər olsa belə, erməninin Xankəndinə qayıtmasına nail olsun. Ancaq rusiyalı siyasətçilərin son günlər açıqlamalarından belə qənaətə gələ bilərik ki, bu çalışmalar nəticə vermir, yəni ermənilər geri qayıtmaq istəmirlər. Ona görə də Rusiya indi başqa variantı ortaya atıb. Görürlər ki, ermənilərin Azərbaycan pasportunu qəbul etmək və geri qayıtmaq fikirləri yoxdur, indi də Qarabağdakı erməni "mədəni, dini abidələri"nin mühafizəsi məsələsini dövriyyəyə buraxmağa başlayıblar. Son bir ayda Rusiyadan verilən açıqlamalarda məhz bu məsələnin üzərində dayanma meylləri müşahidə olunur. Rusiya Qarabağda sülhməramlı kontingentinin qalma müddətinin uzadılması üçün “erməni mədəni irsi, dini abidələri”ni qorumaq bəhanəsini ortaya atır. Guya hərbi kontingentinin qalması üçün əsas olduğunu iddia edirlər. Konstantin Zatulinin son açıqlamasından da bu, açıq-aydın görünür".
Ekspert vurğuladı ki, Azərbaycan ərazisində istənilən millətə məxsus mədəni irsin, abidələrin qorunmasını Azərbaycan dövləti həyata keçirir. Bu, Azərbaycanın daxili işidir: “Azərbaycan tolerant ölkədir və heç bir millətin mədəni irsinə bizim ölkəmizdə hörmətsizlik edilmir. Eləcə də Qarabağda ermənilərin heç də qədim tarixi olmayan hansısa mədəni irsi, mədəni-dini abidələri varsa, Azərbaycan dövləti, onun müvafiq strukturları onların mühafizəsini təşkil edir. Burada heç bir problem yoxdur. Hətta müharibənin getdiyi dövrdə belə Azərbaycan hərbçiləri heç bir mədəni, dini abidəyə zərbə endirməyib, heç bir mədəni, dini abidə zərər görməyib. Bunu Rusiya sülhməramlı kontingenti də yaxşı bilir.
Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, nəinki mədəni dini abidələrin təhlükəsizliyinə təminat veririk, hətta vətəndaşımız olan erməni əhalinin də geri qayıdıb təhlükəsiz şəraitdə yaşamalarına şərait yaradırıq. Yəni bu həm də o deməkdir ki, ermənilər geri qayıdarlarsa belə, onların da təhlükəsizliyini hansısa kənar dövlətin hərbi kontingentinin qorumasına ehtiyac yoxdur, təhlükəsizliyi Azərbaycan dövləti, dövlətimizin müvafiq orqanları qoruyacaqlar. Digər vətəndaşlarımıza verilən hüquqlar erməni vətəndaşlarımıza da veriləcək. Odur ki, Rusiyanın sülhməramlı qüvvələrinin istər ermənilər geri qaytısa, istərsə də qayıtmasa, 2025-ci ildən sonra Azərbaycan ərazisində qalmalarına ehtiyac yoxdur. Əslində hətta bu gün də onlara ehtiyac qalmayıb. Sadəcə olaraq, Azərbaycan dövləti öz imzasına hörmət edən dövlət kimi 10 noyabr üçtərəfli bəyanatının şərtinə əməl edir və bu gün sülhməramlıların çıxması məsələsini qaldırmır. Zatulinin və onun kimi danışan rusiyalı siyasətçilərin o cür açıqlamaları Azərbaycanın daxili işlərinə qarışmaqdır. Azərbaycan dövləti onlara bu haqqı tanımayıb".
Ekspert qeyd etdi ki, əgər ermənilər Azərbaycan dövlətinin vətəndaşı olmağı qəbul etsələr, onlara Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportu veriləcək: "Bundan sonra isə həmin vətəndaşlar dövlətimizin verdiyi hüquqlardan istifadə edəcəklər, həm də vətəndaş olaraq üzərlərinə məsuliyyətlər də düşəcək. Necə ki, digər vətəndaşlarımız milli mənsubiyyətindən asılı olmayaraq o məsuliyyətlərdən biri olan hərbi xidməti keçirlər, həqiqi hərbi xidmətə yaşı çatmış erməni vətəndaşlar da bir müddət sonra hərbi xidmət keçməli olacaqlar. Lakin bu tez bir zamanda olmayacaq. Məlum hadisələrə görə uzun müddət adaptasiya prosesi gedəcək. Ona görə də ermənilər uzun müddət hərbi xidmətə cəlb edilməyəcəklər. Uzun bir zaman kəsiyindən sonra hərbi qulluq edəcəklər. Hansısa proqram qəbul oluna bilər ki, onlar bir müddət əsas döyüşən hərbi hissələrin sırasında xidmət keçməsinlər”.
R.Məhərrəmov daha bir məsələyə də diqqəti cəlb etdi: “Rusiya, Fransa və bəzi başqa dövlətlərin təmsilçiləri açıqlamalarında yenə də Xankəndi şəhərini mərkəz kimi təqdim edirlər. Bu da yolverilməzdir. Çünki Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud deyil və avtomatik olaraq onun mərkəzi də ola bilməz. Xankəndi də Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Mingəçevir, Yevlax və digər Azərbaycan şəhərləri kimi şəhərdir, onlardan fərqli hansısa mərkəz statusu yoxdur. Xankəndinin digər şəhərlərimizdən fərqli hansısa əlahiddə statusu yoxdur ki, ölkənin siyasətçiləri, rəsmiləri Xankəndini mərkəz olaraq təqdim etsinlər. Azərbaycan qanunlarında Xankəndinin mərkəz statusu yoxdur. Ermənilər də Xankəndini mərkəz adlandırmaq adətlərindən əl çəkməlidirlər. Özlərini xam xəyallarla aldatmasınlar, 35 il separatizmin "paytaxtına" çevirdikləri Xankəndi artıq quldur yuvası deyil, Azərbaycan dövlətinin suverenliyinin bərpa olunduğu şəhərdir. Kim bu gözəl şəhərdə qayıdıb Azərbaycan vətəndaşı kimi dinc yaşamaq istəyirsə, buyursun, qayıtsın. Əks halda, başqa xəyallara düşəcəklərsə, elə o xəyallarla da Ermənistanda və başqa ölkələrdə qalıb yaşamalı olacaqlar".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00 |
|
|
|
• “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
|