13 uşaq atası olan narazı vətəndaş 470 saatdır ki, acdır
Tarix: 14-01-2014, 10:34 | Çap et
 DİA.AZ: - Günlərdir aclıq aksiyası keçirən Sabunçur rayon sakini Həsən Camalov daha bir müraciət yayıb. Müraciətin DİA.AZ-a daxil olan mətnində Sabunçu rayon icra hakimiyyətinin başçısından və eləcə də daha bir neçə yetkili şəxsdən giley-güzar var. Həmin müraciəti təqdim edirik:
“Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov televiziyada gördüklərindən narahat olaraq mənim və 13 övladımın halı ilə maraqlanıb, amma Sabunçu RİH-in başçısı Adil Vəliyevin bu günə kimi heç teli də tərpənməyib.
Bu gün internetdə, xəbər saytlarında "İcra hakimiyyətlərində təftiş qərarı" başlığı altında yazılar oxudum. Görəsən bu təftiş bizim Sabunçu rayonuna da gələcəkmi ? Bizim rayonda məmur özbaşınalığı tüğyan edir, vətəndaşın haq və hüquqları ayaqlar altındadır. Şəxsən məni, özümə-qəsd həddinə çatdırıblar artıq. Mənim və çoxuşaqlı ailəmin, haq və hüquqlarımızın pozulmasına etiraz aktı olaraq, budur 19 gündür ki, aclıq aksiyası keçirirəm.
Aclıq aksiyasına başladığım andan artıq 470 saat keçdi. Amma hələ də dövlət tərəfindən real bir reaksiya yoxdur. Azadlıq.org və Ans tv iç.xəbərdə verdiyim müsahibələr və yayımdan sonra, son 3-4 gün içində evimizə bitişik tikilmiş binanın bizlə üzbəüz olan qisminə təhlükəsizlik toru çəkdilər. 10 ay ərzində bunu etmədilər, başımıza tökülməyən daş-qalaq qalmadı, binanı tikib bitirdikdən sonra gözdən pərdə asmaq üçün bu tədbirə əl atdılar. O da, cənab Kəmaləddin Heydərovun evimizə göndərdiyi məmurun ziyarəti nəticəsində baş verdi. Hər şey olduğu kimi davam etməkdədir. Sabunçu icra hakimiyyətindən hələ də, heç kim bizimlə maraqlanmayıb. Qalan dövlət strukturları da həmçinin. Sanki, bu evdə aclıq aksiyasını keçirən bir topa milçəkdir. " Əşşi vızıldayıb vızıldayıb susacaqlar" deyib işlərinə davam etməkdədirlər. Hələ Ombudsman Elmira Süleymanovanı demirəm, görəsən Elmira Süleymanova hansı Ölkənin insanlarının haqlarının müvəkkilidir.
Dövlət rəsmilərinin bu laqeyidliyi məni hər şeydən çox əsəbləşdirir. Yəni bu dövlət məmurları, Prezidentimizin Azərbaycan vətəndaşı haqda dediklərini, dönə-dönə tapşırdıqlarını bu qulaqdan alıb o biri qulaqdan ötürürlər gedir ???
Fövqəladə Hallar Nazirliyindən gələn məmur, bizim evimizlə bağlı, Nazir general Kəmaləddin Heydərovun şəxsən göstəriş verdiyini bildirdi mənə. 7 yanvar axşamı keçirdiyim görüş zamanı bu mənə rəsmən bildirildi. Sevindim. Prezidentimiz İlham Əliyevə, nazir Kəmaləddin Heydərova ürəkdən xeyli alqış etdim. Ailəm də çox sevindi bu xəbərə. Amma qısa sürdü bu sevincimiz. O gün, mən o məmura, bizim haq və hüquqlarımız tam şəkildə bərpa olmayana qədər aclıq aksiyasını dayandırmayacağımı açıq və aydın şəkildə bildirdim.
O gündən tam 6 gün keçməsinə baxmayaraq, hələ də heç bir xəbər-ətər yoxdur. Amma keçən hər gün, hər saat mənim əleyhimə işləyir. Keçən hər dəqiqə mən bir az daha zəifləyirəm. Geri yolum yoxdur, bunun fərqindəyəm. İnanın ki, bu saatdan sonra istəsəm hər hansı bir qida qəbul edə bilmərəm, yalnız su. Əgər bu vəziyyətdən çıxası olsam, bunu nə cür edəcəyimi də bilmirəm. Artıq dünyanın heç bir naz-neməti gözümdə deyil. Tək fikrim zikrim, balalarımın haqqı olan evimiz, ayrı bir ünvanda, icra başçısı tərəfindən zəbt edilərək başqasına satılmış, amma bizə məxsus olan, torpağımız, tapdalanmış haqq və hüquqlarımızın bərpasıdır. Bilirsinizmi əziz həmvətənlərim, 13 bala böyüdənin ya malını əlindən al, ya canını al, bir fərq etməz, vallah eynidir.
Mən bu həqiqəti budur 10 aydır, nə icra başçısı Adil Vəliyevə, nə də müavini Şakir Alıyevə heç cür çatdıra bilmirəm. Məni başa düşmək istəmirlər. Amma mən onları çox gözəl başa düşdüyümü şəxslərinə bildirmişəm. Bu adamlar bu rayona pul qazanmağa gəliblər, bəs nə cür etsinlər ? Bir az səndən, bir ondan, bir az məndən, bir az mənim balalarımdan. Bir sözlə dama-dama göl olar misalı idarə edirlər, nə etsinlər, çox kasıbdırlar. O qədər kasıbdırlar ki, qalıblar mənim 13 balamın evinə, torpağına. Deyirəm, ay kişilər, halallıq yaxşı şeydir, etməyin-eləməyin, mən ölərəm amma balalarımın haqqını sizə yedirtmərəm. Mənə inanmırlar və qəbul etmirlər.
Hər şeydən uca olan Allaha xatir əlinizdən gələn köməyi bizdən əsirgəməyin. Mən indi tam anlamışam biçarə Zaur Həsənovun o günki halını. Çarələr tükəndiyində bir Ata övladlarının haqqı, gələcəyi və istiqbalı üçün ölümü belə gözə alar. O nöqtədə həyat və içindəıkilər tamamən dəyərini itirir, yalnız balalar. İnanın sözlərimə əzizlərim, mən bu hiss və duyğuları bu günlərdə yaşamaqdayam. Güc-qüvvət yavaş-yavaş məni tərk edir, amma hələ ki, ayaqdayam. Allah məni buna vadar edənlərə insaf versin, islah etsin, günahlarını bağışlasın. Nə deyim?”
Bütün tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı, İrəvan, Tiflis: - Kirayə haqqı harada daha yüksəkdir?
Bu gün, 18:00 |
|
|
|
• 10 manat kapitalı olan şirkət 213 milyon manatlıq tenderin qalibi olub - TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• Bakıda kütləvi söküntüdən sonra “qara günlər” başlayır? – Ekspert aydınlıq gətirdi
Bu gün, 17:53 |
|
|
|
• Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi - FOTO
Bu gün, 17:49 |
|
|
|
• Azərbaycanlı döyüşçü Rusiyada həbs edildi - FOTO
Bu gün, 17:45 |
|
|
|
• Azərbaycan Minsk Qrupunu birdəfəlik dəfn etdi: - Ancaq Rusiya yeni “Qafqaz yürüşü” planı qurur
Bu gün, 17:43 |
|
|
|
• Eldar Namazova da pul veriləcək - SİYAHI
Bu gün, 17:40 |
|
|
|
• Cərrah Zahid Zahidovun əməliyyat görüntülərini paylaşması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 17:38 |
|
|
|
• Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 16:01 |
|
|
|
• Tanınmış jurnalist “Xəzər TV”dən getdi - FOTO
Bu gün, 15:57 |
|
|
|
• ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb - "Bu onu göstərir ki..."
Bu gün, 15:48 |
|
|
|
• Tehran yenə dinc DAYANMIR – Əzizinin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Bu gün, 15:46 |
|
|
|
• “Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır - NARAZILIQ VAR...
Bu gün, 15:40 |
|
|
|
• Bu il partiyalara nə qədər pul ayrılıb? - Sədrlər AÇIQLADI
Bu gün, 15:38 |
|
|
|
• Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: - Region bu görüntüdən danışır
Bu gün, 15:33 |
|
|
|
• Krediti geri ödəyə bilmirik: NİYƏ? - AKTUAL
Bu gün, 15:31 |
|
|
|
• “Formula”ya görə dərslərin başlama tarixi dəyişir? - Rəsmi
Bu gün, 15:30 |
|
|
|
• Aİ Ermənistanda monitorinq missiyasını davam etdirəcək - Səfir AÇIQLADI
Bu gün, 15:25 |
|
|
|
• SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR! - Neftçilər adından ÇAĞIRIŞ!
Bu gün, 15:20 |
|
|
|
• “Akkord”un daha bir törəmə şirkəti borca düşdü
Bu gün, 15:13 |
|
|
|
• Azərbaycanda 9,5 milyon manatlıq şərab şirkəti ləğv edilir - 150 MİLYONLUQ ŞİRKƏTLƏ BİRLƏŞİR
Bu gün, 15:10 |
|
|
|
• Ukrayna üçün “Marşal planı” - 500 milyard dollar lazımdır
Bu gün, 15:07 |
|
|
|
• Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən blokladı - “AnewZ”
Bu gün, 15:04 |
|
|
|
• Tanınmış aktrisa qəzaya düşdü - FOTOLENT
Bu gün, 15:01 |
|
|
|
• İran Ermənistanı hədəf aldı -bu dəfə Zəngəzur dəhlizi üzərindən…
Bu gün, 14:57 |
|
|
|
• Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 14:55 |
|
|
|
• Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir - Overçuk
Bu gün, 14:54 |
|
|
|
• Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... - ÖZBAŞINA QALIB!!!
Bu gün, 14:33 |
|
|
|
• “Kriti Vüsal” həbs edildi - VİDEO
Bu gün, 14:18 |
|
|
|
• Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
Bu gün, 13:42 |
|
|
|
• Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... - əvvəllər olduğu kimi...
Bu gün, 13:30 |
|
|
|
• ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir - İNCƏLƏMƏ
Bu gün, 13:23 |
|
|
|
• Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... - TƏFƏRRÜAT
Bu gün, 13:16 |
|
|
|
• Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək
Bu gün, 13:13 |
|
|
|
• Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? - "Middle East Institute"
Bu gün, 13:11 |
|
|
|
• Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası – REPLİKA
Bu gün, 13:04 |
|
|
|
• Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir
Bu gün, 12:57 |
|
|
|
• Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... - ÇÜNKİ...
Bu gün, 12:42 |
|
|
|
• Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır - GÖZLƏNİLƏN İDİ...
Bu gün, 12:37 |
|
|
|
• Ermənistanda qalmaqal: - Bakı ilə Sülh Müqaviləsində xəritələrə istinad çıxarılıb?
Bu gün, 12:35 |
|
|
|
• Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... - ONA QALSA...
Bu gün, 12:33 |
|
|
|
• Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? - GƏLİŞMƏ
Bu gün, 12:29 |
|
|
|
• Rusiyadan Azərbaycan açıqlaması: - Bu, bizim üçün çox vacibdir
Bu gün, 12:26 |
|
|
|
• “İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” -DOSENT
Bu gün, 12:25 |
|
|
|
• Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək - SİYAHI
Bu gün, 12:19 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16 |
|
|
|
• “Azərbaycana qarşı İranla birgə “SVO” keçirə bilərik” - Solovyov yenə sərsəmlədi...
Bu gün, 12:13 |
|
|
|
|