Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                     “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” .....                     Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq .....                     Yasamalda “Avant” MTK özbaşınalığı… .....                     Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi .....                     Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır .....                     Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb .....                     Azərbaycanda bu nazirliklərin birləşəcəyi .....                     “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir .....                     Yaslarda ehsan ləğv edilir .....                     Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb .....                     Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR .....                     Evləri sökülən “Bayırşəhər” sakinləri... .....                     Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? .....                     Sabiq nazir müavini işdən çıxarıldı .....                     Maştağa sakinlərindən ŞİKAYƏT .....                     Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. .....                     Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı .....                     Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır .....                     Etibar Məmmədov aktiv siyasətə qayıda bilər .....                     Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... .....                     Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… .....                     Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR .....                     İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... .....                     İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı .....                 

“Birlik” MTK sakinləri BELƏ OYUNA SALDI... - "Bu pulu bizə kimsə bağışlamayacaq..."
Tarix: 26-10-2021, 11:18 | Çap et
“Birlik” MTK sakinləri BELƏ OYUNA SALDI...
“6 gündür binamızda su gəlmir, lifti dayandırıblar. Axı günahımız nədir ki, bizə bu qədər zülm edirlər. 16-cı mərtəbəyə piyada su daşımaq bilirsiniz nə deməkdir?!”

Bunu Musavat.com-a Xətai rayonu, Rahib Məmmədov küçəsi, 20 a ünvanında yerləşən “Birlik” MTK-ya məxsus binanın sakinləri bildiriblər.

Sakinlər qeyd edirlər ki, bir neçə il əvvəl binanın keçmiş komendantının 57 min manat dəyərində “Azərişıq”a borcu yaranıb: “Komendant o pulu bizdən alıb, amma ”Azərişıq"a ödəniş etməyib".

Sakinlər əlavə edib ki, həmin komendant sonradan bir neçə cinayət işinə görə həbs olunub. Amma problem bununla bitməyib, əksinə, vəziyyət daha da qəlizləşib: “Hazırda yeni komendant qanunsuz olaraq kəsilən işıq və su ilə bağlı ödənişlərin nəyə görə insanlardan alınması barədə ”Azərişıq"a, Xətai Rayon İcra Hakimiyyətinə, digər lazımi orqanlara müraciət edib. Amma buna baxmayaraq heç bir faydası olmayıb. Həmin qurumlar iddia edirlər ki, sakinlər bu məbləği, yəni 57 min manati ödəməlidirlər. Bu pulu bizə kimsə bağışlamayacaq deyirlər. Bizim bina 16 mərtəbəlidir. Düşünün, 6 gün susuz, liftsiz yaşamaq olarmi?! Mən 13-cü mərtəbədə yaşayıram. İki uşaqla, uşaq arabası ilə çıxıb-düşürük, əziyyət çəkirik.

Bütün sakinlər Xətai Rayon İcra Hakimiyyətinə getdik, Xətai Rayon İşıq İdarəsinin rəisi Ağaverdi müəllim dedi ki, pulu siz ödəməlisiniz.

Deyirlər, hər ay 2500 manat gətirin, suyunuzu da verək, liftiniz də işləsin. Elə rahatlıqla deyirlər, sanki qəpik-quruşdan danışırlar. Dolanışığı güclə çatdırırıq, o pulu necə ödəyək. Niyə bizə aid olmayan borcları illərlə ödəməliyik. Altı gündür həyatımız sönüb, dayanıb. İndi məcbur olub, qonşularla o pulu yığıb verdik, bəs o biri aylarda necə olacaq?!"

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, mənzil tikinti kooperativi olduğuna görə icra hakimiyyətinin balansında deyillər: “Bizə aidiyyəti yoxdur. Orada sakinlər özləri MTK-nın rəhbərini seçirlər. Orada bütün ödəmələri özləri etməlidirlər. Sakinlər şikayətləri ilə bağlı prokurorluğa müraciət etməlidirlər”.

“Azərişıq” ASC-dən isə “Yeni Müsavat”a məsələdən xəbərdar olduqlarını dedilər: “Hazırda bu məsələ üzrə iş məhkəmədədir, ona görə də bir söz deyə bilmərik”.

Bina sakinləri bizimlə söhbətdə onu da bildiriblər ki, məhkəmə prosesi davam etdiyi halda suyun kəsilməsi, binanı liftsiz saxlamaq qanuna ziddir.

Bəs görəsən, belə hallarda vətəndaşlar nə etməlidirlər? Kim haqlıdır, kim haqsız?

Ümumiyyətlə, son dövrlər yeni tikililərlə bağlı narazılıqlar səngimək bilmir. Bəs görəsən, problemin kökündə nə durur? Qanunvericilikdə boşluqlarmı var?

Bizimlə söhbətdə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzunu belə şərh edib: “MTK binanı tikib, bitirib, təhvil verəndən sonra altı ay müddətində sakinlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri yaradılmalıdır. Bu kooperativ bina olduğuna görə onun təməlində o olur ki, sakinlər özləri onu tikdirirlər. Bir növ öz təsərrüfatı kimi. Bina təhvil veriləndən sonra 6 ay müddətində MTK-da idarəetmə sakinlərə verilməlidir. Bununla bağlı sakinlər İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə müraciət edərək qeydiyyatdan keçirirlər. Bu günə qədər Bakı-Abşeronda 2 minə qədər çoxmənzilli, yeni tikili yaşayış binası tikilib. Amma mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı təqribən 160 üzərindədir. Burada problem nədən yaranır? Sakinlər əksər hallarda nəinki bu cür problemlər, kommunal ödənişlərin çox olması ilə bağlı həmişə narazılıqlarını bildirirlər. Hətta elə binalar var ki, sakinlər öz evlərində kirayə qalırlarmış kimi o qədər ödənişlər edirlər.

O ki qaldı bu məsələyə, ola bilər bina vaxtında sakinlərə verilməyib: “Azərişıq” günahı sakinlərdə görsə də, onlarda günah yoxdur. Yəni 57 min manatlıq borc qısa müddətə yığılan borc deyil. Normal olaraq işıq pulu ya kartla, ya sayğacda olarsa, hansısa formada borc yığılan kimi avtomatik vətəndaşın işığını kəsirlər. Onlar özləri gəlib binalarda monitorinq aparıb, yoxlamalı idilər. Əgər iş məhkəmədədirsə belə, yenə sakinlərin günahı yoxdur. Məhkəmənin verəcəyi qərardan asılıdır. Tutaq ki, şəxs bir nəfərdirsə, “Azərişıq” bir idarədirsə, burada tapdanan vətəndaşın hüququdur. Vətəndaş pulunu ödəyib, o, haqlıdır. İstənilən halda onların işığını, suyunu, liftini kəsmək olmaz. Məhkəmə belə həmin pulun komendant tərəfindən mənimsənildiyini qəbul edib, bilir. Məhkəmə prosesi bitənə qədər onların suyunu, işığını verməlidirlər. Pulu mənimsəyən şəxsin əmlakı varsa, onun əmlakı ilə o borc bağlanılmalıdır. Hətta bir çox binalar var ki, krediti ödəyə bilməyəndə belə vətəndaşın işığını söndürürlər, suyunu kəsirlər, liftini dayandırıblar. Bu, sakinlərə qarşı haqsızlıqdır. Orada Azərbaycan vətəndaşları yaşayır. O ailələrin övladları məktəbə gedir, onların təhsili var. Susuz yaşamaq mümkünsüz bir şeydir. Qanunla vətəndaşlar o MTK-nı özləri qurmalı idilər. Burada dələduzluq hadisəsi baş verib. Pulu kim oğurlayıbsa, onunla bağlı iş məhkəməyə verilib. Vətəndaşın kommunal xəttini kəsmək doğru deyil. Məhkəmə bitənə qədər dələduzluq edən şəxs borcu ödəyəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Bu gün, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Bu gün, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Bu gün, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Bu gün, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Bu gün, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57
Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49
Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43
Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38
Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36
Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32
Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51
Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49
Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25
Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21
Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19
Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR - NƏ ETMƏLİ?
Bu gün, 09:18
İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... - AMMA...
Bu gün, 09:16
İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı – Ermənistan detalı
Bu gün, 09:15
Qubanın yollarını 2,1 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 09:11
“Tehranın tarixi saxtakarlığı fiaskoya məhkumdur” - Başqa cür ola da bilməz...
Bu gün, 09:09
Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... - Ramiz Mehdiyevin əmrindədir?
Bu gün, 09:02
Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı - NƏ BAŞ VERİR?
Bu gün, 08:53
211 saylı məktəbdə ibtidai siniflər risk altında... - direktor müavini heç kimi eşitmir
Bu gün, 08:50
Tramp geciksə, Putin qazanacaq... - BU FAKTDIR...
Bu gün, 08:43
Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:48
Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK - İLK DƏFƏ
Bu gün, 07:45
Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 07:30
“Rabitəbank”la bağlı “cashback” qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 07:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru