“Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” .....                     “10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi” .....                     Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? .....                     “Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” .....                     Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd .....                     “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: .....                     Tramp-Putin görüşü Pekində reallaşa bilər .....                     Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? .....                     Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq .....                     Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb .....                     35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir .....                     Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? .....                     İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə .....                     AZAL Türkmənistana çarter reysi təşkil edəcək .....                     Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı .....                     Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… .....                     Anar Abdullayev məhkəmə zalında həbs olunub .....                     Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir .....                     Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? .....                     Nikol seçkilərdə qələbə qazandıqdan sonra... .....                     İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu .....                     Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi .....                     Zelenski tezliklə ölkədən qaça bilər .....                     Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək .....                     21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu .....                     Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi .....                     Krımda Rusiyanın 5 qırıcısı vurulub .....                     Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti .....                     Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı .....                     Ermənistanda beynəlxalq investisiya dələduzluğu .....                     Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı .....                     “Mənim həyətimdən boru keçirmək istəyirlər” .....                     Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb .....                     Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır .....                     Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu .....                     Neft Fondundan 317 minlik qəribə tender: .....                     Mədinə Bağırova təqaüdə göndərildi .....                     Vaşinqtondan NƏ GÖZLƏYƏK? .....                     Mixail Qusman Bakıya gəldi .....                 

TƏHSİL NAZİRLİYİNİN “MİQ İMTAHANI” FİASKOSU... – Vakant yerlər əvvəlcədən satılıb?
Tarix: 19-08-2021, 12:54 | Çap et
TƏHSİL NAZİRLİYİNİN “MİQ İMTAHANI” FİASKOSU...
Builki Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları haqda çox deyildi, çox yazıldı. İmtahanda iştirakçı müəllimlər arasında bərabərliyin təmin edilməməsi, sualların aid olduğu fənnin mahiyyətinə uyğun gəlməməsi və onun məğzinə aid olan mənanı əks etdirməməsi, bir çox hallarda isə ölkənin təhsil sistemində tədris edilən fənnlərin bazasında olmayan, sistemdən kənar mənbələrdən götürülən sualların salınması haqda narazılıq pik həddə idi. Gözlənilirdi ki, yenidən keçirilən imtahanlarda nələrsə dəyişəcək. Amma...

...Dəyişən bir şey olmadı, əksinə təxminən eyni səpgili suallar təkrar imtahanlara da salındı. Görünür, cavabdeh rəsmilər vəziyyətin ədalətli zəruriliyinin fərqində deyillər. Sosial şəbəkələrdə əks olunan müraciətlərdən belə mənzərə yaranır ki, nəinki neqativ hallar aradan qaldırıldı, hətta müdavimlər arasında vakant yerlər uğrunda ədalətsizliyə yol açan qaydaları təkmilləşdirmək yerinə, mövcud problemlər daha da dərinləşdirildi.

Narazılıq dalğası əsasən ana dili-ədəbiyyat fənnindən imtahan verən müdavimləri əhatə etdi. Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən aydın olur ki, təkrar keçirilən MİQ imtahanından sonra “qəribə” hal yaşanıb. Belə ki, imtahandan sonra vakant yer seçimini reallaşdırmaq istəyən müəllimlər 50-dən yüksək bal toplayan 200 nəfərdən çox müdavimin “peyda olduğunu” aşkarlayıblar. Bu yüksək ballar əsasən 58-59 arasında olub.

Qeyd edək ki, əvvəllər ümumiyyətlə MİQ imtahanlarında 55-dən yüksək bal toplayanlar bunu paylaşırdılar, hətta onların fotoşəkli də çəkilirdi. Amma bu son imtahanda belə hallar yaşanmadı. Belə mənzərə yaranır ki, filologiya müdavimləri arasında 55-dən yüksək bal toplayanlar olmayıb. Amma necə olursa vakant yerlərə müraciət əsnasında Bakı şəhəri üzrə yüksək - 55 bal toplayanlar peyda olub və vakant yerləri də bu “seçilmişlər” əldə edib.

