Bu deputat danışmır, ancaq şəkil çəkdirir .....                     "Günlərlə su üzünə həsrət qalırıq..." .....                     Şölədən SƏRT REAKSİYA .....                     Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır .....                     Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... .....                     “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... .....                     Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq .....                     Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir .....                     Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb .....                     İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada .....                     Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? .....                     “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir .....                     Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... .....                     Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu .....                     "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" .....                     Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər .....                     Muxtar Babayevin yerinə KADR TAPILMIR? .....                     "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" .....                     “NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub .....                     Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib .....                     Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb .....                     Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib .....                     “Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək .....                     Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir .....                     Məşhur şirkət problemlə üzləşib .....                     İcra başçıları üçün çətin sınaq .....                     Bakı-Moskva arasında indi də logistika böhranı? .....                     Tovuzda təhsil sistemi bərbad gündə imiş .....                     Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... .....                     Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var .....                     "Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" .....                     Prezident onlara yeni şans verdi... onlar isə... .....                     “Azərbaycanda institusional islahatlar dərinləşir” .....                     Manatın məzənnəsi haqda anons verildi .....                     “Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” .....                     "Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" .....                     Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari .....                     Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib .....                     Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər .....                     “Bu, baş versə idi, Ermənistan olmayacaqdı” .....                 

'20 kiloqramlıq quzunun birini 240 manata güclə satdım' - NARAZILIQ VAR...
Tarix: 22-12-2023, 15:27 | Çap et
'20 kiloqramlıq quzunun birini 240 manata güclə satdım'
"Heyvandarlıqla da yaşamaq olmur daha. Biri 210 manatdan 40 baş quzu almışdım. Otunu, yemini, dərmanını, baytar xərcini, bazara gediş-gəliş pulunu hesablayanda 3 min manatdan artıq ziyan elədim. Sonra da aşağı qiymətə satası oldum", - bu sözləri AzadlıqRadiosuna heyvandarlıqla məşğul olan Hüseyn Əliyev söyləyir.

Üç övladını heyvandarlıqdan qazandığı pulla böyüdüb oxutduğunu deyən H.Əliyev yaşadığı Bərdə rayonunda son aylar heyvan bazarında durğunluqdan narazıdır: "Beş aya yaxın xərc çəkib birtəhər saxladım, sonra gördüm alınmır. 20 kiloqramlıq quzunun birini azı 330 manata satmalı olduğum halda, 240 manata güclə satdım".

28 il qoyun-quzu alveri ilə çörəkpulu qazanan fermer özünü inək-camış satışında sınamaq istəyib. Bazarda xırdabuynuzluların diri çəkidə satış qiymətində 100 manat, iribuynuzlu heyvanlarda isə 150-200 manat azalma olduğunu deyir: "Kredit ilə 6 min manat götürüb (dörd böyük, bir balaca) camış heyvanı almışam. Halbuki o heyvanın qiyməti əvvəlki aylar 850-900 manat idi, indi ucuzlaşıb 690 – 700 manat olub. Yəqin ki, satanda da ucuz satacam. Bir heyvanın müalicəsinə ildə 50-60 manat pul xərclənir. Dərmanlar bahalı, əvvəllər İrandan gətirmək olurdu ucuz qiymətə, indi o da alınmır".

İdxal da artır, yonca qiyməti də
Göyçayda heyvandarlıq təsərrüfatı ilə məşğul olanlar da eyni problemi dilə gətirirlər. Rayon sakini Həsən Məmmədov danışır ki, regionlarda ot və yem məhsullarının qiymətində artım var, bu da onların xərclərini çoxaldır.

"Bu gün yoncanın bağlaması 7 manatdan bahadır, yay boyunca, sentyabrda 5 manat idi. Hər il min bağlama ot alıram. Quraqlıq ota da təsir göstərdi, əvvəllər hektara 300 bağlama çıxardı, indi 60 bağlama güclə çıxdı. Bu da qiyməti qaldırdı və qaldıq pis durumda. Bir tərəfdən də Rusiyadan, Gürcüstandan iri və xırdabuynuzlu heyvanlar gətirilir, bu bazar ancaq onlar üçündür", - Məmmədov deyir və idxal edilən heyvanlara görə yerli sort heyvanlarını heç öz qiymətinə belə sata bilmədiyini əlavə edir: "Hamının heyvanını alıb kəsmirlər, kiçik məntəqələr ucuz alır, sərf etmir, böyük məntəqələr isə hər adamdan almır. Bu sahədə də monopoliya baş alıb gedir".

Nisyə dəftərindəki heyvanlar
"Əksər fermerin nisyə dəftəri var, qəssab heyvanı nisyə alır, ətini satdıqca ödəyir", - bunu isə Şamaxıda heyvanlarını bazara çıxaran fermer Əyyub Rəhimov söyləyir. O da gəlirlərinin azaldığını qeyd edir: "Mən heyvan satıb qazanaraq evlənmişəm, sonra qızımı gəlin köçürmüşəm. İndi isə bu aydan o birinə necə keçəcəyimin dərdini çəkirəm. Hazırda rayonda mal və qoç ətinin qiyməti 15-16 manata, quzu əti 17-18 manatadır. Heyvan bazarına çıxarılan heyvanların isə kiloqramını diri çəkidə 2-3 manat ucuz satırlar".

Rəhimov əlavə edir ki, ətin bahalaşması diri heyvanın bahalaşmasından qaynaqlanmır, əksinə, qiymətlər enməkdədir.

Rəqəmlər nə deyir
Dövlət Statistika Komitəsinin bu ilin oktyabrında yaydığı informasiyaya əsasən, ölkədə iribuynuzlu heyvanların sayı 2 milyon 533.1 min baş olub. Xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 223.2 min baş təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4.3, xırdabuynuzlu heyvanların sayında isə 8.9 faiz azalma var.

Bu ilin yeddi ayında ölkəyə 51 milyon 224 min dollarlıq diri heyvan idxalı reallaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 29 milyon 420 min dollar təşkil etmişdi. Yəni, ötən illə müqayisədə artım 74 faizdən artıqdır.

Bu ilin yanvar - oktyabr aylarında Azərbaycan xaricdən mal əti idxalını da 93.3 faiz artırıb.

Diri heyvan idxalında Azərbaycan üçün iki əsas bazardan biri Rusiyadır. Hazırda Rusiyada inflyasiya sürətlənib. İyulda qoyun ətinin istehsalçı qiymət indeksi iyunla müqayisədə 21.3 faiz artıb. Pərakəndə satışda isə qoyun əti cari ilin birinci yarısında 9.7 faiz bahalaşıb. Bu da onu deməyə əsas verir ki, Rusiyadan diri qoyun idxalı bahalaşacaq.

Bazarın təhlili
Heyvanların sayının azalması və qiymətinin aşağı düşməsinə baxmayaraq, rayonlarda əhalinin əksər hissəsi ətin qiymətindən narazıdır. Bir çox bölgədə mal ətinin satış qiyməti 12-16, qoyun və quzu əti 15-19 manat arası dəyişir. Ət son iki ildə ən çox bahalaşan malların sırasındadır. Təhlillərə əsasən, bahalaşmaya ilk öncə ölkə üzrə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalması səbəb olur. Azalmaya da ilkin səbəb yemin bahalaşması hesab olunur.

Rayon bazarlarında soraqlaşdığımız fermerlər son 10 ildə yemin qiymətində növündən asılı olaraq iki-beş dəfə arası artım olduğunu söyləyirdi. Həm rəsmilər, həm də fermerlər ölkədə örüş və otlaq sahələrin azalmasını əkin sahələrinin genişlənməsi ilə bağlayırlar. Statistikalar onu deməyə əsas verir ki, son illər təyinatından asılı olmayaraq əkinə yararlı bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur. Otlaq sahələrinin azalması kəndlinin mal-qara saxlamasını çətinləşdirir və sayını azaldır. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir.

Çəkisinin çoxalması üçün mal-qaraya verilən yemin tərkibinə daxil olan komponentlər də xaricdən idxal olunur.

Rəsmilər nə deyir
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, heyvan bazarları, eləcə də ət kəsimi məntəqələrində qiymətləri onlar özü təyin edir, bununla bağlı nazirlik mövqe verə bilməz.

"Ümumiyyətlə, nazirlik qiymət müəyyənləşdirən tərəf deyil. Kənd təsərrüfatı məhsullarının istehsalını subsidiyalaşdıran qurumuq. İdxal və ixrac proseslərini də Kənd Təsərrüfatı Nazirliyi həyata keçirmir, digər qurumların işidir. Bazarda monitorinqi ancaq İqtisadiyyat Nazirliyinin qurumları apara bilər", - qurumdan bildirilib. KTN-dən o da deyilib ki, ölkədə on mindən çox ət kəsimi məntəqəsi var.

İqtisadiyyat Nazirliyindən qiymətlər ilə bağlı monitorinqlər keçirilibmi, AzadlıqRadiosu bunu qurumdan öyrənə bilməyib.

Heyvandarlıqla məşğul olanlara subsidiya verilmir, lakin süni mayalanma ilə doğulan hər buzova görə 100 manat yardım edilir. Dövlət kənd təsərrüfatına güzəştli kreditlər də ayırır, kəndli bundan yararlanmaq üçün təsərrüfatı ilə bağlı bilgiləri "Aqrar Kredit və İnkişaf" Agentliyinə təqdim etməlidir. Lakin fermerlər bu təklifdən heç də həmişə yararlana bilmirlər. Onlar AzadlıqRadiosuna həm uzun çəkməsindən gileylənir, həm də bunun sərfəli olmadığını deyirlər.

"Yem və ot tədarükü artırılmalıdır"
Kənd təsərrüfatı üzrə ekspert Lalə Çinarlının sözlərinə görə, iri heyvandarlıq təsərrüfatlarının bəziləri artıq öz fəaliyyətlərini dayandırıb. O deyir ki, bugünkü şərait perspektivdə bu sahədə qiymətlərin daha da bahalaşması ilə özünü göstərəcək. Mütəxəssisin fikrincə, ət qıtlığı gözlənilməsə də, artıq həyəcan siqnalının zamanıdır.

L.Çinarlı istehsalçıların bazara çıxışını asanlaşdırmağı, intensiv yemləmənin təşkilini vacib sayır: "Yem və ot tədarükü artırılmalıdır. Məsələn, 3 milyon ton şirəli yemə ehtiyac var, amma cəmi 3 min ton istehsal olunur. Əvvəla, dövlət yem bazaları yaratmalıdır, şirəli yem və ot istehsalı artmalıdır ki, qiymət ensin. Rayonlarda ailə fərdi təsərrüfatlarında heyvandarlığın inkişafı üçün müəyyən stimullar yaradılmalıdır. Məsələn, fermerlərin növbəli olaraq öz heyvanları iri ət kəsimi məntəqələrinə verməsi, qaldıqları rayon və qonşu rayonlardakı ət ehtiyacının xaricdən gələn heyvanlar yox, yerli məhsullarla qarşılanması üçün sistem qurulmalıdır. Yəni, zəncirə qoşmaq lazımdır".

Onun digər təklifi 2020-ci ildən Azərbaycanın nəzarətinə qaytardığı Qarabağ regionunda yararlı torpaqların ailə fərdi təsərrüfatlarına verilməsidir. Elə Kənd Təsərrüfatı Nazirliyi, digər hökumət rəsmiləri də bu sahənin Qarabağda inkişaf etdiriləcəyini deyirlər.

Fermerlər isə çörəkpuluna görə yurd-yuvalarını tərk etmək istəmirlər. "Mən burada böyümüşəm, qoy burada da ölüm, elə şərait yaradılsın, bir tikə pulu burada qazana bilək. Kim də istəyər, Qarabağa gedər, amma ora gedənlərə də gərək buradakıdan yaxşı şərait yaradılsın", - bərdəli fermer H.Əliyev deyir.

Mənbə: AzadlıqRadiosu
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04
"Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00
Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58
Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54
Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
"Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17
“Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:12
Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir - Belə görünür...
Bu gün, 09:10
Məşhur şirkət problemlə üzləşib - Səhmdarların təcili yığıncağı çağırılıb
Bu gün, 09:06
İcra başçıları üçün çətin sınaq - 4 mühüm tələb
Bu gün, 09:03
Bakı-Moskva arasında indi də logistika böhranı? - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Tovuzda təhsil sistemi bərbad gündə imiş - BU DA FAKT...
Bu gün, 08:57
Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... - Talıbovdan FƏRQLƏNMƏDİ
Bu gün, 08:54
Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var - ŞOK DETALLAR
Bu gün, 08:00
"Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA
Bu gün, 07:58
Prezident onlara yeni şans verdi... onlar isə... - AKTUAL
Bu gün, 07:56
“Azərbaycanda institusional islahatlar dərinləşir” - İNCƏLƏMƏ
Bu gün, 07:54
Manatın məzənnəsi haqda anons verildi - Mühüm xəbər
Bu gün, 07:52
“Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” – Məğlubiyyətindən xilasa doğru?
Bu gün, 07:49
"Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" - ETİRAZ
Bu gün, 07:47
Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…
Bu gün, 07:43
Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib - RƏY
Bu gün, 07:40
Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər - Getman
Bu gün, 07:38
“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11
Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08
Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44
Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36
“Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32
“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28
8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24
Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru