Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                 

Gədəbəydə vəzifələr SATIŞA ÇIXARILIB? - Təzə başçı köhnə cığırla YÜRÜYÜR...
Tarix: 6-12-2022, 10:56 | Çap et
Gədəbəydə vəzifələr SATIŞA ÇIXARILIB?
Prezident İlham Əliyev 05 oktyabr 2021-ci il tarixdə İbrahim Ənvər oğlu Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzaladı və bu vəzifəyə 11 avqust 2022-ci il tarixdə Orxan Çingiz oğlu Mürsəlov təyin olundu. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunana kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında məsul vəzifə sahibi olur. Buradan görünür ki, təqribən bir ilə yaxın müddət ərzində Gədəbəy rayonunda icra başçısı vəzifəsini müavin icra edir və ötən bir ilə yaxın müddət ərzində əksəriyyətin nəzər-diqqəti, ümumi müzakirələr və s. hansı şəxsin bu rayonun rəhbərliyinə təyin olacağına yönəlir. Nəhayət, 11 avqustda Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olundu və o, ilk günlərdən başlayaraq rayonun Çalburun, Səbətkeçməz, Arısu, İsalı və s. kəndlərində şəhid ailələri və ağsaqqallarla görüş keçirdi, Gədəbəy şəhərində yerləşən Şəhidlər Xiyabanında oldu, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının məzarlarını ziyarət etdi. Bəli, ilk günlər bu yöndə atılan addımlar hər kəsin nəzərində gənc və enerjili olan Orxan Mürsəlovun, məhz işgüzar vəzifə sahibi olacağı qənaətini formalaşdırdı. Amma, atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli, çox keçmədi ki, bu rayonda özünü doğrultmağa başladı. Yəni, günlər, həftələr, aylar keçdikcə Orxan Mürsəlova olan inam əməlli-başlıca inamsızlığa çevrildi. Hal-hazırda Gədəbəyin özündə və ətraf yaşayış məntəqələrində baş verənlər, məhz hər kəsi belə qənaətə gəlməyə sövq edir. Məsələn, 11 avqust 2022-ci il tarixdən Gədəbəy RİH-nin başçısı vəzifəsini daşımağa başlayan Orxan Mürsəlov, son vaxtlar sabiq icra başçısı İbrahim Mustafayevin kadrlarına “əlvida” demək qərarına gəlib. Söylənilənlərə görə, artıq RİH Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Vidadi müəllimlə bağlı belə bir qərar verilib və bu şəxsin daşıdığı vəzifə “hərraca çıxarılıb”. Bundan əlavə bəzi şəxslərə isə, hazırda boş olan «Kamxoz»a rəhbər təyin olunacaqları ilə bağlı “yağlı vədlər” verilib. Söylənilənlərə görə, bu məqsədlə bəzi şəxslərlə məxfi danışıqlar aparıldığının işartıları da hiss olunmaqdadır. Yayılan söz-söhbətlərə görə, Orxan Mürsəlovun icra başçısı təyinatından sonra Gədəbəyin istirahətə yararlı olan meşə zolaqlarına elə bir formada divan tutulur ki, ümumi mənzərəni görüb eşidən hər kəs, sanki öz-özlüyündə “şaxsey-vaxsey” deməli olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev adlı şəxs, bir müddət bundan öncə öz şəxsi hesabına rayonun Qaramurad kəndindən Arqıran kəndinə gedən yolu qaydaya saldırarkən İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin İlyas oğlu Kazımov, yolun qaydaya salınması işlərini görür və bu haqda rayon rəhbərliyinə məlumat ötürür. Həmin günün səhəri Nazim Əliyevi RİH-nə çağrırlar. İcra başçısı Orxan Mürsəlov ona “Sən kimsən ki, yol qaydaya saldırısan? Məgər dövlət yoxdurmu? Dövlət də var, dövlətin pulu da!” deyərək, ona qarşı hərbə-zorba gəlir.

Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, rayonun İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımov, indiyə kimi Novosaratovka kəndi ərazisində, daha dəqiq desək “N” saylı hərbi hissənin qarşısında təqribən 1 ha torpaq sahəsini zəbt edib. Hətta, bu şəxs həmin ərazidən Şınıxa gedən yolun üstündə 7 (yeddi) ədəd yaşayış evi tikir və az sonra o, tikdirdiyi evləri imkanlı şəxslərə satır.