Məsələyə aydınlıq gətirmək üçün tanınmış təhsil eksperti Kamran Əsədovun da fikirlərini öyrənməyi zəruri hesab etdik. Onun bildirdiyinə görə, MİQ imtahanları ilə bağlı Təhsil Nazirliyi öncə proqram müəyyənləşdirmişdi. Keçirdiyi sınaq imtahanları və təqdim etdiyi proqram bəzən çərçivəsindən kənara çıxır: “Əslində, Təhsil Naizrliyi çalışır ki, daha hazırlıqlı, daha bacarıqlı şəxsləri seçsin. Bizim üçün daha bilikli, daha emosional olmayan, proseslərə daha sakit yanaşan müəllimləri seçsin. Məlum oldu ki, bizim ali təhsil müəssisələrimiz əmək bazarının tələblərinə cavab verən kadr hazırlamır. Bu imtahanlar Təhsil Nazirliyinin nə qədər çətin imtahan təşkil etməsi ilə yanaşı, onu da göstərdi ki, bizim universitetlərimiz istədiyimiz müəllimləri hazırlamır. O müəllimlər müəllim olmaq üçün hazırlıqlara, hazırlıq kurslarına gedirlər.

Ümumilkdə, perspektiv baxımından hesab edirəm ki, təqdim edilmiş test tapşırıqları yeni model idi və təkcə bilikləri yoxlamırdı, yaddaşı da yoxlayırdı. Amma o suallara cavab verən bizim istədiyimizi müəllim ola bilməz. Ona görə də məhz bu il MİQ tarixində keçid balı bütün ixtisaslar üzrə 30 bala salındı. Ona görə imtahanlar həqiqətən də keyfiyyətli, yaxşı olsaydı keçid balı bu həddə salınmazdı. Ümumilikdə isə müəyyən şeylər şəffaf oldu, amma bu ədalətli olması demək deyil. Əlçatan olması demək deyil. Hesab edirəm ki, gələcəkdə daha təkmil, daha peşəkar səviyyədə imtahan keçirmək olar”.

Ekspert eləcə də müəllimləri hazırlayan universitetlərin kifayət qədər keyfiyyətli təhsil verməməsi barədə məsələyə toxunaraq bildirdi ki, mütəxəssislər universitetlərdə təkcə orta məktəb üçün hazırlanmır: “Dövlət qurumları üçün, özəl sektor üçün də hazırlanır. Dövlət qurumunda işləmək üçün hər hansı bir ixtisas tələbi yoxdur. İstənilən pedaqoji təhsilli şəxs ora qəbul olunur. Ali təhsil müəssisələri təkcə orta məktəblər üçün müəllim hazırlamır. Özəl kurslar üçün, litseylər üçün də hazırlayır. Bu gün jurnalistika sahəsində işləyənlərin heç də hamısı jurnalist təhsilli deyil ki... Bizim əsas məqsədimiz ölkədə ali təhsilli insanların sayını artırmaqdır. Amma burada kəmiyyətlə bərabər, keyfiyyət də artırılmalıdır. Yəni plan yerinə bu qədər müəllim orudusunun hazırlanması problem deyil. Bizdə problem keyfiyyət məsələsidir və mən düşünürəm ki, biz mütləq şəkildə diplom veririksə, bu diplomu necə vermişik, dövlət imtahanından keçmiş şəxslər niyə bu qədər aşağı nəticə göstərirlər, niyə ziddiyyətlər var - bu məsələnin həlli ilə məşğul olmaq lazımdır.

Vakant yerlərinin 52 bal nəticə göstərənlər içindən 58-59 bal nəticəli müdavimlərin ortaya çıxması və onların bu vakant yerləri tutması barədə məsələyə gəlincə isə, Kamran Əsədov bildirir ki, belə bir fakt yoxdur: “Sadəcə olaraq bir epizoda rast gəlinmişdir ki, riyaziyyat müəllimi üçün maksimum 56 bal lazım idi, onun isə 57 bal yığdığı bildirilmişdi. O da Apellyasiya onun balını qaldırarkən baş vermişdi. Qalan bütün hallarda imtahanda yalnız cari ildə bal toplayanlar iştirak etmişlər. Bir müdavim də 4 yer seçdiyinə görə, onlar 4 yerdə də eyni şeyi görürlər. Tutalım həmin 10 nəfər də 40 yeri seçirsə, siz həmin balı görə bilirsiniz. MİQ imtahanında kənar müdaxilə ilə bal artırılması yoxdur”.

Vakant yerlərin hansısa yolla əvvəlcədən satılmış ola bilməsi ehtimalına gəldikdə isə, ekspert bu variantı tamamilə rədd edir. Kamran Əsədov bildirir ki, MİQ imtahanı tamamilə obyektiv və şəffaf olaraq keçirilir: “Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanının şəffaflığına hər hansı bir şübhə yoxdur. Məsələ keyfiyyət məsələsidir. Yəni tam obyektiv, tam şəffaf imtahanlar keçirilib, amma bu imtahanlar ədalətli deyil. Təhsil Nazirliyi vakant çıxardığı heç bir yeri satmır və heç kim kənar müdaxilə ilə bu yerə heç kimi qəbul etmir. Belə bir fakt yoxdur. Ola da bilməz”.

İmtahanın ədalətsiz olması məsələsini isə ekspert suallar baxımından izah edir. Yəni onun yanaşmasına görə, suallar daha ədalətli olmalıydı: “Kurrikulumdan sual olmamalıydı. Öncədən müəyyənləşdirilmiş proqram üzrə suallar müəyyən olunmalıydı. Sualların məzmunu ilə bağlı ədalətsizlik var idi. Yəni yaddaş yoxlayan suallar var idi. Ümid edirəm ki, gələcəkdə mütəxəssislər cəlb edilərsə, bu məsələ düzələ bilər”.

Bu fikirlər bir mütəxəssis mövqeyi idi. Əlbəttə, neqativ halların aradan qaldırılması üçün mütləq sadalanan qüsurlar çözülməlidir ki, şübhələr və haqlı narazılıqlar yaranmasın. Əgər iddialarda şübhələrə yer varsa dğvlətin bel sütunu olan təhsil sistemindəki mənfi halları aradan qaldırmaq, şübhələri aydınlaşdırmaq üçün məsuliyyət hüquq mühafizə orqanlarının üzərinə düşür.
Hurriyyet.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” - ÇÜNKİ...
Bu gün, 18:05
“10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi”
Bu gün, 18:02
Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Bu gün, 17:54
“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Bu gün, 17:45
Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?
Bu gün, 17:40
“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: - Regionda gərginlik artacaq
Bu gün, 17:38
Tramp-Putin görüşü Pekində reallaşa bilər - “Podmoskovie seqodnya”
Bu gün, 17:36
Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? – İrəvandan cavab
Bu gün, 17:33
Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
Bu gün, 17:31
Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb - NƏ ETMƏLİ?
Bu gün, 17:18
35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:16
Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? - AÇIQLAMA
Bu gün, 17:12
İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Bu gün, 17:08
AZAL Türkmənistana çarter reysi təşkil edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 17:06
Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 17:03
Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… - NƏ BAŞ VERİR?
Bu gün, 16:17
Anar Abdullayev məhkəmə zalında həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:07
Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:05
Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? - AÇIQLAMA
Bu gün, 16:00
Nikol seçkilərdə qələbə qazandıqdan sonra... Konstitusiyanı dəyişdirəcək!
Bu gün, 15:58
İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu - GƏLİŞMƏ
Bu gün, 15:51
Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi – Erməniləri həyəcanlandıran çağırış
Bu gün, 15:49
Zelenski tezliklə ölkədən qaça bilər - “Komsomolskaya Pravda”
Bu gün, 15:46
Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək
Bu gün, 15:44
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ
Bu gün, 15:40
Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu - DETALLAR
Bu gün, 15:35
Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi - QALİB ŞİRKƏT
Bu gün, 15:32
Krımda Rusiyanın 5 qırıcısı vurulub
Bu gün, 15:25
Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti - İNCƏLƏMƏ
Bu gün, 15:13
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı - TƏFƏRRÜAT
Bu gün, 15:09
Ermənistanda beynəlxalq investisiya dələduzluğu
Bu gün, 15:07
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı - Foto
Bu gün, 15:02
“Mənim həyətimdən boru keçirmək istəyirlər” – Naxçıvanda özbaşınalıq
Bu gün, 15:00
Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb - BUNDAN SONRA...
Bu gün, 14:28
Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Bu gün, 13:06
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - SİYAHI
Bu gün, 13:04
Neft Fondundan 317 minlik qəribə tender: - Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
Bu gün, 13:02
Mədinə Bağırova təqaüdə göndərildi
Bu gün, 13:01
Vaşinqtondan NƏ GÖZLƏYƏK? - GƏLİŞMƏ
Bu gün, 12:58
Mixail Qusman Bakıya gəldi - FOTO
Bu gün, 12:55
Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır
Bu gün, 12:53
Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər
Bu gün, 12:49
Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 12:45
SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: - “İsrail Xudafərindən 17 km aralıda hava limanı tikib”
Bu gün, 12:33
AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 12:30
Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib
Bu gün, 12:22
41 dərəcəyədək isti gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
ABŞ ordusu Cənubi Qafqazda: - Bu bölgədə hansı proseslərin xəbərçisidir?
Bu gün, 12:19
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
Bu gün, 12:12
Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru