Azercell Novruz bayramında gənc musiqiçi Xan Bəylinin konsertini təşkil etdi
Tarix: 24-03-2022, 08:14 | Çap et
 DİA.AZ: - Mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunub. Vaşinqtonun ən məşhur konset zallarının birində tutan tədbirə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxstan Respublikasının səfiri Yerjan Aşıkbayev, Özbəkistan Respublikasının səfiri Javlon Vahabov, Amerikadakı Azərbaycan və müxtəlif xalqların diaspor üzvləri, eləcə də yerli qonaqlar qatılıb. DİA.AZ xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinə xanım həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri cənab Xəzər İbrahim səhnəyə Azərbaycanın milli paltarlarını geyinmiş övladları ilə birlikdə çıxaraq qonaqları səmimi tərzdə Novruz bayramı münasibətilə təbrik edib. Xan Bəylinin dünyaya örnək ola bilən Azərbaycan dəyərlərinin və musiqisinin ABŞ-da təbliğ edilməsində fəal iştirak etdiyini vurğulayan səfir, Azercell-ə və bu təşəbbüsün gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib. Tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fateh bu musiqi ziyafətinə Xanın Azərbaycandakı pərəstişkalarını və saat fərqinə baxmayaraq səbirsizliklə bu konsertin yayımını gözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığını bildirib. Məşhur aparıcı sosial media hesablarından izləyicilərinə konserti canlı izləmək imkanı yaradıb. Ukraynada Azərbaycan ailəsində doğulan həmyerlimiz Xan Bəyli Azərbaycan xalq mahnıları, müasir estrada bəstələrilə yanaşı, özünün müəllifi olduğu musiqiləri də səsləndirib. Muğamı caz və etnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan Bəyli Amerikanın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün bir araya toplanan dinləyicilərinə öz musiqisi ilə Novruz öncəsi xoş ovqat bəxş edib. Qeyd edək ki, Bostondakı Berkli Musiqi Kollecinin məzunu olan Xan Bəyli Azərbaycan musiqisinin xaricdə tanıdılması üçün fərqli və maraqlı layihələr icra edib, Jack De Johnette, John Medeski, David Fiuczynski və Screaming Headless Torsos, Ənvər İsmayılov, Erkan Ogur və digər tanınmış sənətçilərlə səhnəni bölüşüb. Amerika icması tərəfindən tədbir böyük rəğbətlə qarşılanıb. Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını aktiv şəkildə sosial media hesablarında paylaşıblar. Konsertdən görüntülər tez bir zamanda Azercell-in rəsmi YouTube kanalında paylaşılacaq. “Azercell Telekom” MMC Azərbaycan musiqisini beynəlxalq müstəvidə təbliğ edən həmyerlimiz Xan Bəyliyə gələcək fəaliyyətində uğurlar arzu edir!





|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Bu gün, 22:01 |
|
|
|
• Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Bu gün, 21:59 |
|
|
|
• İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Bu gün, 18:00 |
|
|
|
• Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Bu gün, 17:02 |
|
|
|
• Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Bu gün, 16:57 |
|
|
|
• Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Bu gün, 16:55 |
|
|
|
• "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Bu gün, 16:53 |
|
|
|
• Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Bu gün, 16:49 |
|
|
|
• Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Bu gün, 16:36 |
|
|
|
• Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Bu gün, 16:30 |
|
|
|
• Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Bu gün, 16:28 |
|
|
|
• Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Bu gün, 16:26 |
|
|
|
• "Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Bu gün, 16:23 |
|
|
|
• Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Bu gün, 16:15 |
|
|
|
• 350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Bu gün, 15:16 |
|
|
|
• Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Bu gün, 15:11 |
|
|
|
• Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Bu gün, 13:02 |
|
|
|
• Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Bu gün, 13:01 |
|
|
|
• Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Bu gün, 12:53 |
|
|
|
• Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Bu gün, 12:50 |
|
|
|
• Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Bu gün, 12:47 |
|
|
|
• Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Bu gün, 12:40 |
|
|
|
• Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:22 |
|
|
|
• İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Bu gün, 12:14 |
|
|
|
• "Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Bu gün, 12:11 |
|
|
|
• Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Bu gün, 12:10 |
|
|
|
• Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… - FOTO
Bu gün, 12:03 |
|
|
|
• Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... - Əlli milyona yaxın vəsait ayrıldı
Bu gün, 12:00 |
|
|
|
• “Ədalət”i səngərdə çıxarmışam - 35 illik QƏZET
Bu gün, 11:52 |
|
|
|
• Mənzil bazarında yeni fırıldaqçılar – ev alarkən diqqətli olun
Bu gün, 11:49 |
|
|
|
• Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb - TƏDQİQAT DAVAM EDİR
Bu gün, 11:45 |
|
|
|
• Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: - Ölən və yaralanan var
Bu gün, 11:36 |
|
|
|
• Gümrü bazasında daha bir İNTİHAR: - əsgər özünü DOĞRADI
Bu gün, 11:34 |
|
|
|
• İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Bu gün, 11:30 |
|
|
|
• Qiyas cehizə görə intihar edib? - Anası danışdı+Video
Bu gün, 11:23 |
|
|
|
• Paşinyan Rusiyanın baş nazirini aldada bildi - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Bu gün, 11:08 |
|
|
|
• Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Bu gün, 11:04 |
|
|
|
• Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... - "Hraparak”
Bu gün, 11:00 |
|
|
|
• "Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Bu gün, 10:58 |
|
|
|
• Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Bu gün, 10:39 |
|
|
|
• Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Bu gün, 10:37 |
|
|
|
• "Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Bu gün, 10:31 |
|
|
|
• Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
• Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17 |
|
|
|
• Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Bu gün, 10:13 |
|
|
|
• Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Bu gün, 10:11 |
|
|
|
• Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:57 |
|
|
|
|