Şahin Kazımovun “Spornı” adı ilə tanınan ərazidə Arqıran kənd sakinlərinə məxsus pay torpaqlarında tövlə tikdiyi də bildirilir. Unutmaq olmaz ki, qeyd olunan həmin ərazidə tikinti işləri aparmaq qadağan olunsa da, İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi heç bir tələbə əhəmiyyət vermir və bu yöndə düşündüyü addımını atır. Rayon sakinləri arasında dolaşan söz-söhbətlərə görə, bu şəxs çox böyük təsir imkanına sahibdir. Məsələn, söylənilənlərə görə o, xeyli müddət bundan öncə 30 min “haqq-hesab”ın müqabilində oğlunu RİH Aparatında işə düzəltdirir. Bu şəxsin qardaşı sovxoz direktoru olarkən, sovxozun əmlakını, o cümlədən bir çox texnikaları, mal-qaranı, qoyun-quzunu ələ keçirib mənimsəmələri haqda da məlumatlar dolaşır. Maraqlı hal o olur ki, mənimsəmə faktları ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılsa da, az sonra bu yöndə davam etdirilən araşdırmalar dayandırılır. Yəqin ki, buna nə səbəb olur, o haqda kimlərsə ətraflı məlumata malikdirlər.

Bir müddət bundan öncə, rayonun Novosaratovka kəndində ulu öndər Heydər Əliyevin adını daşıyan parkın aşağı hissəsində, daha dəqiq desək Dairə Seçki Komissiyasına (DSK) gedən mərkəzi magistral yolun kənarındakı göstərici- plakat yerli-dibli çıxarılır və yolun kənarı qazılır. Hal-hazırda həmin yolun qazılmış hissəsində heç bir sənədi olmayan yeni obyektin inşaa olunmasına hazırlıq işləri görülməkdədir.

Gələcəkdə inşa olunacaq obyektin RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevə və İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımova məxsus olacağı söylənilir. İnşa olunacaq bu obyektə dair heç bir sənəd olmasa da, nədənsə rayon rəhbərliyi, yaxud da digər vəzifə sahibləri bununla bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırmırlar, yaxud da heç bir sorğu məktubu göndərmirlər. Yəqin ki, bu obyektin inşa olunması ilə bağlı rəhbərliyin özü ətraflı məlumata malikdir. Dolaşan başqa bir söz-söhbətlərə görə, gələcəkdə həmin obyektdən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunacaq. Hal-hazırda rayonun Slavyanka kəndində, hansı ki, yüksək gərginlikli elektrik xətlərinin altında da, heç bir sənədi olmayan obyektin inşa olunduğu bildirilir. Bu obyektin inşaası Gədəbəy RİH başçısının şəxsi nəzarətində olduğu da vurğulanır.

Son vaxtlar Gədəbəy rayonunda yaşanan xoşagəlməz olaylardan biri də, hal-hazırda Bakı şəhəri Səbail rayonunda qeydiyyatda olan Əliyev Nazim Əli oğlunun üz-üzə qaldığı problemin varlığıdır ki, yerlərdə bu problem daha çox müzakirə olunmaqdadır. Məsələn, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev Səbail rayonunda qeydiyyatda olsa da, o, əslən Gədəbəy rayonundandır. Xeyli müddət bundan öncə o, boya-başa çatdığı bu rayonun Novosaratovka kəndində, hansı ki, şəxsi mülkiyyətində və istifadəsində olan evinin yaxınlığında, Dövlət mülkiyyətində olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsini 15 (on beş) il müddətinə icarəyə götürüb balıqçılıq təsərrüfatı yaratmaq qərarına gəlir. Bu məqsədlə Nazim Əliyev əvvəlcə Gədəbəy Rayon İcra Hakimiyyətinə məktub ünvanlayır.

Bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaqda əsas məqsədi, məhz həmin ərazidə Akvakultura obyektlərinin rekreasiya yetişdirilməsini, həmçinin hər il təqribən 5 (beş) ton çəkidə balıq yetişdirib əldə olunan balıq məhsullarının bazar qiymətlərinə uyğun satışını təşkil etməyi nəzərdə tutur. Qeyd edək ki, gələcəkdə təsərrüfat fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək məqsədilə o, fiziki şəxs olaraq öz adına VÖEN açdırır və üzərinə düşən lazımi öhdəlikləri yerinə yetirəcəyinə qərar verir. Nazim Əliyevin etdiyi bu müraciət əsasında, 08 aprel 2022-ci il tarixdə Gədəbəy RİH tərəfindən qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasının məqsədəuyğun olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə məktub göndərilir. Nazirliyə göndərilən məktub əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin sahəyə baxış keçirirlər, lazımi foto-şəkillər çəkirlər. Hətta, onlar akt da tərtib edib, qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasını məqsədəuyğun hesab edirlər.

Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, Gədəbəy RİH başçısının 09 avqust 2022-ci il tarixli 176/8-6 saylı məktubu və Azərbaycan Respublikası ƏMDX yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 24 avqust 2022-ci il tarixli 2201129843 saylı məktubu əsas götürülür və Nazim Əliyevin icarəyə götürmək istədiyi 1,5 ha torpaq sahəsinin Yerquruluşu Planı təsdiq olunur.

Düzdür, bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə Gədəbəy RİH-nə müraciət etdiyi vaxtlarda və ünvanlanan qurumlardan müsbət cavab gələndən sonra, Novosaratovka kəndindəki evinin yaxınlığında kiçik bir göl olur. Elə ki, Nazim Əliyev bu yöndə müyəyyən işləri görməyə başlayır, o halda bəzi şəxslər onu Gədəbəy RİH-də vəzifə sahibi olan şəxslərlə görüşməyə məcbur edir. Bu şəxsin ilk görüşü RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu ilə baş tutur. Nazim Əliyev bu şəxsin qəbulunda olarkən, Vüsal Musayev ilk söhbəti zamanı ona “Sənin fikirin nədir, nə etmək istəyirsən? Eşitmişik ki, 40 min manat təklif etmisən, əgər pul versən bir həftəyə sənədlərini qaydaya salıb özünə verərəm” deyir. RİH rəsmisinin belə danışıq və təkliflərindən sonra o, ona “mənim o qədər pulum yoxdur” cavabını verir. Az sonra Nazim Əliyev ona “bəs sizin fikiriniz nədir?” deyə sual verir. Vüsal Musayev bu suala verdiyi cavabında “məsləhətləşib sənə bir cavab deyərəm” deyir. Bir həftədən sonra isə, Nazim Əliyevin həyətinə polis əməkdaşları göndərilir və ona bildirirlər ki, “evinin yaxınlığındakı kiçik balıq gölü dağıdılacaq”. O halda o, ləngimədən RİH başçısının qəbuluna yazılır və icra başçısı Orxan Mürsəlovun qəbulunda olur. Həmin vaxt RİH-nin başçısı Nazim Əliyevə “Axı sənədləşmə işlərinin həyata keçirilməsinin qaydalarını Vüsal Musayev sənə başa salıb. Bir də ki, sənin burada heç bir sənədin yoxdur. Biz sənə heç bir sənəd verməyəcəyik” deyir. Nazim Əliyev bu cavabdan sonra rayon rəhbərinin ümumi fikirini başa düşür və ləngimədən RİH tərk edir. O, çox keçmir ki, bu dövlət qurumuna təqdim etdiyi, amma burada çalışan bəzi vəzifə sahiblərinin öz aralarında itbata saldıqları sənədləri təkrar əldə edir. Yəni, Nazim Əliyev bir həftədən sonra 11 saylı Şəmkir Ərazi İdarəsindən sənədlərin surətlərini çıxartdırır, təsdiqlətdirir, daha sonra Qazax rayon şöbəsində möhür vurdurur və təkrar əldə etdiyi sənədləri RİH-nə təqdim etmək qərarına gəlir. Bu məqsədlə o, yenidən Orxan Mürsəlovun qəbulunda olmaq istəsə də, onun belə bir cəhdi heç cür baş tutmur və Nazim Əliyevi Vüsal Musayev qəbul edir. Elə ki, o, RİH rəsmisinin qəbulunda olur, o halda Vüsal Musayev ona “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik” deyir. O halda Nazim Əliyev başa düşdür ki, bu vəzifə sahiblərinin onu get-gələ salmaqda başqa məqsədləri var. Yəni, həmin şəxslərin niyyətləri ondan pul almaq olur.

Bütün bunlara baxmayaraq, Nazim Əliyev dəfələrlə Gədəbəy RİH Aparatına müraciətlər etsə də, qeyd olunan ərazidə onun balıqçılıq gölü yaratmasına, buna görə də lazımi ölçüdə torpaq sahəsinin ayrılmasına icra başçısı Orxan Mürsəlov, heç bir sərəncam imzalamır. Baxmayaraq ki, xeyli müddət bundan öncə möhtərəm Prezident İlham Əliyev cənabları yerli sahibkarlara ünvanladığı müraciətində qeyd etmişdi ki, “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. O halda sual oluna bilər ki, əgər ölkə rəhbəri yerli sahibkarlara qarşı belə bir yanaşma ortaya qoyursa, bəs səbəb nədir ki, Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov və onun müavini Vüsal Musayev, bu gün də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı belə bir addımlarını atırlar? Yəni, bu da onu sübut edir ki, hər iki vəzifə sahibinin bu şəxsə bəslədikləri “xor münasibət”, əslində ölkə rəhbərinin iradəsinə zidd getməkdən başqa bir şey deyil.

Başqa bir faktı da qeyd edək ki, hal-hazırda Nazim Əliyevin şəxsi mülkiyyətində bir neçə ağır texnika, o cümlədən ekskvator, traktor və s. var ki, həmin texnikalar Novosaratovka kəndində onun evinə yaxın yolun kənarında dayandırılır. Elə ki, rayon rəhbərliyində olan şəxslər qeyd olunan yoldan, yaxud da həmin yola yaxın ərazidən keçirlər, o halda “Texnikaları yol kənarından götüzdürün” deyə, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlar verirlər. Bundan əlavə, bu şəxsin gələcəkdə balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə, şəxsi vəsaiti ilə alıb çay kənarına üstüstə yığdığı beton piltələri də, çay kənarından götürməyə məcbur edirlər. Yəni, həmin şəxslər beton piltələri gah çay kənarına, gah da çay kənarından başqa yerə daşıtdırırlar. Söz yox ki, bütün bunlar müəyyən xərclər hesabına başa gəlir ki, bu da Nazim Əliyevin heç bir əsas olmadan əlavə xərcə düşməsinə səbəb olur. Bir sözlə, bu gün Gədəbəy RİH-nin rəhbər şəxsləri bu şəxsə məxsus texnikaları, çay kənarına yığdığı beton piltələri bir yerdən digər yerə daşıtdırmaqla, Nazim Əliyevə qarşı qarşı qisasçılıq etməklə məşğul olurlar.

Bu yöndə atılan addımlar onu sübut edir ki, Nazim Əliyev kiçik bir sahibkar olaraq xeyli vaxtdır ki, Gədəbəy RİH başçısının və onun müavininin belə bir xoşagəlməz hərəkətləri ilə üz-üzə qalıb. Yəni, hər iki vəzifə sahibinin bu şəxsə qarşı göstərdikləri münasibət Nazim Əliyevi zinhara gətirdiyi üçün, artıq o, özünə qəsd etmək zorunda qalıb.

P. S. Redaksiyamıza daxil olan məlumatlara görə, Orxan Mürsəlov icra başçısı vəzifəsinə təyin olunduqdan iki ay sonra, dövlətin verdiyi nəqliyyat vasitəsini bəyənmir və özünə təqribən 190.000 manat dəyərində son model, qara rəngli “Land Cruiser” markalı avtomobil alır. Başqa bir məlumata görə RİH-nin başçısı bu avtomobilin ilkin 100.000 manatını nəğd şəklində ödəyir, qalan 90.000 manatını isə kreditə salır. Bu haqda məlumatlı olan gədəbəylilər deyirlər ki, icra başçısının üçün 90.000 manat nədir ki, üç boş qalan vəzifəni «hərraca çıxartsa» tam şəkildə ödəyəcək.

Nazim Əliyev İcra Başçısının bu özbaşınalığından təngə gəldiyi üçün, Prezident İlham Əliyevə rəsmi məktubla müraciət etdiyi bildirilir.

Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.
//Deryaz.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru