Sosial yardıma müraciət etdi, adaşının maşınına görə “rədd” CAVABI ALDI... - BU NƏDİ BELƏ?!
Tarix: 25-01-2024, 13:06 | Çap et
 Cəlilabadın Şabanlı kənd sakini Sadıqov Asif Nadir oğlu maraqlı halla üzləşib.
Bizim.Media-nın yerli bürosuna müraciət edən Asif Sadıqov bildirib ki, özünün xəbəri olmasa da, onun adına olan maşın mövcuddur.
Deyir ki, sosial yardım almaq üçün müvafiq quruma müraciət edib və imtina cavabı alıb. Səbəb kimi isə mülkiyyətində nəqliyyat vasitəsinin olduğu bildirilib.
Ömründə avtomobili olmayan, avtomobil idarə edə bilməyən, A.Sadıqovun adınaa BDYPİ-nin sistemində “Niva” markalı avtomobil görünür.
Asif deyir ki, 2022-ci ildə Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sosial yardım almaq üçün müraciət edib:
“Mənə dedilər ki, sən sosial yardım paketinə düşmürsən, adında “10 EX 629” dövlət nömrə nişanlı “Niva” markalı avtomobil var”.
Müsahibim deyir ki, bu günə qədər avtomobillə bağlı ona hər hansı cərimə bildirişləri belə gəlməyib:
“Amma nədənsə mən ünvanlı sosial yardım almaq üçün müraciət edəndə mənə imtina gəlir”.
Məsələyə aydınlıq gətirmək üçün Asif müvafiq qurumlara müraciət edib. Araşdırma zamanı məlum olub ki, əslində sözügedən “Niva” markalı avtomobil Bakı şəhəri Nəsimi rayonu, Rəsulzadə küçəsində yaşayan Sadıqov Asif Nadir oğluna məxsusdur.
O, problemi həll etmək üçün Lənkəran Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən adına nəqliyyat vasitəsinin olmaması barədə arayış alaraq nazirliyin sisteminə yerləşdirib. Amma məsələ yenə də həllini tapmayıb. Sənədlərin müddəti bitdiyi üçün Asif eyni məzmunlu təmizlik arayışını yenidən alsa belə, problem olduğu kimi qalıb.
İki ildir ki, Asif Sadıqov heç kimi maşını olmadığına inandıra bilmir.
Deyir ya maşınımı versinlər, ya da sosial yardımı...
Məsələ ilə bağlı ƏƏSMN-dən soğrumuza cavab olaraq bildirildi ki, Cəlilabad rayon sakini Sadıqov Asif Nadir oğlunun ünvanlı dövlət sosial yardımı ilə bağlı 2023-cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə müraciətlərinə elektron sistem tərəfindən imtina verilib:
“İmtinalara səbəb Asif Sadıqovun vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi və muzdlu işlə əlaqədar gəlirlərini təsdiqləyən MDSS ödənişlərinin olmaması olub. Bu ilin yanvarın 10-da ailə ünvanlı dövlət sosial yardımı ilə bağlı yenidən elektron qaydada müraciət edib. Bu dəfə elektron sistemdə Asif Sadıqovun adına nəqliyyat vasitəsi çıxdığına görə müraciətə imtina verilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən şəxsin adında və ya istifadəsində nəqliyyat vasitəsi olduqda ünvanlı sosial yardım təyinatından imtina edilir. Hazırda vətəndaşın müraciətinə elektron qaydada baxılır, qısa müddət ərzində bununla bağlı müvafiq qərar qəbul ediləcək”.
Mövzunu diqqətdə saxlayacağıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var - ŞOK DETALLAR
Bu gün, 08:00 |
|
|
|
| • "Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA
Bu gün, 07:58 |
|
|
|
| • Prezident onlara yeni şans verdi... onlar isə... - AKTUAL
Bu gün, 07:56 |
|
|
|
| • “Azərbaycanda institusional islahatlar dərinləşir” - İNCƏLƏMƏ
Bu gün, 07:54 |
|
|
|
| • Manatın məzənnəsi haqda anons verildi - Mühüm xəbər
Bu gün, 07:52 |
|
|
|
| • “Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” – Məğlubiyyətindən xilasa doğru?
Bu gün, 07:49 |
|
|
|
| • "Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" - ETİRAZ
Bu gün, 07:47 |
|
|
|
| • Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…
Bu gün, 07:43 |
|
|
|
| • Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib - RƏY
Bu gün, 07:40 |
|
|
|
| • Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər - Getman
Bu gün, 07:38 |
|
|
|
| • “Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11 |
|
|
|
| • Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08 |
|
|
|
| • Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00 |
|
|
|
| • Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57 |
|
|
|
| • Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44 |
|
|
|
| • Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39 |
|
|
|
| • Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36 |
|
|
|
| • “Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32 |
|
|
|
| • “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28 |
|
|
|
| • 8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24 |
|
|
|
| • Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20 |
|
|
|
| • Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Dünən, 17:17 |
|
|
|
| • Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Dünən, 17:08 |
|
|
|
| • İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Dünən, 17:04 |
|
|
|
| • Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01 |
|
|
|
| • “Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Dünən, 16:58 |
|
|
|
| • Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Dünən, 16:56 |
|
|
|
| • Ramiz Mehdiyevə görə hədəfə çevrildilər – Araşdırmalar başlaya bilər
Dünən, 16:54 |
|
|
|
| • Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir - ŞƏRH
Dünən, 16:50 |
|
|
|
| • Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil - AKTUAL
Dünən, 16:45 |
|
|
|
| • “Məni əxlaqsız kimi tanıtmaq istədi” - Model videoya aydınlıq gətirdi
Dünən, 16:41 |
|
|
|
| • Hərbi prokurora böyük köməkçi təyin edildi - ƏMR
Dünən, 16:37 |
|
|
|
| • Paşinyan– Köçəryan insidenti - Gərginlik yox idi, siz sadəcə başlıq axtarırsınız
Dünən, 16:32 |
|
|
|
| • Şahin Bağırov PLANI DOLDURA BİLMİR... - Maliyyə Nazirliyi məlumat yayıb
Dünən, 16:27 |
|
|
|
| • Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb - Ermənistan KİV
Dünən, 16:26 |
|
|
|
| • Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:21 |
|
|
|
| • Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Dünən, 15:16 |
|
|
|
| • "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Dünən, 15:11 |
|
|
|
| • Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Dünən, 15:09 |
|
|
|
| • Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Dünən, 15:05 |
|
|
|
| • Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Dünən, 14:57 |
|
|
|
| • Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Dünən, 14:51 |
|
|
|
| • Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Dünən, 14:48 |
|
|
|
| • “Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Dünən, 14:45 |
|
|
|
| • `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Dünən, 14:40 |
|
|
|
| • Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Dünən, 14:32 |
|
|
|
| • Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Dünən, 14:31 |
|
|
|
| • Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Dünən, 13:29 |
|
|
|
| • Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Dünən, 13:10 |
|
|
|
| • "Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Dünən, 13:05 |
|
|
|
|