Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                     Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ .....                     Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir .....                     10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq? .....                     Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib .....                     Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir .....                     Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi .....                     Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub .....                     Əmrullayevin əmrindəki təhsilimiz... .....                     Zəfərin mübarək, Azərbaycan .....                     Həmin təyyarə ikinci əl imiş... .....                     "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" .....                     Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu .....                     “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub .....                     “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” .....                     “İndi meydanı veriblər Manafa” .....                     Nizami Rəmzinin qızına iş kəsildi .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb .....                     Rusiya qəribə hesabat yaydı: .....                     Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB .....                 

Naxçıvan FHN-nin rəhbəri dəyişdi... BƏS ONUN ETDİYİ CİNAYƏTLƏR? - “Başqa yolum qalmır, ya ölməliyəm, ya da…”
Tarix: 18-01-2023, 16:10 | Çap et
Naxçıvan FHN-nin rəhbəri dəyişdi... BƏS ONUN ETDİYİ CİNAYƏTLƏR?
Naxçıvan şəhər, Xok kənd sakini Səfərov Rəcəb Qoşnalı oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən haqsız yerə işdən çıxarıblar:

“Mən, Səfərov Rəcəb Qoşnalı oğlu, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan bir neçə vəzifəli şəxslər tərəfindən oyuna salınmışam. Murad Cabbarov adlı şəxslə ailəvi münasibətlərimiz olduğuna, ən çox da məcbur edildiyimə görə “Fövqəladə Hallar”da işlə təmin olunmaq istəyən şəxslərdən 10-15 min manat pul alıb Murad Cabbarova verirdim. O deyirdi ki, sənə də “hörmət” edəcəyəm.

Hər dəfə pul verib işə düzəlmək istəyənlərin əksəriyyəti problemsiz işlə təmin olunmuşlar. Axırıncı dəfə isə, əksinə oldu, işə düzəltmək adı ilə 10 nəfərdən işlə təmin edə və onlardan aldığım pulları geri qaytara bilmədim. Beləliklə, pul verən şəxslər məni tanıdıqlarına görə, hamısı mənim üstümə gəlir, pullarını istəyirdilər. Dəfələrlə bu haqda Murad Cabbarova məlumat verdim. Amma o, heç nə etmirdi, pulları qaytarmaq fikri yox idi.

10 nəfərdən 5-i işlə təmin olundu, qalan 5-isə yox.

Murad Cabbarovun soyuqqanlı davranışı məni qorxuya salırdı. 2022-ci ilin oktyabr ayında qərar verdim və Şamı Abdullayevin qəbuluna getdim. Şamı Abdullayev mənə dedi ki, heç yerə gedib şikayət eləmə, sakit ol, həll edərik. Bu zaman mənə aydın oldu ki, Murad Cabbarov məhz Şamı Abdullayevlə iş görürmüş.

Gözləməkdən fayda gəlmirdi, şikayətçilər pullarını istəyir, məni şikayət edəcəklərini deyirdilər. Amma onlardan qabaq mən özüm gedib nazirliyə şikayət etmişəm. Daha sonra prokurorluğa müraciət etdim, 6-7 ay istintaq getdi, dəfələrlə eyni izahatı verdim. Və son izahat zamanlar mənə prokurorluqdan bildirdilər ki, sənə 12 il iş düşür, əgər işinin azalmasını istəyirsənsə, bu işi tək törətdiyini boynuna al, işin aşağı salınsın. Dedilər ki, heç kəsin adını çəkmə, tək etdiyini bildir, səni şərti işlə azadlığa buraxaq.

Həmin vaxtı razı olmadım, amma sonradan əlacsız qalıb razılaşdım. Mənə dedilər ki, sənin ailə vəziyyətin də nəzərə alınacaq. Razılaşdım, boynuma aldım. Məhkəmədə hakim 5 il iş deyəndə başa düşdüm ki, məni aldadıblar. Üstəlik, mənə deyilən maddəni də vermədilər.

Beləliklə, 4 il 6 ay həbs cəzası verildi. Ondan sonra yoldaşım hər yerə şikayət etdi. Amma təəssüflər olsun ki, şikayətə baxılmadı. Naxçıvan MR Ali Məclisinə də şikayət etdik. Atadan qalma kənddə bir evim var idi, dövlət onu 20 min manata satdırdı və pullarını aldığım insanlara verdi. Bu işdə bir manat gəlirim olmamışdı, amma mən 20 min manat borc qaytardım. İlk mən şikayət etmişəm, amma zərərçəkən də mən olmuşam.

Hələ də 50-55 min manat borcum qalıb. Axı mən “yemədiyim” pulları necə ödəyim?! Üstümdə icbari iş var, heç bir idarə bu səbəbdən məni işlə təmin etmir. Zərərçəkənlər məni hədələyir, şikayət edəcəklərini qeyd edirlər. Bu iş Murad Cabbarov və Şamı Abdullayev tərəfindən mənim boynuma yıxıldı. Qardaşım, yoldaşım lazımi orqanlara müraciət etsələr də, şikayətə baxılmır. Hər kəs deyir ki, prokurorluq bu işə son verib. Mənim başqa yolum qalmır artıq, ya ölməliyəm, ya da həbsə girməliyəm. Pulum yoxdur ki, insanların pullarını qaytarım. Ailəmə baxa bilmirəm, uşaqlarımın qarşısında aciz qalmışam. Murad Cabbarova pul verdiyim otaqda kameralar olub, heç bir görüntünü çıxartmadılar ortaya. Hərbi prokuror qeyd edir ki, kameralarda heç bir görüntü yoxdur. Bəs görüntü yoxdursa, kamera niyə var?!

Bakıda Fövqəladə Hallar Nazirliyinə şikayət etdim. Mənə dedilər ki, bizim Naxçıvana gücümüz çatmır. Fövqəladə Nazirliyinin müavininə belə bir sual verdim ki, əgər siz baş idarəsinizsə, baş bədəni idarə edə bilmirsə, bəs sizin varlığınızın səbəbi nədir?

3 övladım var, yoldaşım psixi xəstədir, gəlir yerim yoxdur. Onlar deyən kimi, əgər bu pulları mən mənimsəmişəmsə evim, maşınım olardı, heç nəyim yoxdur. Atadan qalma evim var idi , onu da dövlət satdırdı, borca verdi.

Yoldaşım Naxçıvan Respublikası psixoloji dispanserdə qeydiyyatdadır. Oğlum asma braonxit xəstəsidir. Araşdırılma aparılsa bütün həqiqətlər ortaya çıxar. Yaxşı işçi kimi hər zaman fərqlənmişəm.

Naxçıvanda belə bir qanun var: “Günahkarı axtarmırlar, günahkarı təyin edirlər”. 6 ay istintaq davam etdi ki, mən o çətinliklərə dözə bilməyim və boynuma alım, belə də oldu. Hərbi prokurorluq da qeyd etdi ki, işimə davam edə bilərəm. Amma komandir məni ora yaxın qoymurdu. Hətta borc alıb əraziyə 800 AZN-ə çən almışdım, onun belə borcu hələ qalır.

Bir sözlə, sübutsuz hər cür şər-böhtana məruz qalmışam. Şamı Abdullayev nazir olan dövrdə tabeçiliyində olan mülki müdafiə alayında iki əsgər özünə qəsd etmişdir. Biri özünü asmış, digəri isə özünü qatarın altına atmışdır. Bu hadisələr haqqında nazir kimi ona heç bir cəza verilmədi, əksinə yüksək rütbə verildi.

Həmişə tədbirlərdə Vasif Talıbov Şamı Abdullayevi nümunə göstərək, “mənim ən sədaqətli nazirim” deyirdi. Vasif Talıbovun arxasında durduğu insana heç kəs heç nə edə bilməzdi. Bu işdə də Murad Cabbarov Şamı Abdullayevə, Şamı Abdullayev isə Vasif Talıbova arxalanıb bu qədər pulu mənim boynumda qoydular.

Şamı Abdullayevin çirkli əməllərindən biri də dövlət tərəfindən ölkə xaricinə (Ukrayna və Belarusiya ) təhsil üçün göndərilən işçilərə ayrılan 4 il müddətində 50 min manat məbləği Murad Cabbarovla birlikdə mənimsəməsidir.

Hər il idarələrin təmiri üçün işçilərdən pullar yığılır. Dövlət tərəfindən ayrılan məbləğ mənimsənilir. Mülki Müdafiə alayına ayrılmış dərman vasitələrini almırlar. Qış aylarında istiliyi 4 saatdan artıq yandırmaq qadağan edilir, soyuqda işlərinə davam edirlər.

Sizin redaksiyadan xahişim odur ki, bu məsələni işıqlandırasınız, bəlkə bu məsələyə də aydınlıq gətirələr”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//“Hürriyyət”//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Dünən, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Dünən, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Dünən, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Dünən, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Dünən, 15:48
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 15:44
“Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:39
“Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Dünən, 15:28
“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Dünən, 15:22
“İndi meydanı veriblər Manafa” - Xalq artisti
Dünən, 15:21
Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Dünən, 15:10
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Dünən, 15:08
“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Dünən, 14:50
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 14:47
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Dünən, 14:34
Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Dünən, 14:28
Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Dünən, 14:27
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Dünən, 14:24
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Dünən, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Dünən, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Dünən, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Dünən, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Dünən, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Dünən, 13:54
"Əməliyyatdan sonra qorxulu görünürdüm"
Dünən, 13:52
Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Dünən, 13:47
Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Dünən, 13:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru